Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meyidxana (Ordubad)
Meyidxana — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzində yerləşən tarixi tikili. Bu abidə Ordubad şəhərinin şərq tərəfində yerləşən "Malik İbrahim qəbiristanlığı"nın şimalında qəbiristanlığı şimal tərəfdən əhatə edən dağın cənub ətəyində, dağın yamacı qazılmaqla, bəzi yerlərdə qayanın çapılması yolu ilə inşa edilmişdir. Ona görə də tikilinin giriş hissəsi istisna olmaqla qalan hissəsi torpağın altındadır. Tikilinin cənubdan giriş qapısının baş tərəfində bir kitabə qoyulmuşdur. Sarımtıl rəngli mərmər lövhə (38x30 sm) üzərində dörd sətirdə ərəb-fars dillərində süls elementli nəsx xətt ilə həkk edilmiş kitabənin mətninin tərcüməsi belədir: "Allahın rəğbətini qazanmaq məqsədilə bu mübarək şərəfli məkan mərhum, cənnətməkan Hacı Ağacan Ordubadinin oğlu yaranmışların ən kiçiyi Hacı Zeynəlabdinin səyi və təşəbbüsü ilə cəmadiəl-axir ayının 2-si tarixində, 1264-cü ildə (06.05.1848-ci il) tamam oldu". Ordubad şəhər əhalisinin söylədiyinə görə bu buna xidməti xarakter daşımış, orada meyidlər yuyulmuş və hər hansı bir səbəbdən meyidin müvəqqəti saxlanmaq zərurəti yarandıqda, orada saxlanmışdır. Məhz buna görə də daxilində daim, xüsusilə isti yay aylarında sərin hava olmasını təmin etmək məqsədilə tikilinin çox hissəsinin (arxasının, yanlarının və üstünün) torpağın altında qalması üçün abidə dağın yamacında inşa edilmişdir. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
Meyxana
Meyxana — Azərbaycana məxsus, zərb alətinin müşayiəti ilə oxunan və ya deklamasiya edilən metrikləşdirilmiş musiqi-poetik janrı. Meyxanada iki və daha artıq meyxanaçı müşairə şəklində bədahətən söyləyir. Meyxananın quruluş xüsusiyyətləri bayatı, qoşma, gəraylı və başqa xalq, eləcə də, aşıq poeziyasının formalarına dəqiq olmasa da, meyxanının özünəməxsusluğu janra əlvanlıq artırır. Meyxanaya bu təkraredilməz görkəmi verən amil – müşayiətdə zərb alətinin metroritmik əsasının ostinat formullu təşkilidir. "Meyxana" sözü iki söz — "mey" (fars dili dialektlərinin birində "şərab", "sərxoşluq") və "xana" ("otaq" anlamı verir) sözlərinin birləşməsindən ibarətdir. Meyxanaçı Kərimin sözlərinə görə, meyxananın tarixi XVIII əsrin axırında yazıçı Seyid Hüseyn Sadiqin qardaşı Mirpaşa ilə bağlıdır. Bəzi musiqi mütəxəssisləri meyxananın təşəkkül tarixinin qədimlərə getdiyini bildirirlər. Tarix elmləri doktoru Təvəkkül Səlimov meyxanaların "ən azı 550–600 illik ənənəyə söykəndiyini" qeyd edir. Professor Nizami Tağısoy isə meyxanaların qam-şaman ənənələrindən və ozan-aşıq sənətindən yarandığını bildirir: Meyxana ilə təmaslaşan elementlər xalq tamaşalarından olan "Kos-kosa" oyununda da müşahidə edilir. Novruz bayramı ilə əlaqədar ifa olunan "Kosa-kosa" kimi yığcam süjet və struktur əlamətləri ilə seçilən xalq tamaşasında əksini tapan, incə yumorla cilalanan mətn, mətnə oynaq və emosional təsir aşılayan ritm, xüsusən də ifanın təkrarlanan nəqərat hissəsi meyxanaya məxsus elementləri yada salır.