Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Milçəkqıran
Milçəkqıran göbələyi (Amanita muscaria) — Gəlin göbələyi olaraq da bilinən, Amanitaceae familiyasından zəhərli və halusinogen bir göbələk növüdür. Tərkibinə İbotenik turşu, müsimol kimi zəhərli birləşmələr daxildir və Pantherina sindromu zəhərlənməsinə gətirib çıxarır. Zəhəri səbəbindən Yaratdığı dəlilik böhranları 4–6 saat davam edır. Bu ondan təsirlənənlərdə; ruh halının dəyişməsi (kefli və ya narahat vəziyyət), səbəbsiz gülmə, xəyal görmə, danışma çətinliyi, əzələ spazmları, görmə və eşitmə pozulması, yorğunluq kimi əlamətlər görünür. Ondan zəhərlənmələrə ölüm hadisəsi nadirdir, xüsusilə kiçik uşaqlarda təhlükəli ola bilər. Parlaq qırmızı və narıncı rənglərdə olur. Digər amanita növləri kimi ağ rəngli, yumurta şəklində bir kapsuladan çıxır, ümumiyyətlə üzərindəki zarın qalıqlarından yaranan ağ nöqtələr daşıyır. Avropada milçəkqıran göbələyinin şans gətirdiyinə inanılar. Orta əsrlərdə üzərinə qoyulan ağcaqanadları iflic boğduğu üçün bu göbələyin suyu ağcaqanaddan qorunmaq üçün istifadə edilmişdir. Etimoloji baxımdan araşdırıldığı zaman Yunancada amanitai "detalsız göbələk", musc isə ağcaqanad mənasını verir.
Milçəkqapan
Milçəkqapan (lat. Dionaea muscipula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin dionaea cinsinə aid bitki növü. Milçəkqapanın vətəni Şimali Karolina və Cənubi Karolinadır. Milçəkqapan bitkisi çevikliyi və manevr qabiliyyəti yuxarı olan milçək və böcəkləri tuta bilən möcüzəvi bir sistemə sahibdir. Əzələsi olmadığı halda göz qırpma qədər çox qısa bir müddətdə, saniyənin onda birində yarpaqlarını bağlayaraq milçəyi həbs edən bu bitkilərin cəldliyi tədqiqatçıların nəzərini cəlb etmişdi. Bu cəldliyin yarpağın həndəsəsi ilə əlaqəli olduğu və yay hərəkətinə bənzər bir təsirin nəticəsində meydana gəldiyi axır vaxtlarda irəli sürülmüşdür. Bitki hərəkətləri ümumiyyətlə yavaşdır və bir çox hərəkət bitkinin daxili sisteminin suyu hüceyrələr arasında yavaş-yavaş paylaması ilə meydana gəlməkdədir. Milçəkqapanın hərəkəti isə bu cür bir hərəkətin təqribən 10 qatı sürətinə malikdir. Tədqiqatçılar bu sürətli hərəkəti təqib edə bilmək üçün bitkinin yarpaqları üzərinə işıqlı referans nöqtələri yerləşdirdilər və sürətli video kameralar ilə hərəkəti yazdılar. Bundan başqa yarpaqlardakı uzanmanı dəqiq ölçə bilmək üçün mikroskopdan istifadə etdilər.