Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nübuvvət
Nübuvvət — Müsəlmanlığın əsas şərtlərindən biri də peyğəmbərlərə inamdır. Müsəlman adlanan kəs Allah-Təalanın göndərdiyi bütün peyğəmbərlərə inanmalı, onları öz xüsusiyyət və möcüzələri ilə qəbul etməli, ən əsası isə Həzrət Məhəmmədin (s) sayca sonuncu, şərafətcə ilkin peyğəmbər olduğuna iman bəsləməlidir. Müsəlmanların əqidəsincə, Həzrət Məhəmməd (s) "peyğəmbərlərin möhrüdür", yəni sonuncu peyğəmbərdir. Allah-təala Həzrət Məhəmməddən (s) sonra Yer üzünə peyğəmbər göndərməmişdir və qiyamət gününədək göndərməyəcəkdir. Peyğəmbərlərə inam Allaha inamla əkizdir. Belə ki, Allaha inanıb peyğəmbərləri danan kəs müsəlman deyildir. Peyğəmbərlərin hər hansı birinin ruhunu təhqir etmək, Həzrət Məhəmmədin (s) sonuncu peyğəmbərlik iddiası edən hər hansı şəxsə iman gətirmək İslam dinindən çıxmaq deməkdir. Fars dilindən Türk dilinə keçmiş bir ad olan peyğəmbər kəlməsi "xəbərçi, xəbər gətirən, elçi" mənalarına gəlməkdədi. Dini bir termin olaraq, "Allah-Təala"nın, qullarına əmr və qadağalarını bildirmək və dinini öyrətmək üzrə insanların arasından seçdiyi və vəzifələndirdiyi "kişi" deməkdir. Quranda peyğəmbər anlayışı qarşılığında "nəbi" və "rəsul" kəlmələri keçməkdədir.