Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Montarji (rayon)
Montarji (fr. Montargis) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından biri. Departamenti — Luara. Suprefektura — Montarji. Rayon əhalisi 2006-cı ildə 166 285 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 63 nəf / km². Rayon ərazisi — 2631 km².
Annaqılınc Möhtaci
Annaqılınc Möhtaci (1824 (1825) - 1884) — türkmən şairi. == Həyatı == Gerçək adı Annaqılınc, təxəllüsü Möhtaci olan şair 1824-cü ildə Aşqabadın Köşi kəndində dünyaya gəlmişdir. XIX əsrin görkəmli şairlərindən biridir. Xallı Bəxşi ilə eyni kənddən olması və qonşuluğu onun şeirlərinin mahnı kimi xalq içində yayılmasını təmin etmişdir. Möhtaci kənd məktəbini bitirmiş, ənənəvi türkmən mədəniyyətini, xalq dastanlarını dərindən öyrənmişdir. Gəncliyində sevdiyi və qovuşa bilmədiyi Annagülün həsrəti onu saza-sözə bağlamış, şairliyə sövq etmişdir. Annaqılınc Möhtaci bir müddət İranda əsirlikdə qalmış, 1879-81-ci illərdə baş verən Göytəpə faciələrinin şahidi olmuş, 1884-cü ildə Köşi kəndində qızılca xəstəliyindən vəfat etmiştir. Onun çoxlu övladı olmuş, atası kimi şair olan oğlu Molladurdu maarif naziri vəzifəsində işləmişdir. Nəvəsi Murad da şair ol-muşdur. Törəmələri Aşqabadda yaşayırlar.