Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nepotizm
Nepotizm ( lat. nepos, yiy. hal. nepotis "nəvə, bacıoğlu, qardaşoğlu", həmçinin — qohumbazlıq, tayfabazlıq, favorotizmin bir növü, imtiyazların, vəzifələrin qohum və dostlara - onların peşəkar qabiliyyətlərindən asılı olmayaraq - verilməsi (məs. işə qəbul zamanı). Tarixi mənada - Roma Papalarının hakimiyyətlərini gücləndirmək məqsədi ilə gəlirli vəzifələrin, yüksək kilsə rütbələrinin və torpaqlarının öz yaxın qohumlarına paylanması. == Tarixi == Orta əsrlərdə Roma Papaları öz hakimiyyətlərini və ən əsası öz nəsil və törəmələrinin firavan gələcəklırini təmin etmək üçün yaxın qohumlarına aktiv şəkildə kardinal rütbələrini (kardinal papaqları) və kilsə torpaqlarını verərlərmiş. İlk zamanlar bunlar bacı- və qardaşoğulları olduğundan "nepotizm" adı da burdan götürülmüşdür. Sonralar, əsasən də XV-XVI əsrlərdə kəbindənkənar uşaqlar da bu siyahıya əlavə olunmuşdur. Məs., VI Aleksandr öz oğlunu, Papa III Pavel isə öz nəvələrini kardinal etmişlər.