Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naharlı
Naharlı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Hacıqasımlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Naharlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Naharlı kəndi Məzrəli və Hacıqasımlı kəndləri arasında, Saatlıdan 8 km qərbdə, Araz və Kür çaylarının arasında, Mil düzündə yerləşir. Əhalisinin sayı 607 nəfərdir.
Narlıq
Narlıq — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Nadanlıq (əsər)
Nadanlıq (əsər) — Nəriman Nərimanovun ədəbi irsi zəngindir. XX əsrin sonlarından onun dövri mətbuatda çoxlu felyetonları, ədəbi-tənqidi, elmi-publisist məqalələri, eyni zamanda, dram və nəsr əsərləri çap edilib. Teatrı geniş kütlələrlə sıx əlaqə saxlamaq üçün əsas vasitə hesab edən Nərimanov öz ürək sözlərini, fikirlərini geniş xalq kütlələrinə çatdırmaq niyyətilə "Nadanlıq", "Şamdan bəy", "Nadir şah" pyeslərini qələmə alıb. "Nadanlıq" komediyası Nəriman Nərimanovun dramaturgiya sahəsində ilk qələm təcrübəsidir. Yazıçı əsərin mövzusunu Tiflis quberniyasının Borçalı qəzasındakı Qızılhacılı kəndinin həyatından almışdır. "Nadanlıq" komediyasında yazıçı öz şəxsi mənafeyini ümumin xeyirinə qurban verən Məhəmmədağa və Ömər kimi maarifpərvər ziyalıları zülmət səltənətinə qarşı qoyur. İctimai həyat meydanına yenicə atılan Məhəmmədağanın və Ömərin köhnə feodal mühitinin mühafizəkar qayda-qanunlarına kəskin etirazı və yenilik uğrunda mübarizəsi komediyanın əsasını təşkil edir. Nərimanovun "Nadanlıq"da məqsədi "müsəlmanların" həyatına "bir zərrə qədər nəf" gətirmək idi. Əsərin əsas ideyası feodal həyatının köhnə adət və ənənələrinə, cəhalətə və nadanlığa qarşı mübarizədir. Yazıçı komediyada ictimai həyata və ailə-məişətə möhkəm daxil olan feodal əxlaq qaydalarının törətdiyi dəhşətli fəlakətlərin tipik lövhəsini yaratmışdır.
Namazlıq xalçaları
Namazlıq — dini mərasimlərin yerinə yetirilməsi üçün istifadə olunan kiçik xalça növü. Namazlıq xalçalar Dini mərasimlərin yerinə yetirilməsi üçün istifadə olunur. Adətən, namazlıqlar bir insanın namaz qılması üçün nəzərdə tutulurdu. 2-3 və daha çox adamın eyni zamanda namaz qılması üçün nəzərdə tutulan namazlıq xalçalar az-az istehsal olunurdu. Namazlıq xalçalar adətən format etibarilə kiçik xalçalardır (50x100sm-dən 80x130sm-ə qədər). "Namazlıq xalçalar" İslam dininin meydana gəlməsindən sonra toxunmuş xalçalardır. Böyük ölçüdə toxunmuş "Namazlıq xalçaları" adətən "Kollektiv Naşazlıq xalçaları" adlandırılırdı. "Kollektiv Namazlıq xalçaları"nın toxunulmasında əsas məqsəd bir neçə nəfərin eyni zamanda ibadət etməsindən irəli gəlmişdir. Kollektiv Namazlıq xalçalarına xalq arasında "Ailəvi Namazlıq xalçaları"da deyilir. Kollektiv Namazlıq xalçaları adətən, böyük ailələr üçün toxunulurdu (6 – 7 nəfərlik).
U (çarlıq)
U ya Şərqi U (çin. ənən. 東吳, sadə. 东吴, pinyin: Dōng Wú, hərfi mənası: "Dun U") — Üç çarlıq dövründə 222–280-ci illərdə mövcud olmuş dövlət . U çarlığı II əsrdə Han sülaləsinə qarşı qalxmış ümumi üsyanların gedişində Yantszı çayının aşağı hissəsini — Çzyandun ərazilərini işğal etmiş Sun Çe (孫策) tərəfindən qurulmuşdur. 200-cü ildə varis Sun Çyuan qonşu əyalətləri get-gedə ələ keçirərək çarlığı genişləndirir. 208-ci ildə, Sun Çyuan Lyu Bey ordusu ilə birlikdə Çibi döyüşündə Vey çarı Çao Çao üzərində qələbə çaldıqdan sonra, 219-cu ildə Vey çarlığının Çzinçjou əyalətini ələ keçirir. 229-cu ildə özünü imperator elan edir. Sun Çzuan özünə Da-di taxt-tac ölkəsinə isə U adını verir. Müasir Nankin, tarixi Çzyankan 建業 şəhərini ölkənin paytaxtına çevirir.
