Nurəfsun Qadınəfəndi
Nurəfsun xanımı (1851, Qafqaz – 1915, Konstantinopol) — 34. Osmanlı sultanı II Əbdülhəmidin ikinci xanımı.
Ailəsi əslən çərkəz olub, əsl adı Sərvinazdır. Atası Səlim bəy Şarmat, anası Rəbiyə xanımdır. Saraya necə alındığı və Şahzadə Əbdülhəmidlə necə tanış olduğu bilinmir. Cütlük 1868-ci ilin oktyabrında Dolmabağça sarayında evlənmiş, ancaq 26 iyul 1879-cu ildə ayrılmışdır. Övladı olmamışdır.
Harun Açba (2007). Kadın efendiler: 1839–1924. Profil.