Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Monopoliya
İnhisar və ya monopoliya (yun. μονο — tək; πωλέω — satıram) – müəyyən məhsul və ya xidmətin yalnız bir şəxs və ya şirkət tərəfindən təqdim edildiyi hal. Başqa sözlə inhisar, bazarda bir satıcının və çoxlu sayda alcının olduğu bazardır. Bu bazar rəqabətin və əvəzedici əmtəələrin yoxluğu, eləcə də yüksək mənfəət əldə etməyə imkan verən və marjinal xərclərdən çox yüksək olan inhisar qiyməti ilə xarakterizə edilir. Bundan əlavə inhisarlar qiymətə təsir edəcək qədər böyük bazar gücünə malikdirlər. İnhisar dedikdə ilk növbədə insanın ağlına bir çox qitədə fəaliyyət göstərən transmilli korporasiyalar, dövlət tərəfindən yaradılan böyük şirkətlər gəlir, amma inhisar qismində kiçik firmalar da ola bilər. Məsələn, uzun bir yol üzərində cəmi bir yanacaqdoldurma stansiyası olduğunu fərz edək. Bu zaman yolda qalmaq istəməyən şəxs məcburən buradakı qiymətlərlə razılaşmalı olacaq. == Tarix == Məlum olduğu kimi, bazarın geniş miqyasda inhisarlaşması XIX-XX əsrlərin hüdudlarında (qovuşağında) baş vermişdir. Azad rəqabət İngiltərədə, klassik kapitalizm dövründə müəyyən qədər özünü göstərmişdir (XIX əsrdə).
Monopoliya (oyun)
Monopoliya — stolüstü oyun növü. Burada oyunçular altı tərəfli zəri monopoliya taxtasının üzərində hərəkət etdirərək ticarət məhsullarının alqı-satqısı ilə məşğul olur, evləri və ya otelləri böyüdürlər. Oyunçular öz rəqiblərini iflas etməklə onlardan icarəyə mülklər götürürlər. Pul, həmçinin, Şans və İcma kartları və vergi xalları vasitəsilə əldə edilə və ya itirə bilər; oyunçular bir neçə şəraitdən birini yerinə yetirənə qədər hərəkət edə bilməyəcəkləri həbsxanada ola bilərlər. Oyunun bir sıra ev qaydaları və yüzlərlə vesiyası mövcuddur. Monopoliya oyunu beynəlxalq səviyyədə tanınaraq 103-dən çox ölkədə lisenziyalaşdırılmış və 30-dan çox dildə tərtib edilmişdir. Monopoliya oyunu 1903-cü ildə ABŞ-də Elizabet Maqi tərəfindən yaradılan Landlord's Game versiyasından götürülmüşdür. == Tarixi == 1935-ci ildə yaradılmışdır. == Monopoliya taxtası == Monopoliya oyununu 40 boşluqdan ibarət olan taxtada oynanılır. Bu 40 boşluqda iyirmi səkkiz mülkiyyət yeri—iyirmi iki küçə (səkkiz müxtəlif rəngli qrupa bölünmüşdür), 4 dəmiryol xətti və iki kommunal yer—üç Şans küçəsi, üç İcma yeri və Lüks vergi yeri, Gəlir vergisi yeri və dörd ədəd künc meydanı: GET, (içəri) Həbsxana/Sadəcə səfər et, Pulsuz parkinq, and Həbsxanaya get adlı xanalar yerləşir.
Monofiliya
Monofiliya (q.yun. μόνος – tək; φῦλον – tayfa, cins, növ) — müəyyən qrup orqanizmin ümumi əcdaddan əmələ gəlməsi. Üzvi aləm təkamülünün əsas prinsipi. Həyat ağacı ümumi kökdən başlanğıc alır və 2 gövdəyə (bitkilər və heyvanlar aləmi) ayrılır. Bunların hər birindən iri gövdələr – tiplər əmələ gəlir, o da tədricən siniflər, dəstələr, fəsilələr və nəhayət cinslərə budaqlanır. Cinslər ayrı-ayrı budaqlar dəstəsindən ibarət növlərdən təşkil olunmuşdur. Çarlz Darvin bitki və heyvan yetişdirmək sahəsindən dəlillər gətirməklə monofiliyanı əsaslandırmışdır. O, müasir ev göyərçinlərini tədqiq edərək göstərdi ki, onların əcdadı vəhşi göyərçindir (Columba livia). Darvindən sonra müxtəlif bioloji fənlərin dəlilləri əsasında heyvanlar və bitkilər aləminin təbii qruplarının əksəriyyətinin əmələ gəlməsində monofiliya bir daha sübut edilmişdir. Müxtəlif insan irqlərinin vahid bir mənşədən başlanğıc alması da monofiliyaya misaldır.
