Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Weebly
Weebly - 29 mart 2009-cu ildə qurulmuş web-hostinq xidmətidir. Şirkətin mərkəzi ofisi ABŞ-nin San-Fransisko əyalətində yerləşir. İcarçı direktoru Devid Rusenkodur. Sayt vasitəsilə domen almaq, hostinqdən yararlanmaq, şəxsi elektron poçtlardan istifadə və sayt (bloq) hazırlamaq mümkündür. Weebly eyni xidmətləri göstərən beynəlxalq şirkətlar arasında ilk pillələrdə qərarlaşır. Şirkət əsasən wix.com və Wordpress ilə rəqabətdədir. Lakin bu sıralamaya Squarespace.com, Jimdo, SnapPages və Yolanı da əlavə etmək olar. Adı çəkilən bütün saytlar demək olarki eyni xidmətləri göstərir. Lakin saytın istifadəçiləri müxtəlif böyük və ya kiçik üstünlüklərə görə əsasən wik.com və weeblyə üstünlük verir. Weebly ös istifadəçilərinə çox gözəl bir şans vermişdi.
Geely
Geely və ya Zhejiang Geely Holding Group Co., Ltd ( ZGH ) ― Çin Transmilli şirkəti, avtomobil istehsalı üzrə ixtisaslaşıb. Mərkəzi Çin Xalq Respublikasının Çjetzsyan əyalətinin Hançjou şəhərində yerləşir. Şirkət özəl olaraq Çinli milyarder və biznes maqnatı Li Şufuya məxsusdur. Şirkət1986-cı ildə qurulmuş və 1997-ci ildə Geely Auto markası ilə avtomobil sənayesinə daxil olmuşdur. Geely Auto, Lotus, Lynk & Co, Proton və Volvo markaları ilə sərnişin nəqliyyat vasitələrinin, həmçinin London EV Company və Yuan Cheng Auto (Farizon Auto) markalarına sahibdir. Qrup 2018-ci ildə 1,5 milyondan çox avtomobil satıb. "Zhejiang Geely Holding Group" 2010-cu ildə "Ford"dan, İsveç minik avtomobili istehsalçısı "Volvo Cars"ı satın alır. 2013-cü ildə İngilis taksi istehsalçısı "London EV Company"ni və 2017-ci ildə isə İngilis idman avtomobil istehsalçısı "Lotus"un səhmlərinin böyük hissəsini satın alır. Geely Automobile Holdings Ltd (吉利汽车; ) (Zhejiang Geely Holding Group-un törəmə şirkəti), Hong Kong Fond Birjasında qeydiyyata alınmışdır. == Adı == Geely sözu, Çinin yerli pinyin dilində "xeyirli" və ya "əlverişli" mənasını verən "Jili" (吉利) sözundəndir == Tarixi == 1986-cı ildə ailəsindən borc aldığı pulla soyuducu istehsalçısı olaraq "Geely"ni quran Li Şufu, şirkətin ilk illərində Çinli istehlakçılara ucuz məhsul satan müvəffəqiyyətli iş adamına çevirilir.
Mələkli
Mələkli — İğdır ilinin İğdır ilçəsində belde. Bələdiyyənin qüzeyində Evci, Tacirli və Özdəmir; şərqində Qaraqoyunlu və Göyçəli; qərbində Ağyumaq və İğdır; güneyində isə Aşağıərhacı yer alır.
Məçkəy
Məçkəy - türk, anadolu və altay xalq inancında, qərb dillərindəki qarşılığı ilə birə-bir üst-üstə düşən bir mənala vampir deməkdir. Məçik də deyilir. Türk xalq mədəniyyətində və xalq inancında özünə xas bir vampir növüdür. Bəzi istiqamətləri tamamilə türk mədəniyyətinə xas olsa da qərb cəmiyyətlərinin inanclarına çox bənzəyən bəzi xüsusiyyətləri də mövcuddur. Məsələn eynilə Nosferatu nümunəsində olduğu kimi, "tağun" (yəni vəba) xəstəliyi daşıdığına inanılır. İnsanların qanını əmər, içlərində böyüyər. Ölüm saçan donqar bir yaşlı qadın (və ya bəzən yaşlı bir kişi) şəklində düşünülər. Söz, biçmək (kəsmək) feli ilə əlaqəlidir. Məç monqolcada meymun, Məs isə silah deməkdir. Məçik, Anadolu xalq inancında məzardan çıxan ölü deməkdir.
Mələkli ev
Mələkli ev — Bakı şəhərində, Nigar Rəfibəyli küçəsi ilə Rəsul Rza küçələrinin kəsişməsində yerləşən üçmərtəbəli bina. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Bu ev 1893-cü ildə milyonçu Sergey Tumayevin sifarişi ilə tikilib, tarix binanın kartuşunda döyülüb. Binanın damında cəmi dörd mələk var. İkisi meydana, ikisi isə arxaya, Xaqani bağına tərəf baxır. Keçmiş dövrlərin tədqiqatçıları hesab edirlər ki, mələklər burada "elə belə deyil, bunun mənası var". İki versiya mövcuddur: birinci versiyaya görə, mələkləri Tumayevlərin əkiz övladlarının dünyaya gəlməsi münasibətilə qoyublar; ikinci versiyaya görə isə, mələklər Sergey Tumayevin dənizdə batan qohumları Qriqori Tumayev və onun xanımının xatirəsinə həsr olunub. Evin üstünə döyülən hərflər isə heç də rus əlifbasının "ТС" deyil, latın qrafikasının "TG" hərfləridir, yəni Tumayev Grigori. 2000-ci ildə baş verən zəlzələ zamanı mələklərdən birinin başı və çiyninin bir hissəsi qopub düşüb. Hadisə qurbansız ötüşüb.
Məşkəy (Uçalı)
Məşkəy (başq. Мәҫкәү, rus. Москово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Naurız kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 69 km, kənd sovetliyindən (Naurız): 9 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 79 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99 %) üstünlük təşkil edir.