Vey (çarlıq)
Vey çarlığı (çin. 曹魏, pinyin: Cáo Wèi) — Üç çarlıq dövründə ən tanınmış, sərkərdə Çao Çao (曹操) tərəfindən əsası qoyulmuş, 220 - 266-cı illərdə mövcud olmuş dövlət. Çao Çao hakimiyyət zirvəsinə neçə-neçə hərbi yürüşlərdən keçərək çatmışdır. İlk olaraq şəxsi hesabına saxladığı beş minlik dəstəyə malik olan Çao Çao Şandunun qərb hissəsini öz əlinə alaraq, sonradan qonşu əyalətləri də özünə tabe etdirə bilmişdir. O, çox müdrik, soyuqqanlı, qəddar və siyasi hissiyata eyni zamanda dərin hərbi biliklərə malik sərkərdə olmuşdur. Bu cəhətlər onu hökmdarlıq zirvəsinə çatdırmışdır.
Çjao (çarlıq)
Çjao (çin. sadə. 趙, pinyin: Zhào) — Döyüşən çarlıqlar dörünə aid e. ə. 403 — e. ə. 222 ci illərdə mövcud olmuş yeddi əsas çarlıqdan biri. Çjao dövləti e.ə. V əsrdə süqut etmiş Çzin dövlətinin əsasında yaranmışdır. Beləki, üç qüdrətli ailən - Han, Vey və Çjao tərəfindən e.
Şu (çarlıq)
Şu (çin. ənən. 蜀漢, sadə. 蜀汉, pinyin: Shǔ Hàn, hərfi mənası: "Şu Han") — Üç çarlıq dövründə 221 — 263 cü illərdə mövcud olmuş dövlət . Şu çarlığının əsası, özünü Han sülaləsinin davamçısı sayan Lyu Bey (劉備) tərəfindən qoyulmuşdur. Lyu Bey “Sarı çalmalılar üsyanını” yatıraraq hakimiyyəti əlinə almış ordu sərkərdəsi olmuşdur. Etdiyi cəhdlərə baxmayaraq uzun müddət ona ərazi bütövlüyünü əldə etmək mümkün olmur. O, ya Vey çarlığının hökmdarı Çao Çao, ya Yuan Şao, ya da Lyu Byaonun tabeçiliyinə keçirdi. Lyu Bey ordusu U çarlığının çarı Sun Çyuanın ordusu ilə müttəfiqləşərək Vey çarı Çao Çao üzərində qələbə çaldıqdan sonra, 208 ci ildə nəhayət Lyu Bey Çzinçjounun şimal hissəsinə sahib olur. Daha sonra cənuba doğru irəliləyərək Ulin və Çanşa şəhərlərini də əlinə keçirərək, Yantszı çayı boyunca üzü yuxarı irəliləmiş olur.
Üç çarlıq (dövr)
Üç çarlıq, Саньго (çin. ənən. 三國, sadə. 三国, pinyin: Sānguó) — Qədim Çində 220–280-ci illərdə üç Vey, U, Şu, çarlıqlarının bir-biriləri ilə çəkişdikləri dövr. II əsrin sonu və III əsrin əvvəllərində Çin ərazisindəki çarlıqlararası çəkişmələrin get-gedə artması ön plana bir neçə bacarıqlı sərkərdələr çıxarmış olur. Bunlardan biri Çao Çao şimalda, Xuanxe hövzəsində hökmranlıq edirdi. Onun ölümündən sonra 220-ci ildə onun oğlu Çao Pey Han sülaləsini bitirib, Vey sülaləsinin əsasını qoyaraq özünü Vey çarlığının hökmdarı elan etmişdir. Digər bir sərkərdə Lyu Bey Han sülaləsinin nümayəndəsi kimi ölkənin cənub-qərbində özünü hökmdar elan edərək Şu çarlığını qurur. Üçüncü bir sərkərdə isə Sun Çyuan cənub-şərqdə paytaxtı Nankin olan U çarlığını qurur. beləliklə üç çarlıq fenomeni ortaya çıxmış olur.
