Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Neoimpressionizm
Neo-impressionizm (fr.neoimpressionisme) — postimpressionizmin bir növü, rəngkarlıq cərəyanıdır. 1886-cı ildə Fransada yaranıb, əsas nümayəndələri Corc Sera (Georges Seurat) və Pol Siynak (Paul Signac) olmuşdur. C.Seranın "Qrand Jat adasınında bazar günü" ("Un dimanche après-midi à l'Île de la Grande Jatte") əsəri ilə yaranmışdır. Neo-impressionizm terminini ilk dəfə tənqidçi Felix Feneon Belçikanın "L’art Moderne" (Müasir incəsənət) qəzetində Seranın yaradıcılığını impressionizmdən ayırmaq üçün istifadə etmişdir. C.Seranın stili daha sonra "puantilizm" adlandırılıb. Neo-impressionistlər müasir şəhər, mənzərə çəkirdilər. Xəttlərin və rənglərin elmi əsaslı interpretasiyası (təfsiri) neo-impressionistlərin yaradıcılıq xarakteristikasına təsir etmişdi. Bu cərəyanın mahiyyəti ondan ibarətdir ki, rənglər kətana təmiz və ayrı-ayrı tətbiq edilir, lakin uzaqdan izləyicinin gözündə birləşir və lazımı ton alınır. Neo-impressionizmin görkəmli nümayəndələri : Corc Sera , Pol Siynak , Kamil Pissarro (Camille Pissarro) , Lüsyen Pussarro (Lucien Pissarro) , Anri Edmon Kross (Henri-Edmond Cross ,Şarl Teofil Anqran (Charles Théophile Angrand) , Maksimilyan Lüs (Maximilien Luce) , İppolit Petitjan (Hippolyte Petitjean) , Corcs Lemmen (Georges Lemmen) , Teo Van Risselberqe (Théo van Rysselberghe) , Covanni Seqantini (Giovanni Segantini), Səttar Bəhlulzadə.