Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Metabolizm
== Maddələr mübadiləsinin ümumi sxemi == Maddələr mübadiləsi, istehsal dağıtma (və ya assimilyasiya etmə) canlıda həyatın davam etdirilməsi əsnasında reallaşan bütün kimyəvi proseslərdir. Hər orqanizm, böyümə, inkişaf, istilik, hərəkət, artma kimi həyati fəaliyyətləri davam etdirə bilmək üçün xarici ətrafdan bəzi maddələr və enerji almaq məcburiyyətindədir. Bu maddələr və enerji, həyati fəaliyyətlərin davam etdirilə bilməsi üçün lazım olan orqanik molekulların sintezlənməsində istifadə ediləcək. Xarici ətrafdan alınan orqanik və ya qeyri-üzvi molekullar, ya əvvəl parçalanaraq, məhvə uğradılaraq ya da məhv gərək qalmadan lazımlı molekulların sintezlənməsində istifadə edilir. Daha kompleks quruluşdakı mollekullardan ibarət olan maddələrin orqanizmdə, daha sadə quruluşlu molekullara dağıtması proseslərinə maddələr mübadiləsinin katabolizma prosesləri deyirlər. Daha sadə quruluşdakı mollekulların, daha kompleks quruluşdakı mollekulların sintezində istifadə edilməsi isə anabolizma tepkimeleridir. Orqanizmdə bir reaksiyanın başlanğıc maddəsindən məhsula çevrilməsi müddətində meydana gələn kimyəvi dəyişikliklərə ara maddələr mübadiləsi, bu dəyişikliklər əsnasında meydana gələn ara məhsullara metabolitlər adı verirlər. Maddələr mübadiləsini şərti olaraq aşağıdakı mərhələlərə bölmək olar: Həzm mədə-bağırsaqda həzmedici fermentlərin (pepsin, tripsin, ximotripsin və s.) təsiri ilə mürəkkəb tərkibli qida kiçikmolekullu birləşmələrə çevrilir və müxtəlif metobolizmə uğrayır; Bağırsaqlarda sorulma gedir. Həzm edilmiş maddələr qana daxil olur və qan vasitəsi ilə müxtəlif üzv və toxumalara çatdırılır; Daşınan maddələrin qurulması və həmin orqanizm üçün xarakter olur; Daxil olmuş birləşmələr əlavə və son məhsullara parçalanır; Mübadilə olunmuş son məhsullar orqanizmdən xaric olur. == Orqanizmin əsas karbohidratları == Ən qiymətli bioloji karbohidratlar nişasta və qlikogen polisaxaridləridir.
Lipid metabolizmi
Lipid metabolizmi hüceyrədə lipidlərin sintez və parçalanma reaksiyaları bütünüdür. Bu mexanizmlərə enerji əldə etmək üçün yağların parçalanması və ya ehtiyat olaraq saxlanması, membran kimi hüceyrəvi strukturlardakı lipidlərin, eləcə də, funksional lipidlərin biosintezi daxildir. == Ümumi == Ümumi "lipidlərə" neytral yağların bir qrupu və lipoidlər aiddir. Bu sinfə daxil olan birləşmələrin əsas fiziki xassəsi üzvi həlledicilərdə (benzol, petrolein efiri, xloroform, benzin, aseton, dietilefiri və s.) yaxşı, suda isə çox pis həll olmasıdır. Lipidləri kimyəvi tərkiblərinə görə aşağıdakı qruplara bölürlər:a) yağlar (neytral yağlar, yaxud triqliseridlər); b) böyükmolekullu alifatik turşular; c) fosfatitlər (fosfolipidlər); ç) serebrozidlər, sterin və steridlər; d)qanqliozidlər; ə) mum və mumabənzər maddələr. Yağlar və lipidlər insan və heyvan orqanizmində böyük rol oynayır. Ehtiyat yağları orqanizmin enerji mənbəyidir. Onlar hüceyrə protoplazmasının struktur komponentlərindən biridir. == Lipid metabolizmi == Yağların hidrolitik parçalanması bir neçə mərhələdə davam edir. Lipaza, əsasən, triqliserid molekulunun alfa-efir birləşməsinə təsir göstərir.
