Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ejen Melxior de Voqyue
Ejen Melxior de Voqyue (Eugene-Melchior de Vogüe, 1848-1910) — Fransız yazıçısı və ədəbiyyatşünası.
Melkor
Mórqot Báuqlir (ing. Morgoth Bauglir; /ˈmɔrɡɔθ ˈbau̯ɡlir/, sindarin dilindən «Qaranlıq Düşmən» kimi tərcümə olunur; əvvəlcə Melkor kimi tanınırdı, kvenya dilindən «qüdrətdə yüksələnən») — C. R. R. Tolkinin əsərlərində Arda kainatının əsas antaqonisti olan ainu. Əvvəlcə ainuların ən güclüsü idi, zamanla o, şər və qaranlığın təcəssümü oldu. Başda qardaşı Manve olmaqla vaların qalan hissəsi Melkora həmişə müqavimət göstərib. Ainur Musiqisi yaranmazdan əvvəl, Melkor vala Vardanı həyat yoldaşı etmək istəyirdi, lakin o, onu qəbul etmir, bundan sonra Melkor Vardaya böyük nifrət bəslədi. Gecə Qapıları vasitəsilə Ardadan kənara qovulana qədər Eäda ən çox məhz Vardadan qorxurdu. Valara qarşı müharibədə həmdə bir çox maiar Melkorun tərəfinə keçir, hansılar ki onun əzəmətli vaxtlarında dəbdəbəsi ilə cəlb olunmuşdu və zülmətdə ona sadiq qalmışdılar; başqalarını isə yalan və xain hədiyyələrlə ona xidmət etməyə məcbur etmişdi. Bu ruhlar arasında Valaraukar da var idi, o ruhlar ki Orta Dünyada balroqlar – «dəhşət iblisləri» kimi adlanırdılar.Melkorun dönüklüyü ilə bağlı “Valakventada” deyilir ki «əzəmətdən təkəbbürə düşən, ondan sonra özündən başqa hər kəsə nifrət etməyə başlayan, dağıdıcı və amansız bir ruha çevrildi. O, hikməti hiylə ilə əvəz etdi, istifadə etdiyi hər şeyi təhrif edib öz iradəsinə tabe edərək nəticədə şərəfsiz yalançı oldu. Əvvəlcə o, İşığa həsrət qalırdı, ancaq təkcə özü üçün onun yiyəsi olmağı bacarmayanda, alov və qəzəbi keçərək odlu uçuruma, Zülmətə endi.
Melçor adası
Melçor adası (isp. Isla Melchor) — Çilinin Çonos arxipelaqına daxil olan ada. Sahəsi 863,5 km² təşkil edir. Sahəsinə görə çilinin 15-ci adasıdır. Maksimal hündürlüyü 1127 metrdir. Şərq sahilində kifayət qədər iri bir liman inşa edilmişdir.
İnes Melçor
İnes Melçor (30 avqust 1986) — Perulı marafonçu. İnes Melçor Perunu 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == İnes Melçor birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 28 dəqiqə 54 saniyəyə qət edərək 118 marafonçu sırasında 25-ci yeri tutdu. İnes Melçor növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada məsafəni sona gədər qət edə bilmədi.
Kəlxor (Əhər)
Kəlxor (fars. كلهور‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 289 nəfər yaşayır (64 ailə).