Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oğlanlar
Oğlan — erkək uşaq və ya yeniyetmə. == Oğlan və Kişilik == Kişilik oğlanın bir buluğ mərhələyə yetməsidir. Müxtəlif sünnət əsaslı ictimalar bu mərhələyə keçmə üçün xüsusi mərasimlər qurarlar. Modern icmalarda qanun bu mərhələni təyin edir. Bu buluğ mərhələsinə yetən oğlan bundan sonra kişi adlanır və qanun baxımından öz işlərinin məsulu və cavab vericisidir.
Soğanlıq
Soğanlıq — Gürcüstan Respublikasının paytaxtı Tbilisinin İsani-Samqori inzibati-ərazi vahidində yerləşən Poniçala kəndinin qədim adı. Soğanlıq Tbilisi şəhərinin yaxınlıında yerləşən, əsasən azərbaycanlıların yaşadıqları bir kəndin qədim adıdır. Kənddə 5698 nəfər yaşayır. Ondan 2836-ı qadın, 2862-i isə kişidir. Əhalisi müsəlmandır. Soğanlıq qədim tarixə malikdir. Kəndin adının türk əsilli olması güman edilir. Aleksandr Puşkinin "Ərzuruma səfər" kitabında o bu kəndin adını hallandırır. 1970-ci illərin sonunda Gürcüstan Respublikasinda aparılan addəyişmə islahatlarına görə Soğanlığın qədim adı dəyişilərək "Poniçala" (gürcü dilində çala fonunda yerləşən yer deməkdir) qoyulur. == Tarixi == 1725-1728-ci illərdə Osmanlı İmperiyası məmurları tərəfindən tərtib edilmiş "Dəftər-i müfəssəl-i əyalət-i Tiflis"-ə görə Tiflis əyalətinin Baratlı nahiyyəsində yerləşən Soğanlıq kəndində 23 ev vardır və burada 37 nəfər vergi ödəyən müsəlman yaşayırdı.Əvvəllər Tbilisi şəhərindən bir neçə kilometr aralıda yerləşən kənd, sonralar sənayeləşmə prosesi ərəfəsində bir tərəfdən Tbilisi, digər tərəfdən Rustavidə baş verən urbanizasiya nəticəsində bir çox sənaye müəssisələri ilə əhatə olunmuşdur.
Ağ Oğlanlar
Ağ oğlanlar (və ya Ağ ərlər) — türk və altay mifologiyasında xeyir tanrıları. Ülgən Xanın oğullarıdırlar. Kıyatlar adı da verilir. Yeddi qardaşdırlar. Yeddi Altay boyunun qoruyucularıdır. Yeddi mərtəbə yeraltını simvollaşdırırlar. Kıyat sözü eyni adlı bir Monqol boyunu ağla gətirər. Monqollarda Kıyat və Kıyan adlı iki qohum boy vardır. Ağ Oğlanların adları bu şəkildədir: Qaraquş Xan: Quşlar tanrısı Qarşıt Xan: Təmizlik tanrısı Pura Xan: At tanrısı. Burça Xan: Rifah tanrısı Yaşıl Xan: Təbiət tanrısı Qanım Xan: İnam tanrısı Baxdı Xan: Lütf tanrısı.
Bakılı oğlanlar
Parni iz Baku (1967–1971)
Bulanlıq (Miyanə)
Bulanlıq (fars. بولانليق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 456 nəfər yaşayır (84 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Kələboz kəndistanında, Miyanə şəhərindən 27 km cənubdadır.
Gülanlıq dağı
Gülanlıq- Quba rayonu ərazisində dağ == Toponimikası == Buduq kəndindən ş.-də yerləşir. Hündürlüyü 2141 m. Coğrafi ədəbiyyatda Qulanlıq variantında da qeydə alınmışdır. Oronim gülan (yaylaqda topa halında bitən ot növü) sözündən və -lıq şəkilçisindən düzəlib, "gülan otu çox olan dağ, gülan bitən dağ" mənasındadır. == Həmçinin bax == Yerfi dağı Dəmirçitəpə (dağ) == Xarici keçid == quba-ih.gov.
