Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mikrofiş
Mikrofiş – bir neçə kadrın ardıcıl düzüldüyü şəffaf plyonkadan ibarət sənəd növü. Fotoqrafik kiçildilmiş görüntüləri (məsələn, sənədin, praktiki olaraq adi gözlə oxunması mümkün olmayan bir sıra kiçik görüntülər şəklində olan səhifələrini) saxlamaq üçün istifadə olunan, təqribən 1012 sm ölçüdə kiçik "plyonka" vərəqi; mikrofişləri oxumaq üçün xüsusi qurğudan istifadə olunur. Ultramikrofiş – predmetlərin əksinin 90 dəfədən çox kiçildilmiş ölçüdə mühafizə edən mikrofiş 6×12 və ya 7,5×12sm. ölçülü bir mikrofişə 30-dan 130-a qədər kitab səhifəsi həcmində mətn sığa bilər. Mikrofişin oxunması üçün xüsusi proyeksiya aparatlarından istifadə olunur. Bu aparatın köməyi ilə görüntü 5–20 dəfəyədək böyüdülüb oxunur. Mikrofişin oxunması üçün başqa vasitələr də vardır. Məsələn, fotoböyüdücü, diaproyektor və ya güclü lupa. Yüksək kontrastlı pozitiv fotoplyonkada və ya fotokağızda hazırlanır, neqativlərdən çap olunur. Kompyuterləşmənin inkişafına qədər mikrofişlər kitabxanalarda, arxivlərdə istifadə olunurdu.
Qərbi poles mikrodili
Qərbi poles mikrodili — Belarusun Brest vilayətində yaşayan insanların dialekti əsasında formalaşmış slavyan mikrodili. 1980—1990-ci illərdə bir qrup yerli filolıqlar tərəfindən kodlaşdırılmağa cəhd edilmişdir. Özündə belorus və ukrayna dillərinin xüsusiyyətlərini birləşdirir.