Açıq açarlı kriptoqrafiya standartları
Açıq açarlı kriptoqrafiya standartları – RSA Data Security şirkəti tərəfindən qeyri-formal konsorsiumla birlikdə yaradılmışdı. Konsorsiuma ilk vaxtlar Apple, Microsoft, DEC, Lotus, Sun və MIT daxil idi. Hazırda PKCS#1, PKCS#3, PKCS#5, PKCS#6, PKCS#7, PKCS#8, PKCS#9, PKCS#10, PKCS#11 standartları nəşr edilib. PKCS həm alqoritmdən asılı, həm də alqoritmdən asılı olmayan realizələri müəyyən edir. Bir çox alqoritm dəstəklənir, lakin yalnız Diffi-Helman və RSA alqoritmləri ətraflı təsvir olunur. PKCS standartları vaxtaşırı nəzərdən keçirilir və kriptoqrafiya sahəsində son nailiyyətlər izlənilir.
Tacarıq
Tacaraq (Əcəbşir) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. Tacarıq (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Acarlı
Acarlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Novruzlu kənd inzibati ərazi dairəsində qəsəbə. Dağətəyi ərazidədir. Toponimiyada atsa/aca coğrafi termin kimi "iti uclu qaya; yüksəklik; dağətəyi yer" mənalarını ifadə edir. Acarlı kəndində gedən döyüşlərdə bir çox şəhid verilmişdir. Bunlardan biridə Sadiq Hümbətovdur. O, 1990-cı ildə hərbiyə çağırılmış və müxtəlif kəndlərində ermənilərə qarşı uğurla vuruşmuşdu. 4 illik döyüşdən sonra Acarlı üzərində gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş və mart ayının 15-də, yaralanmış Azərbaycan əsgərini qurtarmaq istəyərkən mənfur düşmənin snayper gülləsinə tuş gəlmiş və qəhrəmancasına həlak olmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Bacarıq Ferması
Yeni istedadlar akademiyası — Zak və Kodinin gəmidəki macəralarının prodüserliyi ilə Den Siqner tərəfindən yaradılmış orijinal Disney Channel serialıdır. 2010-cu ilin noyabr ayının ortasında serialın anonsu verilmiş və çəkilişlər 2011-ci ildə başlanmışdır. Serial 17 iyun 2011 — də ekrana çıxmışdır. Serialın premyerası 6 may 2011-ci ildə Zak və Kodinin gəmidəki macəralarının final hissəsindən sonra olmuşdur.
Tacarıq (Miyanə)
Tacarıq (fars. تجرق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 653 nəfər yaşayır (141 ailə).
Teymur xan Acarlı Şamlı
Teymur xan Acarlı Şamlı və ya Teymur xan Acarlı — Səfəvi imperiyasının XVII əsrdə fəaliyyət göstərmiş hərbi və dövlət xadimlərindən biri. Səfəvi dövlətini yaradan qızılbaş türk tayfalarından biri olan Ustaclı tayfasına mənsub Teymur xan Səfəvi dövlətinin bəylərbəyilərindən biri olmuşdur. O, Kürdüstan vilayətinin nifrət edilən bəylərbəyi Xosrov xan Ərdəlanın Səfəvi şahı I Süleyman (1666–1694) tərəfindən vəzifədən çıxarılıb edam edilməsindən sonra Kürdistan bəylərbəyi təyin edilmişdir. O, bu vəzifəni 1682-ci ildən 1688-ci ilə qədər icra edib. Beləliklə, Temur xan Acalı Şamlı Səfəvi Kürdüstanında bəylərbəylik edən ilk qeyri-kürd şəxs olmuşdur. Vilayətə kənardan gəldiyi üçün o, 1688-ci ildə bu vəzifəsindən yerlilər tərəfində qovuldu və onun əvəzinə bu vəzifəyə II Xan Əhməd xan Ərdəlan təyin edildi. Ağa xan Müqəddəm ‎ Floor, Willem. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, D.C.: Mage Publishers. 2008.