Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirxəyal Kərimzadə
Mirxəyal Kərimzadə (tam adı: Mirxəyal Valeh oğlu Kərimzadə; 10 yanvar 1999; Lənkəran — 3 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirxəyal Kərimzadə Lənkəran şəhəri. Orta təhsilini Lənkəranda öncə 9, sonra isə 7 saylı orta məktəbdə almaqla 2016-cı ildə başa vurmuş sonra isə kompüter kursunda təlim almışdır. Subay idi. Kompüter texnologiyaları mütəxəssisi kimi çalışırdı. == Hərbi xidməti == 2017-2018-ci illərdə Naxçıvanda ağır artilleriya bölümündə atıcı kimi xidmət göstərmişdir. Azərbaycan Ordusunun əsgəri olan Mirxəyal Kərimzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü iştirak edərək sentyabrın 28-i cəbhəyə yollanmışdır. Əvvəl Gəncəyə, oradakı 3 günlük xüsusi təlimdən sonra isə Murovdağa göndərilmişdir. Füzuli əməliyyatında və Xocavənd rayonunun işğaldan azad olunmasında iştirak etmişdir. Komandir və döyüş yoldaşlarının söylədiklərinə görə, ələlxüsus Füzuli rayonunun Yuxarı Veysəlli kəndinin düşmən işğalından azad edilməsində xüsusi igidlik və şücaət göstərmişdir.