Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hidrosefal
Hidrosefal (q.yun. ὕδωρ "su" + κεφαλή "baş" sözlərindən) ― beyinə su yığılması nəticəsində başın genişlənməsi ilə müşahidə olunan xəstəlik. == Xəstəlik tarixi == Hidrosefal xəstəliyi haqqında ilkin məlumatlar eradan əvvəl 2500-cü ildən eramızın 500-cü ilinə qədər olan dövrdə verilmişdir. Hidrosefal diyaqnozu ilk dəfə Hipokrat tərəfindən qoyulmuşdur. II əsrdə yaşamış Roma alimi Qalen Hidrosfel xəstəliyi haqqında ilk dəfə ətraflı məlumat vermişdir. Tanınmış Ərəb alimi Əbu əl Qasım əl Zəhravi tərəfindən X əsrdə yazılmış Əl-Təsarif əsərində Hidrosefal xəstəliyinə tutulmuş, uşaqların müalicə üsullarını yazmışdır. Əl Zəhravi xəstəliyin yaranma səbəbi kimi uşağın beynində yaranan təziqi göstərmişdir. Kitabda bu barədə olan bölmündə deyilir: XX əsrə qədər, xəstəlik barədə insanların məlumatı az idi. Həmin dövrdə insanlar beyin haqqında ətraflı məlumata malik deyildilər və bu səbəbdən hidrosefalı xəstələrin mualicəsidə, mümkün deyildi. Bu gün də hindrosefal xəstəliyinin tam müalicəsi tapılmamışdır.