Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mistisizm
Mistika (yun. μυστικός — gizli, sehrli) — insanın fövqəltəbii hadisələrə, digər dünya və fövqəltəbii qüvvələrə inanması.. Bu və ya başqa şəkildə mistisizmlə bağlı olan dini-fəlsəfi cərəyanlar bəşəriyyətin yaratdığı bütün məlum dinlərdə (buddizm, iudaizm, induizm, xristianlıq) müşahidə edilir. İslam dinində yaranmış mistik hərəkat sufizm adını almışdır. Bu termini sufilərin kobud yun parçadan geyindikləri libasla-sufla ("yun" deməkdir) bağlayır, yaxud onun "saf" kəlməsindən yarandığını göstərirlər.
Xristian mistisizmi
Xristian mistisizmi — xristianlığın içində mistik cərəyandır. Şərq Xristianlığında Tanrının mistik cəhətdən duyulması hissi ilahiyyatla sıx münasibətlərdə idi və onlar bir-birini inkar etmirdi. Buna görə də, Qərb ilahiyyatından fərqli olaraq, ilahiyyat sxolastik elmə çevrilməmişdir. Qərbdə Aristotel təlimi ilə tanış olmayan mistikləri ciddi qəbul etmirdilər və onlara münasibət heç də bir mənalı deyil idi. XIII əsrdən sonra Müqəddəs Kitabların məntiq nöqteyi-nəzərindən təhlil edilməsi, Qərb ilahiyyatının prioritet istiqamətinə çevrilmişdir. Şərq kilsə ataları da Müqəddəs Kitabların yozulmasında düşüncənin rolunu inkar etmirdilər. Lakin, buna əlavə olaraq, onlar hesab edirdilər ki, Tanrı səmimi ibadət edən bəndəsinə özü-özünü açır və Onun haqqında bilik təkcə ağılla əldə edilmir. Tanrı haqqında mistik biliyi əldə etmək üçün, rahib həyatını yaşamaq, daim özünü mənəvi cəhətdən təmizləmək lazımdır. Müqəddəslərin mistik təcrübələrinə inanmaq ənənəsi də bundan irəli gəlmişdir. Təbiidir ki, bəzi hallarda, Şərq Xristianlığında bəzən mistiklərlə ilahiyyatçılarnın arasında qütbləşmə baş verirdi, lakin bu qütbləşmə ciddi ixtilafa çevrilmirdi.
Mistikizm