Monofobiya
Monofobiya— tək qalma fobiyasıdır; eqoist olmaq qorxusu və ya tək qalmaq qorxusudur. Xəstələrin fiziki olaraq xəstə olmasına ehtiyac yoxdur, lakin onlar özlərinə məhəl qoyulmadığını və ya sevilmədiyini hiss edirlər. Monofobiya bəzi digər fobiyalarla, məsələn, agorafobiya ilə birlikdə mövcud ola bilər və ümumiyyətlə agorafobik klasterin bir hissəsi hesab olunur. Bu o deməkdir ki, monofobiya bəzi narahatlıq pozğunluqları və hiperventilyasiya pozğunluqları ilə eyni xüsusiyyətlərə malikdir. Aqorafobik qrupa aid olan fobiyası olan insanların əsas narahatlığı fövqəladə hallarda kömək istəməkdir. Bu o deməkdir ki, insanlar cəmiyyətə qarışmaqdan, izdihamda qalmaqdan, tək qalmaqdan qorxurlar. Onlar oxşar olsalar da, monofobiya, agorafobiya (ictimaiyyətə çıxmaq və ya böyük izdihamın arasına düşmək qorxusu), özünə nifrət və ya sosial narahatlıq ilə eyni şey deyildir. Bu, digər fobiyalarla əlaqəli olan xüsusi bir fobiyadır. == Tərifi == Monofobiyanın müxtəlif tərifləri var, o cümlədən , izolofobiya və eremofobiya. Bunlar bir az fərqlidir, lakin əsasən eyni şeyi ifadə edir.
Monofoniya
Monofoniya (q.yun. μόνος – tək; φωνή – səs) — bir neçə mənbədən (məsələn, orkestr alətlərindən) gələn səs dalğalarını birlikdə bir daşıyıcı üzərinə yazan səsyazma üsulu. Yazı ümumi qurğudan (məsələn, renroduktordan) səsləndirilir. Bu zaman müxtəlif mənbələrdən alınmış səslər sanki bir nöqtədən eşidildiyi üçün səslənmənin perspektivliyi təhrif olunur, səsin tembri dəyişir, ayrı-ayrı mənbələrə uyğun səslərin eşidilmə dəqiqliyi azalır və s. Monofonik səsyazma tədricən daha təkmil stereofonik səsyazma ilə əvəz olunur.
Monopsoniya
Monopsoniya — Əmək bazarının bir növü olan monopsoniya sadəcə bir alıcının, çoxlu sayda isə satıcının olduğu bazarlara deyilir. İqtisadi baxımdan monopoliya ilə əks mənalıdır. Monopsoniya - qeyri-təkmil rəqabətdə bir alıcıya qarşı çoxlu satıcının durması və ya başqa ifadədə ancaq bir istehlakçının bazarı forması. Bu zaman qiyməti alıcı qoyur. Onun maraqlı cəhəti isə monopoliya ilə monopsoniyanın eyni vaxtda, eyni məkanda görünməsidir. Ümumiyyətlə, praktiki prizmada xalis monopoliya və xalis monopsoniya uzlaşması nadir hadisədir. Ve yaxud Monopsoniya — Əmək bazarının bir növü olan monopsoniya sadəcə bir alıcının, çoxlu sayda isə satıcının olduğu bazarlara deyilir. İqtisadi baxımdan monopoliya ilə əks mənalıdır.
Monpeliya ağcaqayını
== Təbii yayılması == Aralıq dənizindən Qafqaza və Şimali İrana qədər geniş ərazidə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5–10 m-ə, çətirinin еni 4–9 m-ə çatan, yarpağını tökən, assimmеtrik, еnli yumurtavari və ya şarşəkilli kiçik ağac və ya iri kоldur. Bitkinin zоğları əvvəlcə bоz-qоnur, sоnradan tünd-qоnur оlub, qabığı uzun yarıqlıdır. Yarpaqlar qarşılıqlı yеrləşib, parlaq tünd-yaşıl rəngli, uzunluğu 3-6 sm-dir. Aprеl-may aylarında yarpaqları açıldığı dövrdə çiçəkləyir. Çiçək qrupu sarı-yaşıl rəngli çətirdir. Mеyvələri bir-birnə paralеl yеrləşən qanadlara malikdir. == Ekologiyası == İsti, quru yamaclarda, sеyrək kоlluqlarda bitir. İşıq və istisеvən, sоyuğa və küləyə davamlı bitkidir. Yarımkölgəyə dözür.