Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Haseki hamamı
Haseki Hamamı — İstanbulda (Ayasofya Hamamı, Haseki Xürrəm Sultan Hamamı da deyilir) Ayasofya ilə Sultan Əhməd camisi arasında yer alan Türk hamamı. Qanuni Sultan Süleymanın həyat yoldaşı Xürrəm Sultan tərəfindən, Memar Sinana XVI əsrdə inşa edilmişdir. Ayasofyanın yanında, daha əvvəl tarixi Zeuksippos hamamlarının olduğu yerdə inşa edilmişdir. == Xüsusiyyətləri == Haseki Hamamı Xürrəm Sultanın göstərişi ilə 1556-cı ildə Memar Sinan tərəfindən inşa edilmişdir. Klassik dövr Osmanlı hamamları üslubundakı quruluş, cüt hamam şəklində və 75 mt uzunluğundadır. Bu hamamda, Türk hamam arxitekturasında bir yenilik olmaq üzrə ilk dəfə qadınlar və kişilər üçün olan bölümlər eyni ox üzərində aparılmışdır. İki hissənin istilik hissələri bitişikdir. Binanın divarları bir sıra kəsmə daş, iki sıra kərpiclə hörülmüşdür. Kişilər üçün olan bölümün soyunma hissəsinin üstündə dördlü, qadınlar bölməsində isə üçlü iti kəmərli pəncərə vardır. Qapının bütün günbəzləri quğuşun metalı ilə örtülüdür.
Hasəki Külliyəsi
Hasəki Külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın məşhur hasəkisi olan Xürrəm Sultan tərəfindən inşa etdirilən və yerləşdiyi səmtə də adını verən külliyə məscid, mədrəsə, məktəb, imarət, çeşmə və xəstəxanadan ibarətdir. Memar Sənan tərəfindən inşa olunan külliyənin yerləşdiyi ərazi XIX əsrdən etibarən Hasəki səmti olaraq anılmışdır. 1551-ci ilə aid bir tarixi sənəddə külliyənin ilk binası kimi məscidin tikildiyi, daha sonra isə digər binaların inşa olunduğu qeyd olunur. Həmin mənbənin qeydlərinə görə, külliyənin ən gənc tikilisi 1550-ci ildə inşa olunan darüş-şəfa (xəstəxana) binasıdır.Müxtəlif yanğın və zəlzələlər əsnasında zərər görən külliyə hər dəfə bərpa edilmiş, sonuncu bərpa işləri isə 1963-1974-cü illərdə baş tutmuşdur. 20 yanvar 1976-cı ildə külliyə tamamilə dövlətə təsis olunmuşdur. Hal-hazırda külliyənin mədrəsəsi yataqxana, imarəti yeməkxana, məktəbi iclas salonu, darüş-şəfası isə idarə binası olaraq fəaliyyət göstərir. == Hasəki Sultan məscidi == 1539-cu ildə inşası tamamlanan, 11,30 m hündürlüyündəki günbəzi və giriş hissəsindəki 5 kiçik günbəz ilə dövrün klassik arxitekturasına malikdir. Ancaq məscidin çox balaca olması səbəbilə 1612-ci ildə Sultan Əhməd məscidinin də baş memarı olan Sədəfkar Mehmed ağanın rəhbərliyi ilə məscid genişləndirilmiş, əlavə olaraq bir günbəz daha inşa olunmuşdur. Məscidin şimal-qərb küncündə isə sadə tərtibatlı bir minarəsi var.
Hasəki Sultan
Hasəki Sultan (Osmanlı türkcəsi: حسکي سلطان) — Osmanlı padşahlarının kənizləri arasında övlad dünyaya gətirənlərin qazandığı status. Hasəki sözü "padşahın gözdəsi" olaraq tərcümə edilir. Bu hasəkilər arasından ən güclüsü adətən ən böyük oğlan uşağının, yəni vəliəhdin anası olurdu. Bu səbəbdən uşaq dünyaya gətirməyən kənizlər hasəki adlanmırdı. Hasəkiliyə yüksələn kənizlərə kürk geyindirilir, qiymətli ziynət əşyaları hədiyyə edilirdi. Bundan sonrakı müddətdə xüsusi otaq, kəniz və xidmətçi ağalarla təmin edilirdilər. Padşah vəfat etdikdə qız uşağı olan hasəkilər dövlət aristokratiyasından bir nəfərlə evləndirilirdi. Oğlan anası olan hasəkilər isə Köhnə Saraya sürgün edilirdi. Qanuni Sultan Süleyman, I. Əhməd və I. İbrahimin hasəkiləri olan Hürrəm Sultan, Kösəm Sultan və Hüma Şah Sultan (Telli Hasəki) hasəkilər arasında ən məşhur olanlardır.
