Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nadiyə
Nadiyə (19 iyun 1973, Tur) — fransız müğənnisi, Fransanın yüngül atletika üzrə çempionu. 2005-ci il "Victoires de la Musique" mükafatı laureatıdır. Əlcəzair ailəsində doğulmuşdur. "L'histoire en 16/9" və "Nâdiya" DVD-ləri buraxmışdı.
Naziyyə Şəmsəddinskaya
Naziyyə Şəmsəddinskaya (Naziyyə Musa qızı Şəmsəddinskaya; 8 avqust 1926, Bakı – 26 avqust 2020, Bakı) — Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, “Şöhrət” ordeni laureatı. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1949). Əmək fəaliyyətinə Ordubad şəhərində başlamışdır. 1955-1957 illərdə Krupskaya adına 2 saylı şəhər xəstəxanasında mama-ginekoloq, 1960-63 illərdə Azərbaycan Tibb İnstitutunun 1-ci mamalıq-ginekoloqiya kafedrasında baş laborant, 1963-64 illərdə Azərbaycan Ana və Uşaqların Mühafizəsi Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi, 1964 ildən Azərbaycan Tibb İnstitunun 1-ci mamalıq-ginekologiya kafedrasında asisstent, 1966 ildən dosent olmuş, 1970 ildən II mamalıq-ginekologiya kafedrasının müdiridir. Tədqiqatı qadınlarda hamiləliyin gedişinə, bətndaxili infeksiyaların etiologiyasına və s. həsr edilmişdir. Dəfələrlə Beynəlxalq konqreslərdə, forum və seminarlarda iştirak etmişdir. 170 elmi məqalənin, bir neçə kitabın müəllifidir. 20 sentyabr 2010-cu ildə Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə Naziyyə Şəmsəddinskaya "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Nadiyə Murad
Nadiyə Murad Base Taha (ərəb. نادية مراد باسي طه‎; 10 mart 1994, Koço[d], Neynəvə mühafəzəsi) — Almaniyada yaşayan 1993-cü ildə doğulmuş İraqlı Yezidilərdən olan insan hüquqları müdafiəçisi. 2014-cü ildə məmləkəti Koçodan qaçırılaraq üç ay müddətində İraq Şam İslam Dövləti tərəfindən saxlanılıb. Murad, "soyqırım, kütləvi vəhşiliklər və traffikinq (insan alveri) qurbanları olan qadınların və uşaqların həyatlarını və icmalarını sağaltmaq, yenidən qurmaqda köməklik edən" "Nadiyə Təşəbbüsü" təşkilatının yaradıcısıdır. 2018-ci ildə insan hüquqları üzrə fəallar Nadiyə Murad və Deni Mukveqe "cinsi zorakılığın döyüş silahı kimi və silahlı qarşıdurmalarda istifadəsinin sona çatdırılması uğrunda səylərinə görə" Nobel sülh mükafatı lauretı olublar. Murad, İraqın Səncər qəzasının Koço kəndində anadan olub. Ailəsi, yezidi azlığından olan əkinçi ailəsi idi. 19 yaşında, İraq Şam İslam Dövləti döyüşçüləri kənddəki Yezidi camaatını yaxaladıqda, Murad İraqın şimalındakı Səncar qəzasının Koço kəndində yaşayan bir tələbə idi, Nadiyənin altı qardaşı və ögey qardaşları da daxil olmaqla 600 nəfər öldürülür və gənc qadın və qızlar kölə kimi aparılır. Həmin il, Murad İraq Şam İslam Dövləti tərəfindən İraqda əsir götürülmüş 6.700-dən çox yezidi qadın və qızlarıdan biri idi. O,15 avqust 2014-cü ildə tutuldu.
Mərkəzi, Qəza, Nahiyyə və Şəhər Hərbi Dairələri haqqında qanun
Mərkəzi, Qəza, Nahiyyə və Şəhər Hərbi Dairələri haqqında qanun — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi (1919, 26 may) qanunlardan biri. Qanuna əsasən, Azərbaycan Mərkəzi Hərbi Dairəsi Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi mükəlləfiyyət işləri ilə məşğul olan ali idarə orqanı oldu. Onun başlıca vəzifəsi vətəndaşların hərbi xidmətə çağırılmasını və hərbi mükəlləfiyyətləri yerinə yetirməsini təşkil etmək idi. Mərkəzi Hərbi Dairənin sədri daxili işlər nazirinin müavini, üzvləri isə hərbi və ədliyyə nazirliklərinin nümayəndələri təyin olunmuşdular. Mərkəzi Hərbi Dairə yerlərdə hərbi mükəlləfiyyət işləri ilə məşğul olan qəza, nahiyə və şəhər hərbi dairələrinin işinə nəzarət edirdi.