Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Systema Naturae
Systema Naturae (Latınca) İsveçli botanik, zooloq və həkim Carolus Linnaeusun (1707–1778) ən vacib əsərlərindən biridir və Linnaeus Taksonomiyasını təklif edir. Bu gün ikili adlandırma olaraq bilinən bu sistem, həqiqətdə Linnaeusdan 200 il əvvəl Gaspard və Johann Bauhin qardaşları tərəfindən qismən inkişaf etdirilsə də, Linnaeus bu sistemdən kitabında ardıcıl olaraq ilk istifadə edən ilk insandır. Kitabın ilk nəşri 1735-ci ildə edilmişdir. 1758-ci ildə nəşr olunan ən vacib nəşri sayılan kitabın 10-cu nəşrinin tam adı Latın dilində belədir: “Systema naturæ per regna tria naturæ, secundum classes, ordines, genera, species, cum characteribus, differentiis, synonymis, locistir”. Bu sözləri Azərbaycan dilinə aşağıdakı şəkildə tərcümə etmək mümkündür: “Siniflər, dəstələr, cinslər və növlərinə görə; xarakterləri, fərqlilikləri, sinonimləri və yerləşmə yerləri ilə birlikdə; təbiətin üç aləmi daxilində təbiətin sistematikası” Bu kitabın 10-cu nəşri (1758) zooloji təsnifatın başlanğıc nöqtəsi hesab olunur. Linnaeus 1766 və 1768 arasında özünün sonuncu daha da inkişaf etdirilmiş 12-ci nəşrini etdirmişdir. Daha da çox inkişaf etdirilmiş və eyni tərzdə yazılmış “Systema Naturae” adlı əsər, Johann Friedrich Gmelin tərəfindən 1788 - 1793 arasında nəşr edilmişdir. Bu son əsər zooloqlar tərəfindən iyirminci əsrin əvvəllərindən bəri eyni seriyanın sonuncu nəşri kimi qəbul edilmişdir. Bundan əlavə, bu əsər rəsmi olaraq Beynəlxalq Zooloji Nomenklatura Komissiyasının 296-cı qanunu (26 oktyabr 1954) ilə Systema Naturae seriyasının 13-cü nəşri olaraq qəbul edilmişdir.
Damburneya matudae
Damburneya matudae (lat. Damburneya matudae) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin damburneya cinsinə aid bitki növü.
Nectandra matudae
Damburneya matudae (lat. Damburneya matudae) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin damburneya cinsinə aid bitki növü.
Capsella matura
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Mihay Matura
Mihay Matura (mac. Mihály Matura; 8 aprel 1900, Budapeşt – 7 iyun 1975, Budapeşt) — macar Yunan-Roma güləşçisi, Avropa çempionatlarının mükafatçısı. 1900-cü ildə Budapeştdə anadan olmuşdur. 1924-cü ildə Paris Olimpiya Oyunlarında iştirak etmişdir və orada 5-ci yeri tutmuşdur. 1925 və 1926-cı illərdə Avropa çempionatlarının bürünc mükafatçısı olmuşdur. Mihay Matura Arxivləşdirilib 2020-04-18 at the Wayback Machine — Sports-Reference.com saytında Olimpiya statistikası (ing.) Mihay Matura — International Wrestling Database saytında profili (ing.
Systema Naturae əsərinin X nəşri
Systema Naturae əsərinin X nəşri, Karl Linnaeus tərəfindən yazılmış, zooloji təsnifatın başlanğıc nöqtəsi olaraq qəbul edilən və 1758–1759-cu illər arasında nəşr olunmuş bir kitabdır. Linnaeus bu kitabda heyvanlar üçün ikili adlandırma metodunu təqdim edir. Linnaeus 1753-cü ildə nəşr etdirdiyi Species Plantarum adlı əsərində bitkilər üçün təsnifat metodunu hazırlamışdır. Bioloji kataloqların əksəriyyəti 1758-dən əvvəlki təqdim etdikləri taksonlar üçün, Systema Naturaenin əvvəlki nəşrləri də daxil olmaqla, müxtəlif əsərlərdən götürdükləri çox sözlü adlandırmalardan istifadə edirdilər. Heyvanlar aləmi üçün ikili adlandırma metodunu ardıcıl olaraq istifadə edən ilk əsər Systema Naturae əsərinin 10-cu nəşridir. Buna görə də Beynəlxalq Zooloji Nomenklatura Komissiyası 1 yanvar 1758-ci ili zooloji təsnifatın "başlanğıc nöqtəsi" olaraq seçmiş və Systema Naturaenin 10-cu nəşrinə həmin tarixdə nəşr olunmuş kimi istinad edilməsini tövsiyə etmişdir. Qaydalara uyğun olaraq verilsə də, bu tarixə qədər nəşr olunan elmi təsnifat üçün istifadə olunan adlar etibarlı sayılmır. 10-cu nəşrdən daha əvvəl olduğu və prioritet sayılan yeganə əsər Carl Alexander Clerck-in 1757-ci ildə nəşr olunan Svenska Spindlar (İsveç dilində) və ya Aranei Suecici (Latınca) əsəridir və yenə bu əsərə də 1 yanvar 1758-ci ildə çıxmış kimi də istinad edilir.