Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mezoterapiya
Mezoterapiya (yun. μέσος – orta və yun. θεραπεία – müalicə sözlərindən) — mikro iynələr vasitəsilə dərinin daxilinə və alt təbəqələrinə vitamin, mineral, ferment və digər lazımi maddələrin yerləşdirilməsi prosesi. Mütəxəssislərin fikirlərinə əsasən, krem və ya digər qidalandırıcı maskalardan fərqli olaraq, mezoterapiyanın tətbiqi zamanı qidalandırıcı maddələr dərinin alt qatlarına yeridilir və buna görə də daha effektiv təsir alaraq arzu olunan nəticələri daha tez bir zamanda əldə etmək mümkün olur. Mezoterapiyanın tətbiqi insan dərisini lazımi təbii maddələrlə təmin edərək cavanlaşmasına və öz təbii estetikliyini qorumasına gətirib çıxarır. Mezoterapiyadan istifadə tam təhlükəsizdir və həkim məsləhətilə, cinsindən aslı olmayaraq, hər kəs istənilən yaşda bu təbii metoddan yararlana bilər. Ancaq burada bəzi istisnalar da vardır: belə ki, hamilə qadınlar, şəkərli diabet xəstələri, iflic keçirmiş insanlar, qanın laxtalanması problemindən əziyyət çəkənlər, ürək xəstəliyi olanlar və xərçəng xəstələri mezoterapiyadan istifadə edə bilməzlər. Qeyd edilmiş istisnalar xaric, həkimlər mezoterapiyanı dəri problemlərindən əziyyət çəkən hər bir insan üçün əvəz olunmaz müalicə vasitəsi hesab edir. Nəzərə alsaq ki, bu proses dərinin ancaq bəzi arzu olunan yerlərinə tətbiq olunur, bu səbəbdən də vitamin və təbii maddələrin lazım olduğundan daha artıq istifadəsinin qarşısı alınır. Bu müalicəvi proses bədənin ancaq bəzi hissələrinə tətbiq olunduğundan, vitamin və dərmanların bədənin müalicəyə ehtiyacı olmayan digər hissələrinə lazımsız təsirinin qarşısı alınmış olunur.
Aeroterapiya
Aeroterapiya (q.yun. ἀέριος – "hava" + θεραπεία – "müalicə") və ya hava müalicəsi — açıq havada müalicə. Aeroterapiya orqanizmi oksigenlə təmin edir və xarici mühit temperaturunun təsirinə müqavimətini artırır. Aeroterapiya günəş şüaları ilə müalicə və talassoterapiya (dənizdə çimməklə müalicə) ilə birlikdə iqlim müalicəsinin bir hissəsidir. Təbii şəraitdə oksigenlə zənginləşmiş, tərkibində dəniz suyu elementlərinin faydalı ion qarışığı, yaxud bitkilərin həyat fəaliyyəti məhsulları olan havada aeroterapiya xüsusilə faydalıdır. Havada olma müddəti hava şəraitinə, sağlamlıq vəziyyətinə görə müəyyən edilir və gün ərzində 1–2 saatdan, tədricən, 12–24 saata qədər uzadılır. Aeroterapiya su proseduraları ilə birlikdə yaxşı nəticə verir. Aeroterapiya istilik mübadiləsini və termotənzimləməni qaydaya salır, qanın oksigenlə təchizini yaxşılaşdırır, iş qabiliyyətini yüksəldir, orqanizmi möhkəmlədir. Kəskin iltihab və ya temperaturla keçən xəstəliklərdə aeroterapiya zərərdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Griffin, W. A. The Open-Air Treatment of Tuberculosis : [англ.] // Boston Medical and Surgical Journal.