Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anselm Kenterberili
Anselm Kenterberili (təq. 1033, Aosta – 21 aprel 1109 və ya 28 aprel 1109, Kenterberi, Kent qraflığı) — teoloq, filosof və xristian ilahiyyatçı, erkən sxolastikanın Avqustin cərəyanı nümayəndəsi. == Həyatı == A. Kenterberili 1060-cı ildə rahibliyi qəbul etmiş, 1063-cü ildə prior, 1078-ci ildə abbat seçilmişdir. 1093-1109-cu illərdə Kenterberi arxiyepiskopu olmuşdur. Kilsənin İngiltərə krallarından müstəqilliyi uğrunda mübarizə aparmışdır. == Fəlsəfi görüşləri == A. Kenterberilinin teoloji və fəlsəfi görüşlərinə Avqustinin təsiri olmuşdur. Hər iki alim orta əsrlər realizminin nümayəndələri idi. A. Kenterberiliyə görə, inam şüurdan əvvəldir ("inanıram, başa düşmək üçün"); şüur dialektikanın köməyi ilə dini müddəalarda mövcud olan həqiqəti üzə çıxarmalı, aydınlaşdırmalıdır. Şüurun ən mühüm vəzifəsi Allahın varlığını sübut etməkdir. Hər varlıq müəyyən kamillik dərəcəsinə malikdir və bu cəhəti o, ən kamil olan Allahdan almışdır.
Kenterberili Anselm

Manoel adası
Manoel (malta Il-Gżira Manoel) — Malta arxipelaqına daxil olan ada. Aralıq dənizinin suları ilə əhatələnir. Valletta və Qzira şəhərləri arasında qərarlaşır. İnzibati olaraq Gzira bələdiyyəsinə aiddir. == Coğrafiyası == Manoel adası düz, yüksək, bir ağacın yarpağına bənzəyir. Marsamxett limanının mərkəzində, Lazaretto körfəzinin şimalında və Sliema körfəzinin cənubunda yerləşir. Manoel Malta adasına körpü ilə bağlanır. Bütün adanı paytaxt Valletta bastionlarından görmək olar. == Tarixi == 1570-ci ildə ada Mdina kafedral başçısı tərəfindən alındı, Malta yepiskopunun mülkünə çevrildi. Buna görə l'Isola del Vescovo (malta Il-Gżira tal-Isqof) adı verildi.
Tobias Anselm
Tobias Anselm (24 fevral 2000-ci ildə Avstriyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriyalı futbolçudur. Anselm Red Bull Zalsburq akademiyası vasitəsilə inkişaf etmişdir. Anselm 2016-cı ildə Zalsburq U-19 komandası ilə UEFA Gənclər Liqasında iştirak etmişdir. O, klub ilə turnirin qalibi adını əldə etmişdir. Anselm öz peşəkar karyerasında debütünü 22 sentyabr 2017-ci ildə Blau-Vayb Linz klubuna qarşı oyunda etmişdir. O, 80-ci dəqiqədə Nikolas Meysteri əvəz etmişdir. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. O, klub ilə ilk qolunu 25 may 2018-ci ildə Viener Neuştadt klubuna qarşı oyunda vurmuşdur. Anselm 94-cü dəqiqədə qolla yadda qalmış və komandası rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. 24 iyul 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Paul Yohann Anselm Ritter fon Feyerbax
Paul Yohann Anselm Ritter fon Feyerbax (Tam adı: alm. Paul Johann Anselm Ritter von Feuerbach‎; 14 noyabr 1775[…] – 29 may 1833[…], Frankfurt-Mayn) — Almaniya hüquqşünası. Əsas nailiyyəti işgəncənin ləğvinə gətirib çıxaran Bavariya Cəza Məcəlləsi ilə bağlı apardığı islahat olmuşdur. Bu da öz növbəsində digər bir çox dövlət üçün model məcəllə rolunu oynamışdır. Feyerbax, həmçinin Kaspar Hauzer haqqında apardığı araşdırma ilə tanınır. Feyerbax Yena yaxınlığındakı Haynixendə anadan olub. O doğulduqdan qısa müddət sonra ailəsi Frankfurt-Mayn şəhərinə köçür və Feyerbax ilk təhsilini bu şəhərdə alır. On altı yaşnda ikən evi tərk edib Yenaya qayıdır və buradakı əlaqələrindən istifadə edərək universitetdə təhsilini davam etdirir. Yoxsulluq içində yaşamasına və səhhətinin zəif olmasına baxmayaraq, özünü sürətlə inkişaf etdirir. Karl Leonhard Reynhold və Qotlib Hufelendin mühazirələrində iştirak edir və tezliklə daha elmi məzmunda olan məqalələr dərc etdirir.
Paul İohann Anselm Ritter fon Feyerbax