Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Notarius
Notarius (ing. Notary) - Notariat kontorlarında fəaliyyət göstərən hüquqi təhsili olan şəxs. Notarius əsasən dövlət ilə vətəndaşlar arasında olan hüquqi münasibətlərin tənzimlənməsində və sənədlərin möhür ilə təsdiq edilməsi ilə məşğul olur. Notarius fəaliyyəti göstərən şəxslərin hüquqşunaslıq savadının olması əsas şərtlərdən biridir. == Tarixi == Notariatın yaranması və inkişafının əsasları hələ Qədim Romada qoyulmuşdur. Həmin dövrdə Romada mirzələr adlandırılan xüsusi vəzifəli şəxslər institutu olub. Onlara ictimai-hüquqi səciyyəli yazılı sərəncamların rəsmiləşdirilməsi, məhkəmə jurnallarının, müxtəlif bildirişlərin və xahişlərin aparılması səlahiyyətləri verilibmiş. Mirzələr o vaxt dövlət qulluğunda və özəl şəxslərin təminatında olmaqla iki dərəcəyə bölünürdülər. Romada mülki dövriyyənin sonrakı inkişafı müasir notariatın təməli hesab edilən tabelionların yaranmasına gətirib çıxarıb. Tabelionlar azad adamlar idi və ödənişli əsaslarla istənilən şəxs üçün hüquqi aktların və məhkəmə sənədlərinin tərtib edilməsi ilə məşğuluydular.
Euseius notatus
Euseius notatus (lat. Euseius notatus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Senecio orarius
Senecio orarius (lat. Senecio orarius) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Azərbaycanda notariat institutunun yaranması
Azərbaycanda notariat institutunun yaranması - Azərbaycanda notiarat sisteminin keçdiyi tarixi dövrü özündə birləşdirən mərhələ. == Sistemin yaradılması == XIX əsrin əvvəllərində Çar Rusiyası Azərbaycanı zəbt etdikdən sonra 1814-cü ildə Qafqaz üzrə Baş Müdirin göstərişi əsasında müvəqqəti dairə məhkəmələri təsis edilib. Onlar məhkəmə, inzibati və polis işləri ilə yanaşı, notariat funksiyalarını həyata keçiriblər. 1864-cü ildə aparılan məhkəmə islahatı Rusiyada və onun əyalətlərində notariat sisteminin yenidən qurulmasına səbəb olur. 1866-cı ildə isə notariat sahəsi haqqında Əsasnamə qəbul edilib və bu Əsasnamədə notarius vəzifəsinin təsis edilməsi nəzərdə tutulub. Təxminən bir ildən sonra, yəni 1867-ci il dekabrın 9-da Qafqaz vilayətində 20 noyabr 1864-cü il tarixli məhkəmə əsasnamələrinin tətbiq edilməsi barədə qanun qəbul olundu.Həmin qanuna əsasən Bakı dairə məhkəməsinin böyük notariusunun kontoru və onun tabeçiliyində olan Bakı quberniyasının özəl notariuslarının kontorları açıldı. Bir qədər sonra isə Qafqaz Canişininin 12 fevral 1868-ci il tarixli yazılı göstərişinə əsasən Yelizavetpol dairə məhkəməsinin böyük notariusunun kontoru və onun tabeçiliyində olan Yelizavetpol quberniyasının özəl notariuslarının kontorları yaradıldı. Belə bir addımın atılması Yelizavetpol quberniyasının yaradılması ilə əlaqədar idi. Daha sonralar isə Azərbaycanın müxtəlif bölgələrində notariat kontorları açılıb.Notariatla bağlı Azərbaycanda önəmli hadisələrdən biri də 1920-ci ilin mayında baş verib. Həmin vaxt Bakı Xalq Komisarları Şurasınının və Azərbaycan İnqilab Komitəsinin dekretləri ilə Azərbaycanda xüsusi qaydada fəaliyyət göstərən notariat kontorları ləğv edilib və xalq notariusları vəzifəsi təsis olunub.
Notorious B.I.G.
Notorious B.I.G. (əsl adı Kristofer Corc Lator Vallas (21 may, 1972-9 mart, 1997) afro-amerikan hip-hop ifaçısı, Şərqi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri. == Ölümü == 1997-ci ildə Kaliforniya ştatında qətlə yetrilmiş Nyu-Yorkun rep kralının ölümündə şübhəli tərəflər kimi LAPD-nin (Los Angeles Polis Departeamenti) üzvləri, quldur dəstələri və sənətdə rəqibi olan və ondan 7 ay əvvəl ölmüş Tupak Şakur'un adamları göstərilir. Ölümündən əvvəl "Ready to Die" ölümündən sonra isə "Life after Death" albomlarına müəlliflik etmişdir.
The Notorious B.I.G.
Notorious B.I.G. (əsl adı Kristofer Corc Lator Vallas (21 may, 1972-9 mart, 1997) afro-amerikan hip-hop ifaçısı, Şərqi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri. == Ölümü == 1997-ci ildə Kaliforniya ştatında qətlə yetrilmiş Nyu-Yorkun rep kralının ölümündə şübhəli tərəflər kimi LAPD-nin (Los Angeles Polis Departeamenti) üzvləri, quldur dəstələri və sənətdə rəqibi olan və ondan 7 ay əvvəl ölmüş Tupak Şakur'un adamları göstərilir. Ölümündən əvvəl "Ready to Die" ölümündən sonra isə "Life after Death" albomlarına müəlliflik etmişdir.