Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nomadizm
Köçərilik və ya nomadizm — köçərilərin mövsümlə bağlı yaylağa, qışlağa, güzləyə və yazlağa müvəqqəti yerdəyişməsi. Sovet dövrü ensiklopediyalarında bildirilir ki, "köçərilik otlaqların azlığı və havaların isti keçməsindən irəli gəlmişdir. Köçəriliyin uzun müddət davam etməsi əhalinin iqtisadi, içtimai va mədəni inkişafına mənfi təsir göstərirdi" və b. fikirlərin əks olunması məhz bu kontekstdə anlaşılırdı. Qeyd edək ki, köçəriliyin iki qismi var: Bunlardan biri horizantal köçəbəlikdir. Horizantal köçəbəliklə məşğul olanlar qeyri-müəyyən, məsafələr arasında güzəran keçirir, ot-örüş ardınca diyar-diyar, ölkə-ölkə gəzirlər. Düşdükləri yurda bir də qayıtmırlar. Ikinci qism köçəriliyə vertikal köçəbəlik deyilir. Vertikal köçərilər müəyyən məsafə arasında, yaylaq-qışlaq həyatı yaşayırlar. Qədim çağlarda türklərdə köçəri həyat tərzi daha çox bəlli bir bölgə hüdudları içində davam etmiş, bəzən də savaş, qıtlıq, əhalisi çoxalmış bir oymağa ənənəvi yaşayış bölgəsinin artıq dar gəldiyi durumlarda çox uzaq məsafələrə köçləri ilə müşayiət edimişdir.
Normanizm
Norman nəzəriyyəsi və ya normanizm — tarixşünaslıqda varyaqları Kiyev Rus dövlətinin yaradıcıları hesab edən istiqamət. Nəzəriyyə XVIII əsrin ikinci rübündə Peterburq Elmlər Akademiyasında işləyən alman alimlər irəli sürmüşdür. Onlar "Ömənillərin basmanı"nda varyaq knyazlarının dəvət olunması haqqındakı hekayəsi əsas götürmüşdülər. XVIII–XIX əsr Çar Rusiyası tarixşünaslığında (N. M. Karamzin və b.) Norman nəzəriyyəsi Kiyev Rus dövlətinin mənşəyi barədə rəsmi fikir xarakteri almışdır. XX əsrin 20-ci illərindən etibarən Norman nəzəriyyəsi Qərb tarixşünaslığınıb tərkib hissəsi olmuşdur. Sovet tarixşünaslığında Norman nəzəriyyəsinin hərtərəfli tənqidi verilmişdir. Onlara görə, Norman nəzəriyyəsinin siyasi mahiyyəti qədim slavyanları müstəqil dövlət yaratmağa qadir olmayan xalq, normanları (varyaqları) isə qədimdən başlayaraq Rusiyanın inkişafına təsir göstərən qüvvə kimi qələmə verməkdən ibarət idi. Hələ XVIII əsrin ortalarında M. V. Lomonosov Norman nəzəriyyəsinin əsassız olduğunu bildirmişdir. Çar Rusiyası tarixçilərindən bəziləri Norman nəzəriyyəsinin müəyyən müddəalarını tənqid etsələr də, onun elmə zidd olmasını göstərə bilməmişlər. Sovet tarixçilərinə görə, antikommunizmin ideoloqları SSRİ-yə və sosialist ölkələrə qarşı mübarizədə Norman nəzəriyyəsindən istifadə etmişdir.