Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Neytrin
Neytrino (ν) - Yalnız zəif qarşılıqlı təsir və cazibə qüvvəsi ilə qarşılıqlı təsir göstərən fermiondur (spin 1/2 olan elementar hissəcik). Neytrinonun belə adlandırılmasının səbəbi elektrik cəhətdən neytrallığı və sükunət kütləsinin çox kiçik olmasıdır. Uzun müddət neytrinonun kütləsinin sıfır olduğu düşünülürdü. Onun sükunət kütləsi digər məlum elementar hissəciklərdən (kütləsiz hissəciklər istisna olmaqla) çox kiçikdir. Zəif qarşılıqlı təsir qüvvəsi çox qısa diapazona malik olduğuna görə, onlarda qravitasiya qarşılıqlı təsiri son dərəcə zəifdir və neytrinolar elektromaqnit qarşılıqlı təsirdə və ya güclü qarşılıqlı təsirdə iştirak etmirlər. Beləliklə, neytrinolar adətən normal maddədən maneəsiz və aşkarlanmadan keçir. Neytrinolar müxtəlif nüvə parçalanmalarının məhsulu kimi ortaya çıxır.
Nektar
Nektar – bitki nektarlığından ifraz edilən şəkərli şirə. Nektar şəkərli (saxaroza, qlükoza, fruktoza) sulu məhlulu olub, tərkibində az miqdarda spirtlər, azotlu və aromatik maddələr, mineral duzlar, turşular, fermentlər var. Bir çox bitkilər (canavargiləsi, gəvən, rododendron, qaraçöhrə və s.) zəhərli Nektar ifraz edir. Nektar arıların və b. həşəratların qidasına daxildir. Nektar bal arılarının bal yığımının əsas hissəsini təşkil edir. Çiçəklərin nektarı ilə qidalanan quşlar. Bitkinin tozlanmasında böyük rol oynayır. Nektarın tərkibi bitkidən bitkiyə fərqlənir. · alma — 46—53 % · gilas — 46—49 % · moruq — 35—64 % · motmotu — 35—42 % · qırmızı qarağat — 32—40 % · qarağat — 22—37 % Məsələn, at şabalıdının nektarı yalnız saxarozadan, rapsın nektarı isə yalnız qlükoza və fruktozadan ibarətdir.