Sami Naseri
Sami Naseri (fr. Samy Naceri ərəb. سعيد ناصري‎; doğ. 2 iyun 1961, Paris) — bərbər əsilli Fransa aktyoru. == Həyatı == O, 1961-ci il iyulun 2-də Parisdə anadan olub. Naserinin anası fransız olsa da, atası Cilali Naseri əslən Əlcəzairdə yaşayan müsəlman bərbər xalqının nümayəndəsi idi. 1998-ci ildə “Taksi” filminin ekranlara çıxması ilə populyarlıq qazanan aktyor 2006-cı ildə “Patriotlar” filmindəki roluna görə nüfuzlu Kann kinofestivalının mükafatını qazanıb. Çılğın temperamentə malik Sami Naseri bir neçə dəfə qanun pozuntusuna görə inzibati və cinayət məsuliyyətinə cəlb edilib. Həmçinin S. Naseri 15 iyun 2013 tarixində azərbaycanlı müğənni və əməkdar artist Röya Ayxanın "Günahsız Günahım" adlı klipində də çəkilmişdir.
Aişə Hasəki Sultan
Aişə Hasəki Sultan (Osmanlı türkcəsi: عایشه سلطان‎);(d. 1614 - ö. 1680) - 17. Osmanlı padşahı IV. Muradın tarixdə bilinən yeganə xanımı. == Həyatı == Alban əsillidir. 1630-cu ilin may ayında IV. Muradla Köhnə Sarayda nigahlandı. Qısa zamanda IV. Muradın ən sevimli hərəmi olur. Dünyaya gətirdiyi şahzadələr kiçik yaşlarında vəfat etdiyindən haqqında az məlumat var. IV Muradın vəfatı ilə Köhnə Saraya sürgün edilmiş, 1680-ci ildə vəfat etmişdir. == Övladları == Şahzadə Əhməd (d.
Ayşə Hasəki Sultan

Hasəki Mehmed Paşa
Hasəki Mehmed Paşa (ö. iyun 1661) — Sultan İbrahim və IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra yüksələrək çuxadar, 1648-ci ildə isə silahdar oldu. 1650-ci ilin iyulunda vəzir rütbəsilə Şam bəylərbəyi, ardından beşinci vəzir olaraq İstanbul boğazının mühafizəsi ilə vəzifələndirildi. 9 sentyabr 1652-ci ildə Misir bəylərbəyi təyin edildi və 1656-cı ilin mayında vəzifədən alınaraq yenidən Şam bəylərbəyliyinə gətirildi. Ancaq həmin ilin sentyabrında bu vəzifəsindən də azad edilərək bir ay sonra Bağdad, 1659-cu ilin sentyabrında isə Hələb bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən sikkənin dəyərinin azaltması səbəbilə əhali ayaqlandı və 1661-ci ilin iyununda üsyançılar tərəfindən qətlə yetirildi. O, ilk olaraq IV Muradın qızı Gevherhan Sultanla evləndi. Ölümündən bir neçə il sonra Turhan Sultanın qızı Aişə Sultanla evləndi.
Xədicə Müəzzəz Hasəki Sultan
Xədicə Müəzzəz Sultan (v. 12 sentyabr 1687, Konstantinopol, Osmanlı imperiyası) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin xanımı və II Əhmədin anası. Oğlunun səltənətini görə bilmədiyi üçün Validə sultan ola bilməmişdir. == Həyatı == Həyatının ilk illəri və saraya necə alındığı bilinməsə də, Sultan İbrahimin taxta çıxdığı ilk günlərdə hərəminə alındığı ehtimal olunur. 1642-ci ilin yanvarında ilk övladı Ümmügülsüm Sultanı, 25 fevral 1643-cü ildə isə oğlu Şahzadə Əhmədin dünyaya gəlməsiylə Sultan İbrahimin üçüncü hasəkisi oldu. Bu dövrdə 1000 axca günlük məvacib alan Müəzzəz Sultan, bir çox tarixi mənbədə Sultan İbrahimin hərəmindəki ən gözəl qadın olduğu qeyd olunur. 8 avqust 1648-ci ildə Sultan İbrahimin taxtdan endirilərək öldürülməsinin ardından onun Turhan Sultandan doğulan oğlu IV Mehmed taxta çıxarıldı. Ancaq yeni sultan hələ 7 yaşında idi və Validə sultan olan Turhan Sultan taxt naibəsi olmaq üçün çox təcrübəsiz idi. Bu səbəblə dövlət adamları və saray əyanları yeni sultanın nənəsi Mahpeykər Kösəm Sultanın taxt naibəliyinə gətirilməsini istədilər. "Valide-yi kəbir" ünvanıyla hakimiyyəti yenidən ələ alan Mahpeykər Kösəm Sultanın istəyilə, Sultan İbrahimin bütün hərəmi Köhnə saraya göndərilsə də, Şahzadə Süleymanın anası Dilaşub Sultan və Şahzadə Əhmədin anası Müəzzəz Sultan Topqapı sarayında övladlarıyla birlikdə qaldılar.
Xədicə Müəzzəz İkinci Hasəki Sultan