Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirsadıq Əfəndiyev
Mirsadıq Əfəndiyev (1902, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu – 1942, Krım, Krım MSSR) — Türk İşçi-Kəndli Teatrının direktoru. == Həyatı == 1902-ci ildə Aşqabadda anadan olub və 1942-ci ildə Krımda vəfat edib. Mirsadıq Əfəndiyev Türk İşçi-Kəndli Teatrının yaradıcısı və 1929-cu ilə qədər direktoru olub. 1930-cu illərdə Moskva Dövlət Konservatoriyasında, Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında teatr tarixi və fəlsəfədən dərs deyib.
Milyonçu Mirxalıq Abdullayevin evi
Milyonçu Mirxalıq Abdullayevin evi- 1913-cü ildə inşa olunub. Tikintidə istifadə edilən daşlar Qarabağ dağlarından kəsilib…Sovet hakimiyyətinin ilk illərindən Mirxalıq Abdullayevdən alınaraq 1989-cu ilə kimi Salyan kənd təsərrüfatı texnikumunun binası kimi istifadə olunub. == İstinadlar == == Xarici keçidlər == "Milyonçu Mirxalıq Abdullayevin evi". salyan.ucoz.ru. İstifadə tarixi: 18 may 2021.
Ağamalı Kərbəlayi Miralı oğlu
Ağamalı Kərbəlayi Miralı oğlu — Qarabağın tanınmış din xadimi. == Həyatı == Ağamalı Kərbəlayi Miralı oğlu 1808 ildə Qarabağ xanlığında, Seyidli oymağında anadan olmuşdur. Təhsilini atasından almış, zəmanəsinin müdrik, hörmətli din xadimlərindən sayılmış, Seyidlinin imkanlı adamlarından olmuşdur. Qarabağda savadlı din xadimlərinin yetişməsində əhəmiyyətli rol oynamışdır. Ağamalı 1848-ci ildə, qırx yaşında Seyidli oymağında vəfat etmişdir. == Ailəsi == Ağamalı Yetər xanımla ailə həyatı qurmuş, Xırda adlı qızı, Mustafa, İbrahim, Camal adlı oğlanları dünyaya gəlmişdir. İbrahim (1842-1845) körpə yaşlarında dünyasını dəyişmişdir. Xırda (1841-...) Ağamalının ilk övladı və yeganə qızıdır. Seyidli oymağında anadan olmuşdur. Dini təhsil almış, Məşhədi ziyarət etdiyi üçün Seyidli oymağında Məşədi Xırda xanım adı ilə tanınmışdır.
Mirsalih Bikçurin
Bikçurin(Bekçurin) Mirsalih Mirsalimoviç (1819, Orenburq – 1887 ildən sonra) – başqırd pedaqoqu, maarifçi, etnoqraf. == Həyatı == 1930–38 illərdə Orenburqdakı Neplyuev hərbi məktəbində oxumuş, 1841–78 illərdə orada və başqa təhsil ocaqlarında ərəb, fars, başqırd və tatar dillərindən dərs demişdir. “Ərəb, fars və tatar dillərinin öyrənilməsinə dair ibtidai vəsait” (1859, 1869) dərsliyni tərtib etmiş, başqırd dilinin digər dillərlə müqayisədə fonetik və qrammatik quruluşunun sistemli izahını verməyə çalışmışdır. Bu müsəlman təhsil müəssisələrində sxolastik tədris üsullarına qarşı çıxmış, başqırd xalqının müasir elmlərə yiyələnməsini təbliğ etmişdir. Başqırd folkloru nümunələrini ilk toplayanlardan olmuşdur; həmin nümunələri çap etdirməklə başqırd yazılı ədəbiyyatının əsasını qoymuşdur. Rus coğrafiya cəmiyyətinə üzv seçilmiş ilk başqırd olmuşdur. == İstinadlar == Bikçurin // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — IV cild. Bakı, — Səh.: 31.