Oğlanqız dağı
Oğlanqız dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1144,8 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qurtaracağında, Qaradərəsu ilə Gilançayın suayırıcısında zirvə. Baş Dizə kəndindən 2,2 km cənub-qərbdədir. Yastı səthli kəsik konus formasındadır. Orta Eosenin Lütet mərtəbəsinin aşağı hissəsinə aid Dərəlik lay dəstəsinin bazal konqlomeratlarından təşkil olunmuş yüksəkliyin kəsik konus formalı yastı səthinin iqlim faktorları təsirindən aşınması nəticəsində əmələ gəlmiş ekzotik qayalar qrupuna cavab verir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Aydaş sinklinalının cənub-şərq qurtaracağında yerləşir.
Qara oğlanlar
Qara oğlanlar- türk və altay mifologiyasında şər tanrıları. Qara ərlər də deyilir. Erlik Xanın oğullarıdırlar. Ədədləri doqquzdur. Monqolların "Doqquz Qana Susamış Tanrı"ları ilə bənzərlik göstərir. İnsanlara pisliklər gətirən qara fırtınalar əsdirər, qan yağışları yağdırırlar. Erlikin sarayının və ya yeraltının qapılarını gözlədikləri üçün Qapı Gözətçiləri deyə xatırlanarlar. Temir Xan: Dəmir ilahı. Qaraş Xan: Qaranlıq ilahı. Matır Xan: Cəsarət tanrısı.
Oğlanlar (teleserial, 2019)
Oğlanlar (ing. The Boys) - Qart Enis və Darik Robertsonun eyni adlı komiks seriyası əsasında istehsal edilən superqəhrəman veb-serialı. Erik Kepke tərəfindən Prime Video üçün yaradılan serialda, superqəhrəmanlara qarşı mübarizə aparan "Oğlanlar" adlı dəstənin macəralarından bəhs edilir. Serialın premyerası 26 iyul 2019-cu ildə baş tutmuş və qısa müddət sonra Amazon, serialın ikinci mövsümünün istehsal ediləcəyini açıqlamışdır. == Aktyor və personajlar == === Əsas Heyət === ==== "Oğlanlar" dəstəsi ==== Billi "Qəssab" Butçer (Karl Urban) — "Oğlanlar" dəstəsinin lideri. Xarizmatik və sarkastik olan Butçer məqsədinə çatmaq üçün bütün vasitələrdən istifadə etməyə hazırdır. Məharətlə insanlarla manipulyasiya edə bilsə də, alicənablıqdan da məhrum deyildir. Superqəhrəmanlara nifrət edir, Patriotu isə həyat yoldaşı Bekkinin ölümündə günahlandırır. Dinlə bağlı sərt mövqeyə malikdir. Birinci mövsümün sonunda Bekkinin sağ olduğunu və Patriotdan dünyaya gətirdiyi uşağı böyütməklə məşğul olduğunu öyrənir.
Varşava getto oğlanı
Varşava gettosundakı yəhudi oğlan — 1943-cü ildə baş tutmuş Varşava gettosu üsyanı zamanı çəkilən ən tanınmış fotoşəkildə görünən, SS-rottenfürer Yozef Blöşe onun istiqamətinə silah yönəltdiyi an əllərini yuxarıya qaldıran oğlan uşağı. Oğlan və digərləri gettonun ləğvinin son mərhələsi əsnasında sığınaqca gizlənmişdilər. Lakin alman hərbçilər onları saxlayır və zorla sığınacaqdan çıxarır. Fotoşəkil çəkildikdən sonra şəkildə görüntülənən bütün yəhudilər umşplaqplatsa aparılır, Maydanek həbs düşərgəsinə və ya Treblinka ölüm düşərgəsinə deportasiya edilir. Fotoşəkilin çəkildiyi dəqiq yer və fotoqrafı bilinmir. Fotoşəkildə qətiyyətlə müəyyən edilə bilən yeganə şəxs Blöşedir. Görüntü Holokost zamanı çəkilən ən ikonik fotoşəkillərdən biridir və oğlan daha sonra Holokostdakı uşaqları, eləcə də bütün yəhudi zərərçəkənləri təmsil etdi. == Zəmin == Varşava Polşanın paytaxtıdır. Müharibədən əvvəl orada təxminən 380 min yəhudi yaşayırdı. Bu isə şəhər əhalisinin təqribən dörddə birini təşkil edirdi.
