Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mezoterapiya
Mezoterapiya (yun. μέσος – orta və yun. θεραπεία – müalicə sözlərindən) — mikro iynələr vasitəsilə dərinin daxilinə və alt təbəqələrinə vitamin, mineral, ferment və digər lazımi maddələrin yerləşdirilməsi prosesi. Mütəxəssislərin fikirlərinə əsasən, krem və ya digər qidalandırıcı maskalardan fərqli olaraq, mezoterapiyanın tətbiqi zamanı qidalandırıcı maddələr dərinin alt qatlarına yeridilir və buna görə də daha effektiv təsir alaraq arzu olunan nəticələri daha tez bir zamanda əldə etmək mümkün olur. Mezoterapiyanın tətbiqi insan dərisini lazımi təbii maddələrlə təmin edərək cavanlaşmasına və öz təbii estetikliyini qorumasına gətirib çıxarır.Mezoterapiyadan istifadə tam təhlükəsizdir və həkim məsləhətilə, cinsindən aslı olmayaraq, hər kəs istənilən yaşda bu təbii metoddan yararlana bilər. Ancaq burada bəzi istisnalar da vardır: belə ki, hamilə qadınlar, şəkərli diabet xəstələri, iflic keçirmiş insanlar, qanın laxtalanması problemindən əziyyət çəkənlər, ürək xəstəliyi olanlar və xərçəng xəstələri mezoterapiyadan istifadə edə bilməzlər. Qeyd edilmiş istisnalar xaric, həkimlər mezoterapiyanı dəri problemlərindən əziyyət çəkən hər bir insan üçün əvəz olunmaz müalicə vasitəsi hesab edir. == Faydaları == Nəzərə alsaq ki, bu proses dərinin ancaq bəzi arzu olunan yerlərinə tətbiq olunur, bu səbəbdən də vitamin və təbii maddələrin lazım olduğundan daha artıq istifadəsinin qarşısı alınır. Bu müalicəvi proses bədənin ancaq bəzi hissələrinə tətbiq olunduğundan, vitamin və dərmanların bədənin müalicəyə ehtiyacı olmayan digər hissələrinə lazımsız təsirinin qarşısı alınmış olunur. Həmçinin, qan dövranının sürətləndirilməsi və dəri hüceyrələrinin fəaliyyətinin asanlaşdırılması da mezoterapiyanın əsas faydalarındandır.