Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meyvəyeyən
Meyvəyeyən (lat. Grapholita) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yarpaqbükənlər fəsiləsinə aid heyvan cinsi.
Gavalı meyvəyeyəni
Gavalı meyvəyeyəni (lat. Laspeyresiya funebrana Tr.) — Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Kəpənəyin qanadları açılmış halda 12-17 mm uzunluqdadır. Bədəni üst tərəfdən boz rəngdə, alt tərəfdən tutqundur. Ön qanadları üzərində köndələninə, dalğavari xətt uzunır. Qanadının zirvələri başqa hissələrinə nisbətən açıq rəngdədir. Həmin yerdə bir neçə qara xətt var. Yumurtası girdə və ağ rəngdə olub, böyüklüyü 1 mm-ə yaxındır. Tırtıl axırıncı yaşda 12-15 mm uzunluqdadır. İlk yaşlarda ağımtıl, sonrakı yaşlarda isə çəhrayı rəngdə olur.
Qoz meyvəyeyəni
Qoz meyvəyeyəni (lat. Sarrothripus musculana) - Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ. Kəpənəklərin uzunluğun 8–10 mm, qanadları açılarkən isə onun eni 13–23 mm-dir. Qanadları bozdur. Yumurtası 0,5 mm uzunluqda olub, üstdən basıq və qabırğalıdır. Tırtılı axırıncı yaşda 16 mm-ə qədər çata bilir. Pupu 11 mm uzunluqda olub, qəhvəyi rənglidir, möhkəm barama içərisində olur, nəhayətində tikancıq olur. Qoz meyvə yeyəni barama və axırıncı yaşlı tırtıl halında qışlayır. Tırtıllar axırıncı yaşda puplaşmağa başlayır. Puplardan kəpənəklər aprelin axırlarında mayın əvvəllərində çıxmağa başlayır.
Şərq meyvəyeyəni
Şərq meyvəyeyəni (lat. Grapholita molesta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yarpaqbükənlər fəsiləsinin meyvəyeyən cinsinə aid heyvan növü. Şərq meyvəyeyəninin kəpənəyinin qanadlarının açılmış halda ölçüsü 12-14 mm olmaqla rəngi bozumtul-qonurdur. Ön qanadlarının qabaq kənarlarında dırnaq şəkilli 7 cüt ağ ləkə, arxa kənarlarında isə 7 cüt qara ləkə vardır. Arxa qanadları bozumtul qonur olmaqla, bürünc kimi parlaqdır, saçaqlı haşiyələrlə örtülüdür. Bığcıqları sapvaridir, üzərində nazik nəzərə çarpacaq dərəcədə halqalar vardır. Qarıncığın alt tərəfi ağ rəngdə, üst tərəfi isə boz-qonur rəngdədir. Yumurtaları oval şəkildə olub, uzunluğu 0,4-0,5 mm, eni isə 0,15 mm-dir. İlk əvvəl ağ rəngdə olan yumurtalar 2-3 gündən sonra çəhrayı-narıncı rəngə çalır. Tırtılı birinci yaşda ağımtıl-süd rəngində, 4-5-ci yaşda isə çəhrayı ağımtıl rəngdə olmaqla uzunluğu 11 mm-dir.