Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mikrofiş
Mikrofiş – bir neçə kadrın ardıcıl düzüldüyü şəffaf plyonkadan ibarət sənəd növü.Fotoqrafik kiçildilmiş görüntüləri (məsələn, sənədin, praktiki olaraq adi gözlə oxunması mümkün olmayan bir sıra kiçik görüntülər şəklində olan səhifələrini) saxlamaq üçün istifadə olunan, təqribən 1012 sm ölçüdə kiçik “plyonka” vərəqi; mikrofişləri oxumaq üçün xüsusi qurğudan istifadə olunur. Ultramikrofiş – predmetlərin əksinin 90 dəfədən çox kiçildilmiş ölçüdə mühafizə edən mikrofiş == Ölçüləri == 6×12 və ya 7.5×12sm. ölçülü bir mikrofişə 30-dan 130-a qədər kitab səhifəsi həcmində mətn sığa bilər. Mikrofişin oxunması üçün xüsusi proyeksiya aparatlarından istifadə olunur. Bu aparatın köməyi ilə görüntü 5-20 dəfəyədək böyüdülüb oxunur. Mikrofişin oxunması üçün başqa vasitələr də vardır. Məsələn, fotoböyüdücü, diaproyektor və ya güclü lupa. == Hazırlanması və istifadəsi == Yüksək kontrastlı pozitiv fotoplyonkada və ya fotokağızda hazırlanır, neqativlərdən çap olunur. Kompyuterləşmənin inkişafına qədər mikrofişlər kitabxanalarda, arxivlərdə istifadə olunurdu. Mikrofişlər az yer tutduqları üçün fondun fiziki həcmi üçün onlar daha uyğun sənədlər hesab olunurdu.
Mikrolit
Mikrolit — porfir süxurların əsas kütləsini təşkil edən və ya afir süxurların tərkibinə daxil olan lövhəvari, iynəvari, prizmatik və ya izometrik formalı mikroskopik kristallar. Mikrolit təşkil edən mineral adi optik üsullarla təyin olunur. Bu göstəricisinə və aydın formasına görə mikrolit kristallitlərdən fərqlənir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.