Bomba oğlanlar (film, 1990)
Bomba oğlanlar 1990-cı ildə Amerikalı rejissor Martin Skorseze tərəfindən ekranlaşdırılmış kriminal janrda filmdir. Film Nikolas Pileccinin 1985-ci ildə yazdığı “Müdrik oğlan” romanının motivləri əsasında çəkilmişdir. Filmin ssenarisi üzərində Skorseze və Pilecci birlikdə işləyiblər. Film məşhur qanqster Henri Hill, dostları və ailəsinin 1955-1980-ci illər arasındaki dövrdə onların həyatında baş verən yüksəliş və enişlərdən bəhs edir. Skorseze əvvəlcə filmi "Müdrik oğlan" adlandırır, bir müddәt sonra isә onun ekranlaşdırılmasını təxirə salır; daha sonra, o Pilecci ilə birlikdə filmin adini “Bomba oğlanlar” olaraq dəyişdirdilər. Filmdəki rollarına hazırlaşmaq üçün Robert De Niro, Co Peşi və Rey Liotta mütəmadi olaraq Pilecci ilə məsləhətləşirlər və yazıcı öz növbəsində kitabı yazarkən özündə qalan tədqiqat materiallarını onlarla paylaşır. Co Peşinin dediyinə görə, Skorseze aktyorlara çəkiliş meydançasındakı məşqlər zamanı istədiklərini etmək azadlığını verdiyindən filmdə bir sıra improvizasiya və ekspromptlar var. Rejissor bu məşq çəkilişlərindən özü üçün qeydlər hazırlayır, filmin əsas çəkilişi zamanı ən çox bəyəndiyi sətirləri yenidən üzərində işlədiyi ssenariyə daxil edir. 25 milyon dollarlıq büdcə ilə istehsal olunan qurulan “Bomba oğlanlar” filmi ümumilikdə 46,8 milyon dollar qazanc əldə edib. Rotten Tomatoes saytı filmi "Martin Skorseze karyerasının ən yüksək zirvəsi" adlandırır.
Pis oğlanlar (film, 2021)
"Pis uşaqlar" (ing. The Bad Guys İngilis dili Pis Uşaqlar — DreamWorks Animation tərəfindən istehsal edilmiş Amerika kompüter animasiyalı soyğunçu komediya filmidir . Filmin rejissoru Pier Perifeldir(onun bədii debütü) İtan Koen və Hilari Uinstonun ssenarisi əsasında, icraçı prodüser Aaron Bleybi tərəfindən yazılmış eyni adlı uşaq kitabları seriyasına əsaslanır. Sem Rokvell, Mark Meron,Entoni Ramos,Kreyq Robinson və Akvafina, islahat bəhanəsi ilə həbsdən qaçmağa çalışan bir qrup heyvan cinayətkarını səsləndirirlər. Digər səs aktyorlarıarasında Riçard Ayoad,Zazie Bitz,Lili Sinqx və Aleks Borşteyn var idi . Filmin premyerası Latın Amerikasında 17 mart 2022-ci ildə oldu və 22 apreldə ABŞ-da yayımlandı, Universal Pictures distribyutor kimi xidmət etdi. == Süjet == Los-Ancelesdə, insanların və antropomorf heyvanların bir yerdə yaşadığı bir dünya.Cənab Qurd, cənab Piranya, cənab İlan, cənab Köpək Balığı və Miss Tarantula cinayətlərinin mürəkkəbliyi və ədalətdən qaçmaq bacarığı ilə tanınan cinayətkar dəstənin üzvləridir. Qubernator Diane Foksington efirdə dəstə üzvlərini təhqir etdikdə, onlar professor Rupert Marmalade IV-in almalı olduğu yaxşı işlər mükafatını oğurlamağa qərar verirlər.Yaşlı qadını soymağa çalışan canavar təsadüfən ona müvazinətini saxlamağa kömək edir, bundan sonra o, yaxşı əməlinə görə onu tərifləyir.Qurd cinayətkar həyatının ona nə qədər təsir etdiyini anlayır və Marmeladın çıxışı zamanı təsadüfən özünü və dəstəni üzə çıxarır, nəticədə onlar həbs edilir. Həbsi zamanı Qurd Marmeladı ona və dostlarına yenidən təhsil almağa kömək etməyə inandırır, bu arada lütfü oğurlamaq üçün yeni plan hazırlayır.Marmelad, Canavarı və dəstəni onlara gözəl əxlaqla dərs vermək üçün evinə dəvət edir, lakin gözlənilən nəticəni vermirlər.Sonda Marmeladın qvineya donuzlarını laboratoriyadan xilas etmək üçün qəhrəmanların iştirakı ilə əməliyyat keçirmək ideyası fiaskoya çevrilir. Foksington eksperimenti dayandırmaq və dəstəni həbsə göndərmək qərarına gəlir, lakin Qurd ona nifrət etməsinin səbəbinin xarici görünüşü olduğunu etiraf etdikdə fikrini dəyişir.Foxington başa düşdüyünü və müsbət nəticəyə ümid etdiyini deyir.Bundan sonra Qurd fikirlərini toplayır və pişiyi ağacdan xilas edir, bunu Marmelad videokameraya çəkərək internetdə dərc edir.Video internetdə yayılır və ictimaiyyətin personajlar haqqında fikirlərini dəyişir və İlan ən yaxın dostu ilə əlaqəni itirdiyindən şübhələnməyə başlayır.
