Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hematologiya
Hematologiya (yun. ‘αἷμα + — qan tərkbini (qan hüceyrələri, zülalları, hemoqlobin) — laxtalanmanı, qanyaradan orqanları və qan xəstəliklərini öyrənən sahə, daxili xəstəliklərin bir qolu. Bu sahə üzrə ixtisaslaşan terapevtlərə hematoloq deyilir.
Dermatologiya
Dermatologiya (yunan sözü olub "derma" – dəri, "logos" – elm deməkdir) — dərinin struktur quruluşu və funksiyalarını normada və hər hansı bir patalogiya zamanı müəyyən edərək, dəri xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahədir. Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır (bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s.). Digər tərəfdən dəri daxili orqanlarla da sıx əlaqədədir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər.
Hepatologiya
Hepatologiya – qastroenterologiyanın ayrılmaz bir bölməsi olaraq qaraciyər, mədəaltı vəz və öd kisə-ödçıxarıcı yolların xəstəliklərini, onların müalicəsi və profilaktika yollarını öyrənir.
Revmatologiya
Revmatologiya — tibbin revmatik xəstəlikləri öyrənən bölməsidir. Revmatologiya termini yunanca "ρεύμα" vücudun iltihabi, maye axını, "logos" isə elm deməkdir. Revmatologiyanın obyekti oynaqların iltihabi və degenerativ — distrofik xəstəlikləri və birləşdirici toxumanın sistem xəstəlikləridir (buna kollegenozlar da deyilir) Revmatik xəstəliklərin işçi təsnifatı və nomenklaturası Kəskin revmatik qızdırma II. Birləşdirici toxumanın sistem zədələnmələri 1.0. Sistem qırmızı qurdeşənəyi 1.1. İdiopatik 1.2. Medikamentoz sistem qırmızı qurdeşənəyi 2.0. Sistem sklerodermiya 2.1. İdiopatik 2.2 Sənaye (kimyəvi vəya dərman) 3.0. Diffuz (eozinofil) fassiit 4.0 Dermatomiozit / polimiozit 4.1 İdiopatik 4.2. Paraneoplastik 4.3.
Teratologiya
Teratologiya — fizioloji inkişaf anormallıqlarını öyrənir. Bəzən bu elm sahəsinin insandakı anadangəlmə patologiyaları öyrəndiyini düşünürlər lakin Teratologiyanın tədqiqat sahəsi daha genişdir.