Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çəkələk
Çəkələk ― yüngül ayaqqabıların bir növü. Çəkələkləri çox vaxt parçadan ya da dəridən düzəldirlər. Bəzi bölgələrdə xalq arasında şəpik adlandırılan bu ayaqqabılar qədim zamanlardan tanınır və isti ölkələrdə, başqa ayaqqabılara nisbətdə daha çox geyinilir. Bəzi çəkələklər isə (məsələn: hamam üçün) rezindən hazırlanır.Tərlik ayaqqabı şəklində ola bilər və ya arxası olmaya bilər (flip-flop). Onların dabanları adətən nazik olur və ayaq üçün çox qorunma təmin etmir. Otellərdə, hamamlarda və s.-də müştərilərə birdəfəlik terliklər verilə bilər.
Yaşıl Çəkmələr
"Yaşıl Çəkmələr"- Everest dağının əsas şimal-şərq silsiləsi yolunda əlamətdar bir alpinistin naməlum cəsədinə verilən addır. Şəxsiyyəti rəsmi olaraq təsdiqlənməsə də, 1996-cı ildə Everest dağında dünyasını dəyişən Hindistanlı alpinist Tsewang Paljor olduğu güman edilir. Yaşıl Çəkmələr termini, cəsədin ayaqları üzərində yaşıl alpinizm çəkmələrindən yaranmışdır. Şimal tərəfdən edilən bütün ekspedisiyalar, 8,500 metr (27,900 ft) hündürlükdəki əhəng daşı mağarasında cəsədlə qarşılaşdılar. 2006-cı ildə fərqli bir alpinist Devid Şarp tək qalxma zamanı"Yaşıl Çəkmələrin Mağarası" olaraq bilinən yerdə öldü. 2014-cü ilin may ayında Yaşıl Çəkmələrin itkin düşdüyü, ehtimal ki, basdırıldığı bildirildi. 2017-ci ildə şayiələrə görə bir çox alpinist geri döndükdə, o yenə eyni yüksəklikdə görüldü. == Tarix == Yaşıl Çəkmələrin ilk qeydə alınan video görüntüləri 21 may 2001-ci ildə Fransız alpinist Pierre Paperon tərəfindən lentə alındı. Videoda Yaşıl Çəkmələr zirvəyə baxan sol yamacda uzanırdı. Paperonun sözlərinə görə, şerpi ona altı ay əvvəl dırmaşmağa cəhd edən Çin alpinistinin cəsədi olduğunu söylədi.Vaxt keçdikcə cəsəd həm şimal yolundakı əlamət olaraq, həm də Devid Şarpın ölümü ilə əlaqəli olaraq tanındı.
Səhranın nəfəsi
"Səhranın nəfəsi" (ing. Desert Breath) — Rəssamlar Danaya ilə Aleksandra Stratou və Stella Konstantinidesin iki il ərzində qum konuslardan yaratdıqları əsər. Kosmosdan görünür.100 min kvadrat metr ərazini əhatə edir. Əsər üzərində iş 1997-ci ilin mart ayının 7-də başa çatıb.
Min nəfərin ekspedisiyası
Min nəfərin ekspedisiyası (it. Spedizione dei Mille) — inqilabi general Cüzeppe Qaribaldinin 1860-1861 il kampaniyası. Min nəfərlik dəstə ilə İtaliyanın cənubuna enən Haribaldi, “Hər iki Siciliya krallığını” məğlubiyətə uğradır, nəticədə onun ərazisi Sardiniya krallığı tərəfindən zəbt olunur və birləşmiş İtaliya krallığına daxil olur. Ekspedisiya, “Sardiniya krallığının” baş naziri Kamillo Kavurun ilhamverdiyi, İtaliyanın birləşdirilməsi kampaniyasının bir hissəsi idi. 1860-cı ilin martında krallığ öz ərazisinə “Mərkəzi İtaliyanın birləşmiş vilayətlərini” birləşdirdi. Birləşmə kampaniyasının növbəti mərhələsi, Appenin yarımadasının güney hissəsini və Siciliyanı əhatə edən Hər iki Siciliya krallığının ərazisinin zəbt edilməsi idi. Ekspedisiya çox təhlükəli və riskli idi. Çünki ekspedisiya iştirakçılarını sayı cəmi min nəfər ikən qarşı tərəf olan İki Siciliya krallığı daha böyük nizami orduya və daha güclü donanmaya sahib idi. Lakin ekspedisiya uğurlu oldu və sonda keçirilən referendumla Siciliya, Cənubi İtaliya Sardiniya krallığına birləşdirildi, İtaliya krallığının yaradıldığı elan edildi. Ekspedisiya təşəbbüsü italyan millətinin "dörd qurucu ata"sı hesab edilən Haribaldi, Mazzini, II Viktor Emanuel və Kamillo Kavur tərəfindən ortaq olaraq hazırlanmışdı.
