Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nandi Yellayiya
Nandi Yellayiya (1 iyul 1942, Heydәrabad – 8 avqust 2020, Heydәrabad) — Hindistan diplomatı, Hindistan Milli Konqresinin üzvü (2014-2019), millət vəkili (1978-84, 89-98, 2014-2020) == Həyatı == Nandi Yellayiya 1 iyul 1942-ci ildə Heydərabadda anadan olmuşdu. Lok Sabhanın Siddipet şəhərindən VI-IX çağıış deputatı olmuşdur. 2014-cü ildə axırıncı çağırış Lok Sabha seçkilərində Kurnol şəhərindən deputat seçildi və ömrünün sonuna qədər deputat oldu. == Xəstəliyi və ölümü == 29 iyul 2020-ci ildə Nandi Yellayiyanın COVID-19 testi pozitiv çıxdı. Xəstəxanaya yerləşdirilən Yellayiyanın vəziyyəti tez ağırlaşdı. Nandi Yellayiya 8 avqust 2020-ci ildə səhər saatlarında Heydərabadda müalicə aldığı xəstəxanada vəfat etdi.
Ev nandinası
Ev nandinası (lat. Nandina domestica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin nandina cinsinə aid bitki növü. Cinsin yeganə təmsilçisidir. == Təbii yayılması == Təbiətdə növün arealı Çin və Yaponiyanı əhatə edir. Şimali Amerikada mədəni şəraitdə becərilir. == Botaniki təsviri == Hündürlüyü 5-6 m-ə çatan, silindrik, zərif çətirli və düz dayanan, az budaqlanan yan zoğlu həmişəyaşıl ağac və ya koldur. Zoğların qabığı açıq qonur-bənövşəyi, sonradan boz-qonur, uzununa şırımlıdır. Kök sistemi uzun deyil. Tumurcuqların uzunluğu 1 sm, biz, yanlardan yapışıqlı, yaşılımtıl-qonur və ya qırmızımtıl pulcuqlu, paralel damarcıqlıdır. Yarpaqların uzunluğu 30-40 sm olub, budaqların yuxarı hissəsində yığılmışdır, ümumi görünüşü üçkünc, mürəkkəb, cüt olmayan-lələkvaridir.
Nandina
Nandina (lat. Nandina) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinə aid bitki cinsi.
Nandinaceae
Zirinckimilər (lat. Berberidaceae) — i̇kiləpəlilər sinfinin qaymaqçiçəklilər sırasına aid bitki fəsiləsi. == Təbii yayılması == == Botaniki təsviri == Çoxillik ot, kol və ya kiçik ağaclardır. Çiçəkləri ikicinsnyyətli olub, salxım, süpurgə və digər çiçək qrupunda toplanmışdır. Yarpaqları növbəli düzülür. Meyvəsi giləmeyvə, bəzən də qutucuqdur. Şimal yarımkürəsiniin mülayim iqlimli ölkələrində bitən 650 növü məlumdur. Əsas cinsləri zirinc, epimedium, dombalankök (Leontice) və s.-dir.[mənbə göstərin] === Cinsləri və növləri === Achlys Zirinc (Berberis) Bongardia Caulophyllum Diphylleia Dysosma Epimedium Gymnospermium Jeffersonia Leontice Mahonia Nandina Podophyllum Ranzania Vancouveria Diphylleia cymosa Epimedium grandiflorum Podophyllin Podophyllum delavayi Podophyllum peltatum Vancouveria chrysantha Vancouveria hexandra Vancouveria planipetala Mahonia conferta Mahonia decipiens Mahonia fremontii Mahonia haematocarpa Mahonia japonica Mahonia microphylla Mahonia nervosa Mahonia nevinii Mahonia oiwakensis California barberry Mahonia repens Mahonia trifoliolata Mahonia × media == Ekologiyası == == Azərbaycanda yayılması == Azərbaycanda 4 cinsin 6 növü yayılmışdır. == İstifadəsi == Dərman, dekorativ və meyvə bitkiləridir.
