Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Militarizm
Militarizm — irticaçı silahlanma siyasətidir və təcəvüzkarlıq məqsədilə müharibəyə hazırlanmaqdır, həmçinin hərbçilərin zorakılığı deməkdir. Militarizm ölkənin milli və dövlət maraqlarını önə çəkmək və genişləndirmək üçün ölkənin hərbi gücünün tətbiqini dəstəkləyən siyasi ideologiyadır; militarist dövlətlərə Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa misal ola bilər. Militarizm həmçinin hərbi ideyaların və hərbi sinfin ölkədə siyasi qərarların qəbuluna və idarəçiliyə birbaşa təsirini özündə ehtiva edir. Militarizm siyasi tarix boyu imperialist və ekspansionist ideologiyanın mühüm elementi olub. Tarixi məşhur nümunələrə misal olaraq; Qədim Assuriya İmperiyası, Sparta yunan şəhər-dövləti, Roma İmperiyası, Aztek Dövləti, Prussiya Krallığı, Habsburq-Loreyn Monarxiyası, Osmanlı İmperiyası, Yapon İmperiyası, Sovet İttifaqı, Benito Mussolini dövrünün İtaliya İmperiyası, Almaniya İmperiyası, Britaniya İmperiyası və Napoleonun idarə etdiyi Birinci Fransa İmperiyası göstərilə bilər.
Militari
Militari (ing. military) — hərbi sürsat elementlərindən — hərbi çəkmələr, kamuflyaj edilmiş geyimlər (xaki rəngində), hərbi papaqlar (beret), jetonlar, breloklar — istifadə edən, uniseks stilinə yaxın olan, geyim üslubudu.
Linckia miliaris
Linckia laevigata (lat. Linckia laevigata) — heyvanlar aləminin dərisitikanlılar tipinin dəniz ulduzları sinfinin valvatida dəstəsinin ophidiasteridae fəsiləsinin linckia cinsinə aid heyvan növü.