Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Neofaşizm
Neofaşizm — II Dünya müharibəsindən sonra bəzi Avropa ölkələrində görülən "yeni faşist" cərəyanıdır. Faşizmin bu növü müəyyən bir zümrənin deyil, bütün millətin özünü digər millətlərdən üstün görərək önə çıxmaq səyi kimi təsvir edilə bilər. Neonasizm ilə bərabər Avropada və ABŞ-də neofaşist quruluşlar vardır. == Ölkələrə görə neofaşizm == === Almaniya === II Dünya müharibəsindən sonra həm Qərbi Almaniyada həm də Şərqi Almaniyada nasist düşüncələri qadağan edilmişdir. Həm Qərbi Həm də Şərqi Almaniyada Hitlerin türbələri və heykəlləri dağıdılmış, nasistlərə məxsus bayraqlar, simvollar, vimpellər və müharibədən geri qalan əşyalar muzeylərdə nümayiş etdirilməyə başlanmışdır. Hər iki Almaniya birləşdikdən sonra bu qadağa yenə də davam etmişdir. Hal-hazırda fəaliyyətdə olan neonasistlər Almaniyada türklər və yahudilər başda olmaqla alman olmayanlara qarşı hücumlar edirlər. Nasiszmi təbliğ etmək və nasizmi müdafiə Almaniyada böyük bir cinayətdir. === İtaliya === İtaliyada da Almaniyada olduğu kimi faşist hərəkətlər qadağan edilmişdir. Lakin, bu qadağalar çox da sərt deyildir.
Neonasizm
Neonasizm (q.yun. νέος – yeni, nasizm) — İkinci Dünya müharibəsindən sonra nasional sosialist görüşlər kəsb edən və ya özlərini Nasional Sosialist Alman Fəhlə Partiyasının (abr. NSAFP) davamçıları elan edən siyasi ideologiyalara və sosial hərəkatlara verilən ümumi ad. Neonasistlər öz ideologiyalarından nifrət təşviq etmək və azlıqlara hücum etmək, bəzi hallarda isə faşist bir dövlət qurmaq üçün istifadə etmək arzusundadırlar. Bu, qlobal bir ideologiyadır və çoxlu ölkələrdə nümayəndəlik edən təşkilatları var. Neonasizm nasist doktrinasındakı ultramilliyətçilik, irqçilik, ksenofobiya, eyblizm, homofobiya, antiqaraçıçılıq, antisemitizm, antikommunizm və Dördünü Reyxin təsis edilməsi kimi elementləri özünə götürür. Holokostun inkarı, nasist simvollardan istifadə və Adolf Hitlerin məftunluğu neonasistlər arasında populyardır. Bunun səbəbi bir çox ölkələrdə nasist skinhedlərin saylarının çoxalmasıdır. Bəzi Avropa və Latın Amerikası ölkələrində nasist, irqçi, antisemit və homofob görüşlərin ictimai şəkildə ifadə edilməsi qadağa edən qanunlar qəbul edilmişdir. Bəzi Avropa ölkələrində nasist simvollardan istifadə qadağan edilmişdir.