Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sianobakteriya
Sianobakteriya (ing. Cyanobacteria) — fotosintetik bakteriyalardır. Rənglərindən ötürü göy-yaşıl yosunlar olaraq da adlandırılırlar. Bu yosunların hüceyrə quruluşu və nüvə aparatına görə prokariotlara aid olduğuna baxmayaraq, onlar yosun kimi yosunların arasında verilmişdir. Bu yosunları bakteriyalarla əlaqələndirən tipik xüsusiyyətlər dən biri onların qılafının daxili hissəsinin Murelindən ibarət olub Lizosimə həssaslığı, nüvə maddəsinin , hüceyrənin digər elementlərindən xüsusi membranla ayrılmaması, mitoxondri və xloroplastların olmamasıdır. Göstərilən bu əlamətlər onlarıprokariotlara daxil etməyə imkan verir. Göy-yaşıl yosunlar əsasən cənub zonasının çöl və səhra torpaqlarında yayılıraq torpağın üst səthində dərivarı örtük əmələ gətirir. Onlar yer kürəsinin ən qədim fotoavtotrof orqanizmlərindən olub həyatın ilk orqanizmləri-canlıları hesab olunur. Torpaq həyatına uyğunlaşmış bu yosunlar iqlimin dəyişməsi-quraqlıqla əlaqədar onlar efemerdirlər. Rütubətlə əlaqədar sürətlə çoxalır, yayın quraqlığında və qışda sakit vəziyyətə keçirlər.