Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mikrofiş
Mikrofiş – bir neçə kadrın ardıcıl düzüldüyü şəffaf plyonkadan ibarət sənəd növü.Fotoqrafik kiçildilmiş görüntüləri (məsələn, sənədin, praktiki olaraq adi gözlə oxunması mümkün olmayan bir sıra kiçik görüntülər şəklində olan səhifələrini) saxlamaq üçün istifadə olunan, təqribən 1012 sm ölçüdə kiçik “plyonka” vərəqi; mikrofişləri oxumaq üçün xüsusi qurğudan istifadə olunur. Ultramikrofiş – predmetlərin əksinin 90 dəfədən çox kiçildilmiş ölçüdə mühafizə edən mikrofiş == Ölçüləri == 6×12 və ya 7.5×12sm. ölçülü bir mikrofişə 30-dan 130-a qədər kitab səhifəsi həcmində mətn sığa bilər. Mikrofişin oxunması üçün xüsusi proyeksiya aparatlarından istifadə olunur. Bu aparatın köməyi ilə görüntü 5-20 dəfəyədək böyüdülüb oxunur. Mikrofişin oxunması üçün başqa vasitələr də vardır. Məsələn, fotoböyüdücü, diaproyektor və ya güclü lupa. == Hazırlanması və istifadəsi == Yüksək kontrastlı pozitiv fotoplyonkada və ya fotokağızda hazırlanır, neqativlərdən çap olunur. Kompyuterləşmənin inkişafına qədər mikrofişlər kitabxanalarda, arxivlərdə istifadə olunurdu. Mikrofişlər az yer tutduqları üçün fondun fiziki həcmi üçün onlar daha uyğun sənədlər hesab olunurdu.
Mikrolit
Mikrolit — porfir süxurların əsas kütləsini təşkil edən və ya afir süxurların tərkibinə daxil olan lövhəvari, iynəvari, prizmatik və ya izometrik formalı mikroskopik kristallar. Mikrolit təşkil edən mineral adi optik üsullarla təyin olunur. Bu göstəricisinə və aydın formasına görə mikrolit kristallitlərdən fərqlənir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Hidrofit
Hidrofit — suda yaşayan bitkilər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Mikrofaq
Mikrofaq (yunan dilində: "mikros" - kiçik, balaca və "plagos" - yeyən) - onurğalı heyvanların dənəvər leykositlərindən biri. Termin ilk dəfə İ.İ.Meçnikov tərəfindən təklif olunmuşdur. == Mənbə == Məktəblinin təbiət elmləri lüğəti, II cild, Bakı, 2006.
Mikrofon
Mikrofon (yun. μικρός — kiçik, φωνη — səs) — səs dalğalarını elektrik siqnalına çevirən elektroakustik cihaz. Səsyazma prosesində ilkin mərhələ hesab edilir. Bir çox qurğularda (telefon, maqnitofon, radioqurğular) istifadə edilir. == Tarixi == Daha geniş insan qruplarıyla danışmaq üçün insan səsini ucaltmağa ehtiyac yaranmışdı. Buna nail olmaq üçün yaradılan ilk cihazlar akustik meqafonlar idi.Eramızdan əvvəl V əsrdə Yunanistana aid ilk nümunələrdən bəziləri amfiteatrlarda aktyorların səsini akustik şəkildə gücləndirən buynuz formalı ağız boşluqları olan teatr maskaları idi . 1665-ci ildə İngilis fizikçi Robert Hooke , hər ucuna bir stəkan taxılmış uzanan məftildən düzəldilmiş " həvəskarların telefonu " nu ixtirası ilə havadan başqa bir mühitlə ilk sınaq keçirdi . 1861-ci ildə Alman ixtiraçı Johann Philipp Reis, aralıq bir cərəyan istehsal edəcək bir titrəmə membranına yapışdırılmış metal bir zolaqdan istifadə edən erkən bir səs ötürücüsü (" Reis telefonu ") qurdu . 1876-cı ildə Alexander Graham Bell və Elisha Greydən erkən telefonlarda " maye verici " dizaynı ilə daha yaxşı nəticələr əldə edildi — diafraqma bir turşu həllində keçirici çubuqa yapışdırıldı. Ancaq bu sistemlər çox zəif səs keyfiyyəti verdi.
Mikrit əhəngdaşları
Mikrit əhəngdaşları (mikritlər) - çox incə dənəli (3,5–4 ) əhəngdaşları. Mikrit əhəngdaşları beş genetik tipə ayrılır (Flugel, 1967): hemogen, biohemogen (yosunların təsiri ilə karbonatlı maddənin iynəvari formalar şəklində biokimyəvi çökməsi), kokkolitli, foraminiferli və qırıntılı (kalsit qabıqların pozulma məhsulu). == Həmçinin bax == Əhəngdaşları == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Mikrit əhəngdaşları (mikritlər)
Mikrit əhəngdaşları (mikritlər) - çox incə dənəli (3,5–4 ) əhəngdaşları. Mikrit əhəngdaşları beş genetik tipə ayrılır (Flugel, 1967): hemogen, biohemogen (yosunların təsiri ilə karbonatlı maddənin iynəvari formalar şəklində biokimyəvi çökməsi), kokkolitli, foraminiferli və qırıntılı (kalsit qabıqların pozulma məhsulu). == Həmçinin bax == Əhəngdaşları == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.