Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Surabaya
Surabaya — İndoneziyanın Şərqi Yava əyalətinin paytaxtı, 3 milyondan çox əhalisi olan İndoneziyanın ən böyük ikinci şəhəri. Qerbanqkertosusila kimi tanınan Böyük Surabaya metropol ərazisində əhali 10 milyondan çoxdur. Madura boğazı üzərində şimal-şərq Yavada yerləşən Cənub-Şərqi Asiyada ən qədim liman şəhərlərindən biridir. 18 və 19-cu əsrlərdə Surabaya Bataviya (bugünkü Cakarta) və daha sonra rəqibləri Şanxay və Honkonq ticarət mərkəzindən daha böyük olan Niderland Ost-Hindindəki ən böyük şəhər idi. İndi şəhər İndoneziya arxipelaqının mühüm maliyyə mərkəzlərindən biri olaraq qalır, yalnız Cakartadan sonra Tancunq Perak Limanı isə İndoneziyanın ikinci ən işgüzar dəniz limanıdır.
Muradağa, Sandallar və Atlılar qətliamı
Muratağa, Sandallar və Atlılar Soyqırımı — Kiprdə yunanların türklərə qarşı həyata keçirdiyi vəhşiliklərdən ən dəhşətlisi. Rumların Kipr türklərinə qarşı həyata keçirdiyi vəhşiliklərdən ən dəhşətlisi Muratağa, Atlılar və Sandallar kəndlərində olmuşdur. Bu soyqırım 1974-cü ilin 14 avqustundan 16 avqustuna kimi EOKA-B tərəfindən həyata keçirilmişdir. Muratağa, Atlılar və Sandallar kəndlərinin əli silah tutan kişilərinin adanın qorunması uğrunda mücadilədə olduğunu bilən rumlar gecəykən müdafiəsiz qalan kəndə hücum edirlər. Hər üç kənddə 5 aylıq körpədən tutmuş 90 yaşlı qocalara qədər hamını qətlə yetirən rumlar öldürdükləri Kipr türklərini kütləvi şəkildə yandıraraq sonradan torpağa basdırırlar. Bu hücum zamanı Atlılar kəndində 36 nəfər, Muratağa və Sandallar da isə 89 nəfər rum vəhşiliklərinin qurbanı olur. Qətlə yetirilən kiprli türklər arasında o zaman adanın müdafiəsinə qalxan Kamal Mericin həyat yoldaşı və 5 övladı da olur. Rumlar 5 aylıq körpəni anasının qucağında süd əmdiyi yerdə qətlə yetirir, ana və övladını türklərə ibrət olsun deyə həmin şəkildə torpağa basdırırlar. Soyqırımda öldürülənlərdən ən balacası 16 günlük, ən yaşlısı isə 95 yaşında olmaqla ümumilikdə 126 nəfər türk qətlə yetirilmişdir. 1960-cı ildəki siyahıyaalmaya görə üç kəndin cəmi əhalisi 248 nəfər idi.
Muratağa, Sandallar və Atlılar soyqırımı