Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nationale Volksarmee
Nationale Volksarmee (Azərbaycanca mənası: Milli Xalq Ordusu) — 1956-cı ildə qurulan və 1990-cı ilə qədər fəaliyyət göstərən Almaniya Demokratik Respublikasının (Şərqi Almaniya) silahlı qüvvələridir. 1945-ci ildə Nasist Almaniyası müharibəni uduzdu və 1949-cu ildə Almaniyanın bölünməsi nəticəsində Almaniyanın şərq hissəsi Sovet hakimiyyəti altına düşdü. 1949–1956-cı illər arasında 7 il ərzində Qırmızı Ordu Şərqi Almaniyanın təhlükəsizliyini təmin etdi. Nationale Volksarmee, Sovet rəhbərliyinin nəzarəti altında olan sosialist fikirli Şərqi Alman hökumətinin qərarı ilə 1956-cı ildə yaradılmışdır. Qırmızı Ordudan silah və texnika köməyi alan Nationale Volksarmee, hər fürsətdə hərbi nümayişlər və təbliğatlar edərək Şərqi Alman xalqını təsiri altına almağa çalışırdı. 1990-cı ildə Almaniyanın birləşdirilməsindən sonra ləğv edildi və Almaniya Federativ Respublikasının (Bundeswehr) silahlı qüvvələrinə qoşuldu.
Suriya Sosial Nasionalist Partiyası
Suriya Sosial Milliyyətçi Partiyası (ərəb. الحزب السوري القومي الاجتماعي‎) — Suriya və Livanda dünyəvi partiyası. 1932-ci ildə Beyrutda Antun Saada tərəfindən yaradılmışdır.
École nationale supérieure des mines de Paris
Mines Paris - PSL (École nationale supérieure des mines de Paris və ya Mines Paris kimi də tanınır) Fransanın ən tarixi mühəndislik məktəblərindən biridir. Paris yerləşən bu məktəb "Grande Ecole" statusuna malikdir. O, həmçinin Conférence des Grandes Écoles və PSL Research University üzvüdür və əsasən şirkətlərdə işləmək üçün nəzərdə tutulmuş yüksək səviyyəli ümumi mühəndislər hazırlayır.