Nandina domestica
Ev nandinası (lat. Nandina domestica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin nandina cinsinə aid bitki növü. Cinsin yeganə təmsilçisidir. == Təbii yayılması == Təbiətdə növün arealı Çin və Yaponiyanı əhatə edir. Şimali Amerikada mədəni şəraitdə becərilir. == Botaniki təsviri == Hündürlüyü 5-6 m-ə çatan, silindrik, zərif çətirli və düz dayanan, az budaqlanan yan zoğlu həmişəyaşıl ağac və ya koldur. Zoğların qabığı açıq qonur-bənövşəyi, sonradan boz-qonur, uzununa şırımlıdır. Kök sistemi uzun deyil. Tumurcuqların uzunluğu 1 sm, biz, yanlardan yapışıqlı, yaşılımtıl-qonur və ya qırmızımtıl pulcuqlu, paralel damarcıqlıdır. Yarpaqların uzunluğu 30-40 sm olub, budaqların yuxarı hissəsində yığılmışdır, ümumi görünüşü üçkünc, mürəkkəb, cüt olmayan-lələkvaridir.
Dandi
Dandi (ing. Dundee [dʌnˈdiː], şot.kelt Dùn Dèagh) — Böyük Britaniyada, Şotlandiya vilayətinin dördüncu böyük şəhəri.
Kandi
Kandi (sinh. මහනුවර) və ya Senkadaqalapura (Senkadagalapura) — Şri-Lankada şəhər. Bu şəhər qədim krallar dövrünün son paytaxtı olub. Burada çoxlu park, abidə, şəhər mərkəzində isə göl var. Eyni zamanda Buddanın müqəddəs evlərindən biri burada yerləşir. Mərkəzi Əyalətin paytaxtı, Kandi Bölgəsinin inzibati mərkəzi. Əhalisi — 161 min nəfər (2001). XIV əsrdə adanın qədim paytaxtlarından biri olan dəniz səviyyəsindən 500 m yüksəklikdə qurulmuşdur. 1988-ci ildə tarixi mərkəz YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edildi. == Görməli yerləri == Kandi, Asiyanın ən böyük botanika bağlarından birinə — Peradeniyada yerləşən Kral Botanika Bağlarına ev sahibliyi edir.
Nandu
Nandu (lat. Rhea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin nandukimilər dəstəsinin nandular fəsiləsinə aid heyvan cinsi.
Nansi
Nansi (fr. Nancy) - Fransada şəhər. Lotaringiya regionunda yerləşir. Ətraf qəsəbələrlə birlikdə böyük Nansinin əhalisi 410.508 nəfərdir (1999-cu il statistikası), şəhərin özündə isə 105.100 nəfər yaşayır.
Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind मोहनदास करमचंद गाँधी, d. 2 oktyabr 1869, Porbandar, Qucarat — 30 yanvar 1948, Yeni Dehli) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Andi
ANDİ (AND) — İrəvan xanlığının Vedibasar mahalında (indiki Ararat rayonu) kənd adı. == Tarixi == 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi ermənilər tərəfindən qovulduqdan sonra kənd dağılmışdır. Ermənistandakı türk mənşəli qədim adlardandır. 765-ci ilə aid ermənicə mənbədə Taçat Andzevatsi naharar adının çəkilməsi And toponiminin orada VIII əsrdə mövcud olduğunu göstərir. Alagöz (ermənicə Araqadz) dağının dərəsində Andzin kənd adını Favst Buzand (Vəsr) qeyd etmişdir. (Favst Buzand, III kitab, 24-cü fəsil). Bu müəllif Ərməniyədə Andmiş qala adını da çəkir. == Toponomik izahı == "And" sözünün iştirak etdiyi ən qədim toponim II Sarqonun (er. əv. 720–705) assurca kitabəsində Cənubi Azərbaycan ərazisində, indiki Qızılüzən çayı hövzələrində Andiya əyalətinin adı ilə qeydə alınmışdır.
Nani
Luiş Nani (17 noyabr 1986, Praya) — (Port. Luís Carlos Almeida da Cunha) Portuqaliyalı futbolçu. Valensiya klubunda oynayır.
Adi nandu
Adi nandu (lat. Rhea americana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin nandukimilər dəstəsinin nandular fəsiləsinin nandu cinsinə aid heyvan növü. == Yarımnövləri == R. a. americana R. a. intermedia R. a. nobilis R. a. araneipes R. a.
Caselle Landi
Kazelle Landi (it. Caselle Landi) — İtaliyanın Lombardiya regionunda şəhər.