Nəfəsli musiqi alətləri
Nəfəsli musiqi (çalğı) alətləri (üfləmə alətlər) — havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur. == Növləri == Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanmışdır. Bu ənənə dövrümüzə qədər yaşamış və bu gün də davam etdirilir. Hazırda bir neçə nəfəsli musiqi aləti: ney, tütək, musiqar, sümsü və onun növləri qarğı və qamışdan hazırlanır. Nəfəsli musiqi alətləri sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən, mis və digər materiallardan da hazırlanır. Çağımızda hazırlanma materialına görə üfləmə alətlər iki yerə bölünür: Mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və s. Ağac alətlər – fleyta, hoboy, klarnet, faqot və s.Nəfəsli musiqi alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır. Bu alətlər arasında daha çox istifadə olunanı zurnadır ki, onun da səs düzümü iki oktavadan artıq deyildir. Nəfəsli musiqi alətləri ifa tərzinə görə müxtəlifdir: Müştüklü: zurna, balaban.
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.
Çaqqal nəfəsi (film, 2013)
Çaqqal nəfəsi — İranlı rejissor Babək Şirinsifətin çoxseriyalı filmi. == Məzmun == Kriminal melodram janrında olan serialin əsas ana xətti bir neçə paralel süjet üzərində qurulub. Film iki qadının taleyindən bəhs edir. Təsüdüfi bir qətl törətdiyi üçün həbsxanaya düşmüş Nərgiz adlı gənc qadının (33-35 yaş) həbsxanadan çıxdıqdan sonra başına gələnlər və keçmişdə biznes fəaliyyətiylə məşğul olub, lakin kimlərsə tərəfindən şərlənib həbsxanaya saldırılan Gülarə adlı yaşlı qadının öz günasızlığını sübut etmək yolunda apardığı mübarizəsi yer alıb. == Haqqında == “Çaqqal nəfəsi” adlı serialda əməkdar artist Qurban İsmayılov, Gülzar Qurbanova, Rasim Cəfərov, Elgün Həmidov və digər tanınmış aktyorlar rol alıb. Ekran əsərində tanınmış teleaparıcı Səxavət Nur da debütünü edib. Filmin ssenari müəllifi İlqar Fəhmidir. Seriala musiqini iranlı bəstəkar Hamid Sabet yazıb.
Nefelin
Nefelin — mineral. Bu qrupa 2 əsas mineral daxildir: nefelin Na3K[AlSiO4]4 və kalsilit. Seriyanın natriumlu sonuncu üzvü olan aşağı temperaturlu nefelin davamlıdır. Sonuncu 900° C-də yüksək temperaturlu nefelin, 1254° C-də isə karnegiitə keçir. Dərinlik süxurlarında və qneyslərdəki nefelin tərkibi nəzəri formulaya yaxındır və kaliumla zəngindir. Nefelin bəzən Ca daşıyır. Nizamlı və qeyri-nizamlı nefelin məlumdur. Heksaqonal Habitus prizmatik, qısa dirəkvari, qalın lövhəli. İkiləşmə {1010}, {3365}, {1122} üzrə. Ayrılma {1010} və {0001} üzrə qeyri-mükəmməl.