Bu oğlanın həyatı (film)
Bu oğlanın həyatı və ya orijinal adı ilə This Boy's Life — 1993-cü ildə Tobias Volfla eyniadlı filmin ekranlaşdırılmasıdır. Rejissoru Michael Caton-Cons olan və Tobias Wolffdan ekranlaşdırılan filmdə baş rolları Leonardo Di Kaprio, Duight Hansen, Robert De Niro və Ellen Barkin canlandırıb. == Süjet xətti == Həyat yoldaşından boşanan Karolin oğlu Tobini də özü ilə aparır və 1950-ci illərdəki Amerikada səyahət səfərinə başlayır. Bəzi şəhərlərdə yeni insanlarla tanış olan və onlarla qısa müddətli əlaqələrə girən Caroline, bu münasibətlərin hər dəfə müvəffəqiyyətsizliklə nəticələnməsindən sonra yenidən yola düşür. Bu arada Tobi də özünə onu tez-tez problemlərə salacaq yeni dostlar tapır. Yeni həyata başlamaq əzmində olan Karolin nəhayət avtomobil ustası Duaytla tanış olur və onun doğru insan olduğunu düşünərək onunla evlənir. Bununla belə, təqaüdçü hərbçi olan Duayt əslində sadist bir intizamçıdır. Eyni zamanda Tobi də şəhərdən qaçmaq istəyir. == Nəticə == === Kassa === Film 9 aprel 1993-cü ildə məhdud sayda efirə buraxıldı və həftəsonu 74,425 dollar gəlir əldə etdi; Aprelin 23-də nümayiş etdirildikdən sonra film 10-cu kassada açıldı və 1.519.678 dollar gəlir əldə etdi. Film nəhayət, 4,104,962 dollar gəlir əldə edərək, efirlərdən çıxarıldı.
Gənc oğlanın portreti (İrəvani)
Qacar şahzadəsi Məculla Mirzənin portreti və ya "Gənc oğlanın portreti" — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin akvarellə çəkdiyi rəsm əsəri. XIX əsrin ortalarında çəkilən portret, Bakıda Milli incəsənət muzeyində saxlanılır. İrəvaninin başqa bəzi əsərlərində olduğu kimi burada da dekorativlik həcmli plastik forma ilə məharətlə uyğun gəlir.. Rəsmin orta əsrlərin miniatür şərq ənənələri ilə möhkəm bağlı olmasına baxmayaraq, rəssam öz marağını daha çox insanın görünüşündə cəmləşdirib, və bu hansısa müstəvi fonda yox, konkret interyerə malik olan üçölçülü məkanda təsvir edib, bu isə Azərbaycanın təsviri sənətində yeni dövrün başlansının göstəricisi idi.Rəsm əsəri 21 x 12 sm ölçüdə kağız üzərində sulu boya ilə çəkilmişdir. == Təsviri == Qədd-qamətli cavan oğlan ornamentlərlə və göy gül-çiçəkli almazlarla zinətləndirilmiş rombabənzər şəbəkə ilə bəzədilmiş divarın fonunda təsvir edilmişdir. Gənc adamın üzünü uzunluğu çiyinə qədər olan qara saçlar ilə haşiyələnmişdir. Koppuş dodaqlarının dumanlı şəkili sifətə şıltaq ifadə verir. Bu gənc qısa qollu arxalıq geyinib. Geyimin ucunda bitki naxışla bəzədilmiş xətt var. Arxalıq açılmış şəkildədi və onun altında mavi "don" görünür.
