Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Millennium Falcon
Millennium Falcon və ya Minilliyin şahini — "Ulduz müharibələri" franşizasında uydurma kosmik gəmi. Co Conston tərəfindən "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmi (1977) üçün yaradılmışdır. Bu, daha sonra "Ulduz müharibələri: Bayrama özəl" (1978), "İmperiya cavab zərbəsi vurur" (1980), "Cedayın qayıdışı" (1983), "Gücün oyanması" (2015), "Sonuncu ceday" (2017), "Han Solo: Ulduz müharibələri. Hekayələr" (2017) və "Skayuolkerin yüksəlişi" (2019) filmlərində nümayiş edilmişdir. Bundan əlavə, "Şahin" kitablar, komikslər və oyunlar da daxil olmaqla "Ulduz müharibələri"nin müxtəlif spin-offlarında nümayiş edilmişdir. Ceyms Lukenonun "Minilliyin şahini" romanı eyniadlı kosmik gəmi haqqındadır. gəmisinə diqqət yetirir. Bu, həmçinin 2014-cü ildə yayımlanmış "Leqo filmi" animasiya filmində nümayiş edilmişdir. "SpaceX"in "Falcon 1" roketləri bu "Ulduz müharibələri" kosmik gəmisinin şərəfinə adlandırılmışdır.
Millennium körpüsü (London)
Millennium körpüsü Londonda Temza çayı üzərindəki piyadalar üçün körpüdür. Bu körpü polad asma körpü olub, Banksayd ilə Şəhəri birləşdirir. Körpü Sauzvak Körpüsü ilə Bləkfrayə Dəmiryolu Körpüsü arasında yerləşir. Körpü 10 iyun 2000-ci ildə açılıb. Bu Temza çayı üzərindəki ən yeni körpüdür. Şəhər sakinləri tərəfindən "Tərpənən körpü" adı verilən körpü açılışdan iki gün sonra həyata keçirilən xeyriyyə yürüşündən sonra bəzi piyadaların narahatlığına görə bağlandı. İki gün ərzində körpünün həddən artıq yüklənməsinə görə körpü iki il müddətində əsaslı şəkildə təmir olundu və yırğalanmasının qarşısı alındı. 2002-ci ildə yenidən istifadəyə verildi. Körpünün cənub tərəfindəki girişində Qlob Teatrı, Banksayd Qalereyası və Tate Modern, şimal tərəfindəki girişdə isə London Şəhər Məktəbi və Müqəddəs Pavel kafedral kilsəsi yerləşir. Körpüyə ən yaxın metro stansiyası Mansion Hauz stansiyasıdır.
Milleniya Atlası
Milleniya Ensiklopediyası
Encyclopedy Millenia