Fandi (körfəz)
Fandi (ing. Bay of Fundy, fr. Baie de Fundy) — Şimali Amerika qitəsində, Kanadanın şərq sahillərində, Meyn körfəzinin şimal şərqində yerləşən körfəz. Fandi körfəzi özünün 18 m-lik qabarma və çəkilməsinə görə digər körfəzlərdən fərqlənir. Körfəzin uzunluğu 300 km, eni isə 90 km olub, dərinliyi 214 m-ə qədər çatır. Vadden dənizi ilə eyni xüsusiyyətə malikdir. Körfəzin böyük limanı Sent-Condur. Körfəz böyük hidroenerji potensialına malikdir. Annapolis QÇESi məhz bu körfəzdə yerləşir. Sen-Kura, Sent-Con çayıSent-Con Fendi körfəzinə tökülən çaylardır.
Fandi körfəzi

Kazelle Landi
Kazelle Landi (it. Caselle Landi) — İtaliyanın Lombardiya regionunda şəhər.
Mahatma Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind मोहनदास करमचंद गाँधी, d. 2 oktyabr 1869, Porbandar, Qucarat — 30 yanvar 1948, Yeni Dehli) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Mandi Ceyms
Mandi Ceyms (9 dekabr 1978) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Mandi Ceyms Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Maxatma Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind मोहनदास करमचंद गाँधी, d. 2 oktyabr 1869, Porbandar, Qucarat — 30 yanvar 1948, Yeni Dehli) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Nanda (aktrisa)
Nanda (ing: Nanda, 8 yanvar 1939, Kolhapur, Britaniya Hindistanı – 25 mart 2014, Mumbay) – hindistanlı aktrisadır. Az qala 40 illik karyerası ərzində hindi və marathi dillərində 70-ə yaxın filmə çəkilib. Ən yaxşı ikinci plan aktrisası nominasiyasında “Filmfare” mükafatı laureatı olub. Nanda 8 yanvar 1939-cu ildə Kolhapur şəhərində marathi dilində danışan ailədə anadan olub. Atası tanınmış aktyor və rejissor Vinayak Damodar Karnataki (Master Vinayak) anası aktrisa Minaşki olub. Nanda səkkiz yaşında olanda atasını itirib. Ailənin dolanması üçün uşaq yaşlarından kinoya çəkilib. Karyerasının əvvəlində Bebi Nanda adı altında “Mandir” (1948) və “Jagriti” (1954) filmlərində rol alıb. İlk böyük rolunu 1956-cı ildə əmisinin “Toofan Aur Deeya” adlı filmində oynayıb. Daha çox “Toz içində çiçək” (1959) və “Qara bazar” filmlərində oynadığı ikinci plan rolları ilə yaddaşlarda qalıb.
Nansi (rayon)
Nansi (fr. Nancy) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mört və Mozel. Suprefektura — Nansi. Rayon əhalisi 2006-cı ildə 418 352 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 277 nəf / km². Rayon ərazisi — 1509 km².
Nansi Maneyro
Nansi Maneyro (1 yanvar 1971) — Venesuelalı qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Venesuelanı təmsil edir. Nansi Maneyro dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1998 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Nansi Metkalf
Nansi Metkalf — ABŞ voleybolçusu. 1978-ci ildə anadan olan voleybolçu Nansi Metkalf 186 sm boya malikdir. == Karyerası == 2000-ci ildən ABŞ yığmasının şərəfini qoruyan Metkalf bu komanda ilə dünya çempionatının gümüş (2002), dünya Qran-Prisinin (2003, 2004) və dünya kubokunun bürünc medallarına sahib olub. Panamerika kubokunun qalibi (2003) və üçüncüsü (2010) adını qazanıb. Karyerası ərzində "İndias Mayaguez" (Puerto-Riko, 2002–2003), "Peruca" (İtaliya, 2003–2004), "Əczaçıbaşı" (Türkiyə, 2004–2005, 2007–2009), "Mursiya" (İspaniya, 2006–2007), "Minas" (Braziliya, 2009–2010) və "Kriollas de Kaguas" (Puerto-Riko, 2010) klublarında çıxış edib. Klub karyerasında Türkiyə, İspaniya çempionatının və kubokunun qalibi adını qazanıb. Onun Avropada ən böyük uğuru 2007-ci ilə təsadüf edib. Amerikalı voleybolçu "Mursiya"nın heyətində "Top-komandalar" kubokuna sahib olub. Metkalf 2010-cu ildə Bakının "Lokomotiv" komandasına transfer olunub. 2012-ci ildə Superliqanın gümüş mükafatçısı kimi Lokomotivdən böyük ümüdlərlə İqtisadçıya transfer olunmuşdu.
