Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maskara
Məskər (ərəb. معسكر‎) və ya Maskara (fr. Mascara) — Əlcəzairin şimal-qərbində, eyniadlı vilayətin inzibati mərkəzi olan şəhər. Xobra çayı üzərində yerləşir. Maskara inzibati, ticarət və kommersiya mərkəzidir. Dəri məmulatları, taxıl, zeytun yağı və şərab istehsal olunur. == Tarixi == Maskara şəhərinin əsası 1701 -ci ildə qoyulmuşdur. Burada Osmanlı imperiyasının hərbi qarnizonu olmuşdur. Şəhərin adı ərəb dilində "hərbi düşərgə" mənasını verir. İndiki ad ərəb dilindəki adı fransız dilinə uyğunlaşdırılmış variantıdır.
Aşağı Maşkabad (Urmiya)
Aşağı Maşkabad (fars. مشك ابادسفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 345 nəfər yaşayır (93 ailə).
Yuxarı Maşkabad (Urmiya)
Yuxarı Maşkabad (fars. مشك ابادعليا‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 135 nəfər yaşayır (41 ailə).
Maskaron
Maskaron (fr. mascaron, bəzən fr. macaron) it. mascherone — "böyük maska" Mascaron — dekorativ element, adi "maska" anlayışından fərqli olaraq, memarlıq və ya digər məkan mühitinə daxil olan təsvir deməkdir. Bir qayda olaraq, bu mifoloji personajın və ya mifik məxluqun maskasının, tağın ya sandrikin açardaşına qoyulmuş və ya pəncərənin ya qapının platbandına yerləşdirilmiş qorelyef təsviridir. Maskaronlar, qorxulu qarqoyllardan fərqli olaraq, komik, neytral və ya romantik ola bilər. Memarlıqdan əlavə, maskaronlar sənət və sənətkarlıqda istifadə olunur: gəmilərdə, boşqablarda; İtalyan İntibahının, Flamand Barokkosunun, XIV Lüdovikin fransız "böyük üslubu"nun və Regency üslubunun rəsmlərində və ornamental oymalarında. Maskaronlar, herms, telamonlar kimi, Renessans və Barok mebellərini bəzəyir. Fəvvarələrdə relyef və heykəltəraşlıq maskaronları su şırnaqları kimi istifadə olunur. Yaxın forma protomdur (heyvanın bədəninin ön hissəsi).
Mastara
Mastara - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «meşəsiz dağ», «dağın cənub tərəfi» mənasında işlənən mes sözü ilə dərə (tara) sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1828-1830 - cu illərdə Türkiyədən 138 erməni göçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci il də 7 nəfər, 1897-ci ildə 18 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Aqostino Maskardi
Aqostino Maskardi (it. Agostino Mascardi; 2 sentyabr 1590, Sarsana[d], Liquriya – 1640[…], Sarsana[d], Liquriya) — İtaliya ritorik, tarixçi və şairi. == Həyatı == Aqostino Maskardi indiki İtaliyanın Sarsana şəhərində anadan olmuş, Romada təhsil alaraq Yezuitlər ordeninə qoşulmuşdur, lakin 1617-ci ildə oradan qovulmuşdur. Bu dövrdə o, Este sülaləsi üçün işləmişdir. Fəaliyyətinə davam edən Maskardi hüquq elmləri dərəcəsi almış, həmçinin əhəmiyyətli siyasi və dini şəxsiyyətlərin katibi olaraq bir neçə vəzifədə çalışmışdır. Maskardinin yazısı onu kameraman təyin edən Papa VIII Urbanın diqqətini çəkdi. Papa 1628-ci ildə ona Sapiensa Kollecində Ritorika üzrə professou vəzifəsini vermişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Vasillov, M. "Rhetoric and Fragments of a High Baroque Art Theory". Marsyas (20). 1979–1980: 17–31.
