Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ceyms Naçvey
Ceyms Naxtvey (ing. James Nachtwey; d. 14 mart, 1948, ABŞ) — ABŞ fotojurnalisti və hərbi fotoqrafı. == Həyatı == Ceyms Naçvey 14 mart 1948-ci ildə ABŞ-də anadan olub. İş həyatına 1976-cı ildə "Albuquerque" qəzetində fotoqraf kimi başalamış və 1980-ci ildən Nyu-Yorka köçərək karyerasını müstəqil fotoqraf kimi davam etdirib. Həyatının uzun illərini Salvador, Nikaraqua, Qvatemala, Livan, Qəzzə, İsrail, İndoneziya, Tayland, Əfqanıstan, Somali, Sudan, Ruanda, Çeçenistan, Bosniya və Kososva kimi kritik nöqtələrdə baş verən konfliktləri və müharibələri dünyaya göstərmək üçün çalışan fotoqraf bir neçə dəfə qaynar bölgələrdə xəsarət də alıb. == Haqqında == 2001-ci ildə İsveçrəli kinorejissor Kristian Frey (ing. Christian Frei) fotoqraf Ceyms Naxtvey haqqında "Müharibə fotoqrafı" (ing. War photographer) adlı sənədli film çəkib. Film bir dəfə "Oskar" mükafatına namizəd göstərilib və altı dəfə başqa nüfuzlu mükafatlara layiq görülüb.
Nayvəli
Nayvəli (XIX əsrin ortaları-XX əsrin əvvəlləri) — Borçalının öndər şəxsiyyətlərindən biri, Nayvəlilər (Hacıyevlər) nəslinin əcdadı. == Həyatı == Borçalı mahalının Sarvan kəndinə aid olan Nayvəlilər (Hacıyevlər) soyunun əcdadı olan Nayvəli XIX əsrin ortalarında Sarvan kəndində dünyaya göz açıb. Nayvəlinin ulu babası Məhəmmədin XVII əsrin ortaları - XVIII əsrin əvvəllərində yaşadığı məlumdur. Borçalının Sarvan (Marneuli) kəndinin köklü sakinləri Nayvəlilər və ya Hacıyevlər nəslinin müasir dövrdəki nümayəndələri – Nayvəlinin oğlu Hacının (XIX əsrin axırları – 1922) oğlanları Məhəmməd Hacı oğlu Hacıyevin (1906–1974) və Rüstəm Hacı oğlu Hacıyevin (1916-1990) övladlarından və nəvə-nəticələrindən ibarətdir. Nayvəli (Naib Vəli) XIX əsrin ortalarında - XX əsrin əvvəllərində yaşayıb. Əsil adı Vəli olub, ancaq naib nəslindən olduğundan ona Nayvəli deyilib. Sarvanın mərkəzində böyük torpaq sahələri olub, bu torpaqlardan hazırda Məhəmməd Hacı oğluna və Rüstəm Hacı oğluna aid sahələr qalıb. Bəzi məlumatlara görə, Nayvəlinin əvvəllər Sarvanda başqa məhlədə də torpaqları olub, ancaq onun nəsli sonralar indi yaşadıqları torpaqlarında - Sarvanın mərkəzindəki qədim yurdlarında məskunlaşıb. Nayvəli ocağında Sarvan camaatının ziyarət yeri olan pir yerləşir. Nayvəli kişi Sarvan camaatının Zalqa rayonunda yaylaq yerləri olan Dəlidağda yerləşən, el arasında "Nayvəli bulağı" adlanan bulağın və ətraf ərazinin rəsmən sahibi olub.