Bitkilərdə metabolizmin avtotənzimi
Bitkilərdə Metabolizmin Avtotənzimi— Biologiya elminə fizika, kimya, riyaziyyatın tətqiqat üsüllarının geniş tətbiqi canlı sistemdə gedən bir sıra ən mühüm hadisələri molekulyar səviyyədə öyrənməyə imkan vermişdir.Müasir biologiyanın əldə etdiyi nailiyətlərdən biri də hüceyrənin tənzimləyici mexanizimləri haqda faktik matrealların toplanması və tənzimləyici mexanizimlər vasitəsilə hüceyrənin fəaliyyətini idarə etmək imkanı hesab olunur. == Tənzimləyici mexanizimlər == Normal fizioloji vəziyyətdə hüceyrədə bir sıra tənzimləyici endo amillər və sistemlər vardır. Bunlara-fitohormonlar və digər fizioloji fəal maddələri, enerji hasil eden sisitemləri, zülal hasil edən sistemləri, zülal-ferment sintezini və fermentlərin fəalığını idarə edem sistemləri və s. aid etmək olar. Tənzimləyici mexanizimlərin fəaliyyətində qənaətcilik prinsipi mühüm yer tutur. Bu prinsipə görə hüceyrə və ya orqanizimin istəlinən anda yalnız lazım olan fermentləri, həm də müəyyən miqdarda sintez edə bilir. Bu xususiyyət, hüceyrəyə malik olduğu maddi və energetik ehtiyatlardan daha səmərəli istifadə etmək imkanı verir. Bir çox orqanizmlər arasında simbioz əlaqə nəticəsində heteretrof qidalanmada da dəyişiklik baş vermiş, orqanizimlərin bir çoxu bəzi üzvi birləşmələri, o cümlədən, zülal-fermentləri sintez etməkdən tamami ilə məhrum olmuşdur. Buna nümunə kimi, insan orqanizmində bütün amin turşularının texminən yarısının sintezinin itməsini göstərmək olar. Bu amin turşuları orqanizmə qida maadəsi ilə daxil olur.
Katabolizm
Katabolizm (yunan sözü olub dağıtmaq, əskiltmək deməkdir), həmçinin enerji mübadiləsi və dissimilyasiya — mürəkkəb maddələrin daha sadə maddələrə parçalanması (deqradasiyası) və ya hər hansı bir maddənin istilik şəklində enerjinin və bütün biokimyəvi proseslərin universal enerji mənbəyi olan ATF molekulunun ayrılması ilə oksidləşmə prosesi; Katabolik reaksiyalar dissimilyasiya prosesinin əsasında durur; yəni mürəkkəb maddələrin daha sadə maddələrə parçalanması nəticəsində orqanizm üçün xas olan müəyyən spesifikliyini itirir. == Ümumi məlumat == Katobalizm nədir? Metabolizmin 2 növündən biri katabolizmdir. Bu proses sadə birləşmələrdən ATF enerjisinin sərf olunması ilə yeni,daha mürəkkəb birləşmələrin sintez və ya resintez olduğu anabolizm prosesininə əks prosesdir. Hüceyrələrdə katabolik və anabolik proseslərinin nisbəti hormonlar vasitəsilə tənzim olunur. Məs. adrenalin və ya qlyukokortikoidlər hüceyrədə maddələr mübadiləsi balansını katabolizmin üstünlük təşkil etdiyi tərəfə, insulin, somatotropin, testosteron isə anabolizmin üstünlük təşkil etdiyi tərəfə yönəldirlər. Sadəlik naminə katabolizmdən bəşəri baxımdan danışacağıq, baxmayaraq ki bütün orqanizmlər enerji ehtiyaclarını ödəmək üçün həm katabolik, həm də anabolik reaksiyalara sahibdirlər. İnsanlar enerjini ilk növbədə qidadan alır. Qəbul olunan qidadakı zülallar, yağlar, nuklein turşuları və karbohidratlardakı makromolekullar katabolik yollarla daha sadə molekullara bölünməlidir (oksidləşib) və ya digər anaboliklərdə istifadə edilə bilər.
Metabolik xəstəliklər
Metabolik xəstəliklər — maddələr mübadiləsinin (metabolizm) normal gedişatının pozulması ilə əlaqəli xəstəliklər qrupunun ümumi adı. Normal maddələr mübadiləsi katabolizm və anabolizm proseslərinin ahəngdar birləşməsindən qaynaqlanır. Metabolik xəstəliklərin səbəbləri irsi metabolik pozuntular, endokrin orqanların xəstəlikləri və ya metabolik əhəmiyyətli orqanların (məsələn, qaraciyər) fəaliyyətindəki digər pozuntular ola bilər, əksər hallarda müəyyən fermentlərin olmaması və ya onların çatışmazlığı ilə əlaqədardır. == Anadangəlmə metabolik xəstəliklər == Hal-hazırda anadangəlmə metabolik pozuntular xarakteri daşıyan xəstəliklərə piylənmə, podaqra, qəbizlik, şəkərli diabet, hiperlipoproteinemiya və bir çox başqaları daxildir. Məlumdur ki, getdikcə sayı artan çoxdan məlum olan xəstəliklər genetikdir. == Simptomları == Metabolik pozuntular zamanı baş verə biləcək bəzi simptomlara halsızlıq, kilo itkisi, sarılıq, qıcolma və s. daxildir. Metabolik xəstəliklərin simptomları metabolik pozuntunun növündən asılı olaraq dəyişiklidir. Simptomlar dörd kateqoriyaya bölünür: kəskin simptomlar, gec başlayan kəskin simptomlar, mütərəqqi ümumi simptomlar və davamlı simptomlar. == Səbəbləri == İrsi metabolik xəstəliklər qüsurlu bir gen ferment çatışmazlığı zamanı baş verir.