Nefelinli siyenit
Nefelinli siyenit — tam kristallik leykokrat qələvi süxur. Tərkibi: qələvi çöl şpatı (65–70%), nefelin (20%), bəzən feldşpatoid və rəngli minerallar-biotit, qələvi piroksen və amfibol (10–15%). Quruluşu orta- bəzən iri dənəli olub qranit quruluşuna yaxındır. Nefelinli siyenit iki yarım qrupa bölünür: 1) aqpaitli nefelinli siyenit (aqpaitlik əmsalı >1) və 2) miaskitli nefelinli siyenit (aqpaitlik əmsalı <1). Aqpaitli süxurlar miaskitlilərə nisbətən nadir elementlərlə daha zəngindir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Drosera neesii
Drosera neesii (lat. Drosera neesii) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Ən azı 50 nəfərin ölümü ilə nəticələnən aviasiya qəzaları və olaylarının siyahısı
Ən azı 50 nəfərin ölümü ilə nəticələnən aviasiya qəzaları və olaylarının siyahısı — məqaləsinə ticari sərnişin və kargo uçuşları, hərbi sərnişin və kargo uçuşları, yaxud bir hadisədə ən azı 50 nəfərin həlak olduğu ümumi aviasiya qəzaları və insidentləri daxildir. Terorist və ya digər hücumlar da daxil olmaqla 539 belə hadisə baş verib. Bunlardan 198-i ən azı 100 ölüm, 33-ü ən azı 200 ölüm, 8 qəza ən azı 300 ölüm, 4 qəza isə ən azı 500 nəfərin ölümü ilə nəticələnib. 1923-cü ildən (ilk belə qəza və hadisəsi 50-dən çox adamın ölümü ilə nəticələnib) bu günə kimi, yeddi qitədə və üç böyük okeanda 571 təyyarə bu qəzalardan qaça bilməmiş və bütün qəzalarda ümumilikdə 56 min 669 nəfər həyatını itirmişdir. == Tarixi == 17 dekabr 1903-cü ildə Rayt qardaşlarının qabaqcıl uçuşundan beş il sonra, 17 sentyabr 1908-ci il, Tomas Selfric, Virciniya ştatının Fort Myer şəhərində Rayt Model A-nın nümayişi zamanı Orville Rayt ilə sərnişin kimi uçarkən motorlu uçuşun ilk ölümü oldu. 1909-cu ildə Eugène Lefebvre motorlu bir təyyarəni idarə edərkən həlak olan ilk şəxs oldu, ilk ölümcül havada toqquşma isə 19 iyun 1912-ci ildə Fransanın Douai yaxınlığında baş verdi və hər bir təyyarənin pilotu öldü. Bu ilk aviasiya ölümlərindən sonra ölümcül təyyarə qəzalarının miqyası təyyarələrin ölçüsü və tutumu ilə mütənasib olaraq artmışdır. Bir ildə bir aviaşirkətin iştirakı ilə ən çox ölüm halı 2014-cü ildə baş verib, o zaman 537 nəfər (ehtimal ki, dağıntılar aşkar olunmayıb, ölənlərin sayı tam təsdiq edilməyib) Malaysia Airlines MH370 təyyarəsinin yoxa çıxması və dörd ay sonra Malaysia Airlines MH17 reysinin qəzaya uğraması nəticəsində baş verib. Tarixdə hər hansı aviasiya qəzasında ən çox ölüm hadisəsi 1977-ci ildə iki Boeing 747 təyyarəsinin uçuş-enmə zolağında toqquşması nəticəsində 583 nəfərin öldüyü Tenerife hava limanında baş vermiş qəzada baş verib. Havada toqquşma nəticəsində ölənlərin çoxu 12 noyabr 1996-cı ildə Hindistanın Yeni Dehli şəhərinin qərbində, Çarxi Dadridə havada toqquşma zamanı Səudiyyə Ərəbistanı Hava Yollarına məxsus Boeing 747–100B təyyarəsinin Dehlidən Səudiyyə Ərəbistanının Dhahran şəhərinə toqquşması nəticəsində baş verib.
İvan Vasilyeviç peşəsini dəyişir (film, 1973)
"İvan Vasilyeviç peşəsini dəyişir" (rus. Иван Васильевич меняет профессию) — rejissor Leonid Qaydayın filmi. == Məzmun == İxtiraçı Aleksandr Sergeyeviç Timofeyev (Şurik) zaman maşını icad edir. Onun saysız eksperimentləri nəticəsində bir gün maşın tüstüləyir və partlayış baş verir. Şurik özündən gedir. Şurikin arvadı olan kinoaktrisa Zina ondan ayrılacağını deyir. O, yeni sevgilisi – kinorejissor Yakinlə birgə səyahətə gedirlər. Bu zaman oğru-residivist Corc Miloslavski Şurikin qonşusu diş həkimi Anton Şpakın mənzilinə soxularaq onu qarət edir. Onun təcrübələrindən təngə gəlmiş ev müdiri İvan Vasilyeviç Şurikə yenidən sakinlərin şikayətini çatdırır. Şurik İvan Vasilyeviçin iştirakı ilə öz zaman maşınını işə salır və bu zaman Şurikin və Şpakın mənzilləri arasında olan divar yoxa çıxır.