Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Manipula
Manipul (lat. manipula) — Qədim Romada 200-250 nəfərdən ibarət ağır silahlanmış piyada bölük. Manipul Qədim Roma ordusunun döyüş vaxtı istifadə etdiyi universal bölük vahidi idi və döyüş vaxtı, bir döyüş birliyi təşkil edən, iki senturiyadan(yüzlük) ibarət idi. Baş senturion bütün manipula və bilavasitə öz yüzlüyünə, kiçik senturion ancaq öz yüzlüyünə başçılıq edirdi. Manipul düzülüşünün ilk tətbiq olunması Samnit müharibələri ilə bağlıdır. Əvvəllər ancaq ümumi falanqa şəklində vuruşan legion indi daha kiçik alt-hissələrə bölünməyə başladı, manipullara( legionda hərəsində iki senturiya olan 30 manipul var idi). Manipulyar düzülüş leqionun döyüş və manevr qabiliyətini yüksəltdi. == Qaynaq == История Древнего Мира. Расцвет древних обществ. Главная редакция восточной литературы Москва 1989 səh.
Manipur
Manipur - Hindistanın şimal-şərqində yerləşən ştat. İnzibati mərkəzi İmfal şəhəridir. Şimalda Naqalend, cənubda Mizoram, qərbdə Assam, şərqdə isə Myanma ilə həmsərhəddir. Ştatın digər adları Kangleipak və ya Sanaleibak-dır. Manipur 2500 ildən artıq müddətdə Asiyanın iqtisadi və mədəni kəsişmə nöqtəsi olmuşdu. == Tarixi == Manipur krallığı cənub və cənub-şərqi Asiyadakı mövcud olmuş yüzlərlər krallıqdan biri olmuşdu. Qədim Manipurun tarixi e.ə. 50-ci illərə qədər uzanır. O vaxtlar Manipur Naqalend, Mizoram və Assamın da bəzi hissələrini öz tərkibində birləşdirirdi. Manipurun ilkin tarixi haqqında yazılı mənbə yoxdur.
Bişnupriya-manipuri
Bişnupriya və ya Bişnupriya-manipuri (BPM) (বিষ্ণুপ্রিয়া মণিপুরী) - Hind-ari dillərindəndir, Hindistanın Assam, Tripura və Manipur əyalətlərinin bəzi hissələrində, habelə Banqladeşin Silhet məntəqəsində və Birmada danışılır.
Bugünki Manipur (film, 1972)
"Bugünkü Manipur" filmi — 1972-ci ildə çəkilmiş Hindistan (Meytey) filmidir. Manipur dilində çəkilmiş ilk filmdir. == Film haqqında == Manipur dilində çəkilmiş ilk filmdir. Arambam Samarendranın "Tirtha Yatra" pyesinin motivləri əsasında çəkilmişdir. 2018-ci ildə yazılmış Bobbi Vahenqbamın "Bugünkü Manipur:İlk Meytey filmi" kitabı eyniadlı filmə həsr olunmuş, kitab 65-ci Milli Kino Mükafatında ən yaxşı kino kitabı nominasiyası üzrə mükafat almışdır.
Bugünkü Manipur (film, 1972)