Komik maskalar
Komik maska – eybəcərliyin müxtəlif zahiri səciyyəvi şəkillərini özündə cəmləşdirən üzlüklər. Qədim dövrün bir çox tamaşalarında aktyorlar belə maskalarda, üzlüklərdə çıxış edirdilər. Deyilənə görə, Esxilin əsərlərinin tamaşalarında 28 maska (üzlük) var imiş. Bu kimi üzlüklər, məsələn, sifətin yastılığını, alnın qısalığını, ağzın yekəliyini, dodağın qalınlığını və s. bu kimi fiziki naqislikləri ifadə edirdi. Lakin bu naqisliklər, Aristotelin dediyi kimi, insanda mərhəmət duyğusu oyatmır. Belə qədim maskalara, üzlüklərə Azərbaycan xalq teatrının inkişaf tarixində də təsadüf etmək olar, məsələn, keçəl və kosa maskaları. Əli Sultanlıya görə Azərbaycan xalq teatrında “kosa müəyyən bir üzlükdür (maskadır), hətta oyunda üzlüklə çıxış edir" . Belə tamaşalar səhnə adlana biləcək bir yerdə yox, küçə və meydanlarda səyyari şəkildə nümayiş etdirilib. Bu mərasimlərdə təkcə oyunbazlar, təlxəklər, hoqqabazlar yox, bu və уa digər dərəcədə hamı deyib-gülür, zarafatlaşır və "oynayır".
Maskaren silsiləsi
Maskaren silsiləsi — sualtı silsilə Hind okeanının qərbində yerləşir. Şimalda Seyşel adalarından Mavriki adasına qədər uzanır. Silsilənin uzunluğu 2000 km, eni 300—400 km, hündürlüyü 1500—4000 m təşkil edir. Ən yaxın adalar olan Mavriki və Mae adaları arasında məsafə 5 km təşkil edir. Bəzi hissələrdə səthdən 200—300 metr, ən azı isə 8 m təşkil edir. Şimalda qranit suxurları üstünlük təşkil edir. Burada Mae və Prasken adaları səthə çıxır. Cənubda isə vulkanik adalara rast gəlinir. Xüsusi ilə atollar üstünlük təşkil edir.
Maskarin (vulkan)
Maskarin — Cənubi Afrika Respublikasına məxsus olan Prins-Eduard adaları qruouna daxil olan Marion-Aylend adasında yerləşən vulkan. == Haqqında == Cənubi Afrika Respublikasına aid olan Prins-Eduard arxipelaqının Marion-Aylend dasında yerləşir. Pikin hündürlüyü 1230 metrdir. Vulkanın sonuncu püskürməsi 2004-cü ilə təsadüf edilir. == Həmçinin bax == Volcano Live == İstinadlar == == Xarici keçidlər == Vulkan nədir? Dünyanın Ən Təhlükəli 10 Vulkanı Vulkanlar Volcanoes Live, Worldwide.
Masqaran (Vərziqan)
Masqaran (fars. مسقران‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 887 nəfər yaşayır (203 ailə).
Uaskaran Milli Parkı
Uaskaran Milli Parkı (isp. Parque nacional Huascarán) — And dağlarının Kordilyer-Blanka silsiləsində, Perunun Ankaş bölgəsində yerləşən milli park. Milli park həm də Dünya irsi statusuna malikdir. Perunun ən hündür zirvəsi olan Uaskaran dağı (6.768 metr) bu milli parkdadır. Milli parkda puya raymondi, puma, yaquar, vikunya, taruka, düzənlik tapiri kimi heyvan və bitki növləri yaşayır. Milli park zəngin faunaya sahibdir. == Statusu == Uaskarana Milli Parkı 1975-ci ildə Peru hökuməti tərəfindən flora və faunanı, geoloji quruluşları, arxeoloji qazıntı yerlərini (Çavin mədəniyyəti), təbiət mənzərəsini qorumaq, bölgənin mədəni və təbii ehtiyatlarını öyrənmək üçün yaradılmışdır. Milli parkı hər il xeyli turist ziyarət edir. 1985-ci ildə YUNESKO tərəfindən Unaskaran Milli Parkı Dünya irsi siyahısına salınmışdır. == Ətraf mühit == Uaskaran Milli Parkında hündürlüyü 2000–6000 metr olan xeyli sayda dağ vardır.
Təzəkənd-i Masqaran (Əhər)
Təzəkənd-i Masqaran (fars. تازه كندمسقران‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (75 ailə).
Müşkabad (Sultaniyə)
Müşkabad (fars. مشك اباد‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 407 nəfər yaşayır (103 ailə).
Meşkabad-i Cədid (Həştrud)
Meşkabad-i Cədid (fars. مشك ابادجديد‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Meşkabad-i Qədim (Həştrud)
Meşkabad-i Qədim (fars. مشگ ابادقديم‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 58 nəfər yaşayır (9 ailə).