E-qızlar və e-oğlanlar
E-qızlar və e-oğlanlar, adətən e-uşaqlar(ing. e-girls, e-boys) kimi də bilinən 2010-cu illərin sonlarında ortaya çıxan, video paylaşma tətbiqi TikTok ilə xüsusilə populyarlıq qazanan E-nəsili submədəniyyətidir. Emo, scene, mall goth modasının təkamülü və yapon küçə modasının (anime, kospley, kawaii və lolita) və K-pop dəbinin birləşməsi nəticəsində yaranıb. E-qızların və e-oğlanların videoları naz-qəmzəli və bir çox hallarda açıq şəkildə seksual xarakter daşıyır. Gözlərin döndürülməsi və dillərin çıxarılması (orqazmı təqlid edən aheaqo kimi tanınan üz ifadəsi) tez-tez rast gəlinir.
Varşava gettosundakı yəhudi oğlanın fotoşəkli
Varşava gettosundakı yəhudi oğlan — 1943-cü ildə baş tutmuş Varşava gettosu üsyanı zamanı çəkilən ən tanınmış fotoşəkildə görünən, SS-rottenfürer Yozef Blöşe onun istiqamətinə silah yönəltdiyi an əllərini yuxarıya qaldıran oğlan uşağı. Oğlan və digərləri gettonun ləğvinin son mərhələsi əsnasında sığınaqca gizlənmişdilər. Lakin alman hərbçilər onları saxlayır və zorla sığınacaqdan çıxarır. Fotoşəkil çəkildikdən sonra şəkildə görüntülənən bütün yəhudilər umşplaqplatsa aparılır, Maydanek həbs düşərgəsinə və ya Treblinka ölüm düşərgəsinə deportasiya edilir. Fotoşəkilin çəkildiyi dəqiq yer və fotoqrafı bilinmir. Fotoşəkildə qətiyyətlə müəyyən edilə bilən yeganə şəxs Blöşedir. Görüntü Holokost zamanı çəkilən ən ikonik fotoşəkillərdən biridir və oğlan daha sonra Holokostdakı uşaqları, eləcə də bütün yəhudi zərərçəkənləri təmsil etdi. == Zəmin == Varşava Polşanın paytaxtıdır. Müharibədən əvvəl orada təxminən 380 min yəhudi yaşayırdı. Bu isə şəhər əhalisinin təqribən dörddə birini təşkil edirdi.
Bakılı oğlanlar (Yuli Qusmanın KVN komandası)
Parni iz Baku (azərb. Bakılı oğlanlar‎, rus. Парни из Баку) — 1967-1971-ci illərdə fəaliyyət göstərmiş Azərbaycanın Şən və Hazırcavablar Klubu. 1967/1968 və 1969/1970-ci illər mövsümünün çempionları. == Tarixi == 1967-ci ildə Yuli Qusman dostları ilə müstəqil Bakı klubu yaradır. Bir il sonra komandanın lideri elə Yuliy Qusman özü olur və 7 il müddətinə Bakının milli yığmasının kapitanı olur. ==== Mövsüm 1967/68 ==== 1968-ci ildə KVN finalını, bakılılar Moskva inşaat-mühəndislik institutunun komandası üzərində qalib gələrək qazandılar. Yuli Qusman bu görüşü belə xatırlayır: == Varisi == Qusmanın komandasının "Parni iz Baku" adını, kapitanı Anar Məmmədxanov olan, artıq dirçəlmiş KVN komandası götürdü.
Yaxşı oğlanlar qara geyinir (film, 1978)
Yaxşı oğlanlar qara geyinir (ing. Good Guys Wear Black) — 1978-ci ildə Çak Norrisin iştirakı ilə çəkilən ABŞ filmidir. Filmin epizodik səhnəsində Çak Norrisin qardaşı Aaron Norris iştirak edir. Azərbaycanda ilk dəfə İctimai Televiziya kanalında göstərilmişdir. == Məzmun == Con T. Buker Vyetnamda iştirak etmiş keçmiş döyüşçü və "Qara pələnglər" adlı qrupun üzvüdür. Lakin uzun müddətdən sonra Buker öyrənir k, qrupun üzvləri öldürülməyə başlanılır. Bunun üçün Buker işini yarımçıq qoyaraq qrupun sağ qalmış heyətini xilas etmək qərarındadır. Heyət üzvlərini isə Vyetnamnan olan keçmiş düşmən mayor Min Van Txieydir. Min Van qrupun üzvlərinin məlumatları başqalarına yaymamaları üçün onları öldürür ki, Konrad Morqan adında politik səsvermədə qalib olsun… == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Yaxşı oğlanlar qara geyinir — Internet Movie Database saytında.