Nansi Niro
Nansi Niro (21 sentyabr 1966) — Kanadalı qadın ağır atlet. 58 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Kanadanı təmsil edir. Nansi Niro dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Qandi (film)
Qandi (ing. Ghandi)— 1982-ci ildə çəkilmiş, Mahatma Qandinin həyatı barədə bioqrafik filmdir. == Məzmun == 20-ci yüzilliyin ilk yarısında Böyük Britaniyanın Hindistanda koloniyalar qurması və Hindistanın vəziyyətindən bəhs edən filmin rejissoru Riçard Attenboroudur. Qandi rolunda Ben Kinqsley Oskar mükafatı almışdır. İngiltərə və Hindistanın ortaq çəkdiyi filmin premiyerası 30 Noyabr 1982-ci ildə Yeni Dehlidə keçirilmişdir. Film Qandinin 1893-cü ildə yalnız ağdərililər üçün nəzərdə tutulan vaqona mindiyi üçün Cənubi Afrika qatarından qovulması səhnəsi ilə başlayıb, 1948-ci ildə öldürülməsi və dəfni ilə bitir. Filmdə onun Hinduizmə sitayiş etməsinə baxmayaraq, İslam və Xristianlıq kimi digər dinlərə də hörmətlə yanaşması da əks olunmuşdur. Qandi filmi Hindistanda 30 Noyabr, Birləşmiş Krallıqlarda 3 Dekabr, ABŞ-də isə 6 Dekabr 1982-ci il tarixlərində ekrana buraxılmışdır.
Qandi Smriti
Qandi Smriti (ing. Gandhi Smriti, Birla evi və ya Birla Bxavan adı ilə də məşhurdur) — Hindistanın Yeni Dehli şəhərində yerləşən və Mahatma Qandiyə həsr edilmiş muzeydir. Muzey Tis Canuari Roud (əvvəllər Albukerke Roud) yolunun kənarında yerləşmişdir. Mahatma Qandi həyatının son 144 gününü bu evdə keçirmişdir. Qandi 30 yanvar 1948-ci ildə öldürülmüşdür. Ölümündən sonra yaşadığı ev muzeyə çevrilmişdir. Əvvəlcə bina Birla ailəsindən hind işgüzar maqnatlarına aid idi. Hal-hazırda ev Qandinin Əbədi Multimediya Muzeyi kimi fəaliyyət göstərir. Bu muzey 2005-ci ildə yaradılmışdır. == Tarixi == 12 yataq otağı olan ev 1928-ci ildə Qxanşyamdasom Birla tərəfindən tikilmişdir.
Raciv Qandi
Raciv Ratna Qandi (hind राजीव गाँधी, 20 avqust 1944[…], Bombey, Britaniya Hindistanı – 21 may 1991[…]) — hind siyasi xadimi, 1984—1989-cu illərdə Hindistanın baş naziri. == Həyatı == 20 avqust 1944-cü ildə İndira Qandi və Feroz Qandi ailəsində anadan olmuşdur. Raciv babası Cəvahirləl Nehrunun evində böyüyüb. Hindistanda seçilmiş bir məktəbdə, daha sonra London Universiteti və Kembric Universitetinin Triniti Kollecində təhsil almışdır. 1965-ci ilin yayında Raciv İtaliyadan Sonya Qandi ilə görüşdü. Sonya ilə ingilis dilini öyrəndi və Raciv mühəndis-mexanik ixtisasında təhsil aldı. 1968-ci ilin yanvarında Raciv və Sonya Dehlidə evləndilər. 1970-ci ilin iyun ayında onların oğlu Rahul, 1972-ci ilin yanvarında qızları Priyanka anadan oldu. 1968-1980-ci illərdə Hindistana qayıtdıqdan sonra Hindistan Havayollarında pilot, sonra isə ekipaj komandiri olaraq çalışdı. Bu dövrdə heç vaxt siyasi karyera haqqında düşünməyən Racivi yalnız qardaşının ölümündən sonra parlamentə üzv olmağa razı sala bilirlər..
Rahul Qandi
Rahul Qandi (19 iyun 1970, Yeni Dehli) — Hindistanlı siyasətçi, Hindistan Milli Konqresinin başçısının köməkçisi, Lok Sabha üzvü, Hindistan Gənclik Konqresi və Mili Tələbələr Birliyinin Başçısı, həmçinin Hindistan Parlamentinin üzvü. Atası Raciv Qandi, anası Sonya Qandidir. Təhsili ilə əlaqədar düzgün və dəqiq məlumatlar yoxdur. Gənc yaşlarından siyasətə qoşulmuşdur.