Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Obstruksionizm
Obstruksionizm (ing. Obstructionism) — Obstruksiyalar yolu ilə siyasi mübarizə üsulu. Siyasi proseduranı axsatma və ya qarşısını alma kimi də başa düşülür. == İş yeri aqressiyası kimi == Obstruksiyaçı problem yaradır. Noyman və Baron obstruksiyanı iş yerini aqressiyasını yaradan üç ölçüdən biri olaraq qəbul edirlər. Bu çərçivədə, obstruksiya "bir işçinin işinin və ya təşkilatının vəzifələrini yerinə yetirməsinə mane olmağa yönəlmiş davranışlarıdır." == Siyasətdə == Obstruksiya və ya maneə siyasəti müvafiq qanunvericilik prosedurlarından asılı ola bilən yavaş və ya yavaş gəzmək kimi müxtəlif vasitələrlə qanunvericiliyin tərəqqisinə qəsdən müdaxiləni bildirir.
Abstraksionizm
Abstraksionizm, abstrakt sənət və ya mücərrəd sənət (lat. abstractio — ayırma, təcridetmə) — XX əsr incəsənətində reallığın görünən təsvirini sırf formal elementlər (xətt, müstəvi, rəng ləkəsi, mücərrəd konfiqurasiya) sistemi ilə əvəz etmiş cərəyan. Proqramlı hərəkat kimi 1910-cu illərin əvvəlində yaranmışdır; baniləri Vasili Kandinski, Kazimir Maleviç, Pit Mondrian, Frantişek Kupka, Rober Delone olmuşlar. Onlar, bir qayda olaraq, mistik ideyalardan, o cümlədən, teosofiya doktrinalarından bəhrələnir, görünən dünyanın keçici hadisələri arxasında gizlənən daxili qanuna uyğunluqları və intuitiv dərkedilən mahiyyətləri ifadə etməyə can atırdılar. Belə ki, Vasili Kandinskinin “İncəsənətdə ruhaniyyət haqqında” (1911) adlanan nəzəri əsərində ilkin forma elementləri başlanğıc ruhani məzmuna malik işarələr, onların plastik təşkili isə universum elementləri arasındakı əlaqənin proyeksiyası kimi səciyyələndirilir. Rober Delonenin nəzəriyyəsində isə idealist metafizikası rədd edilir, mücərrəd boyakarlığın vəzifəsi rəngkarlıq dili xassələrinin, ilk növbədə rəngin dinamik keyfiyyətlərinin tədqiqi ilə məhdudlaşdırılır. Müasir memarlığın, dizaynın, dekorativ tətbiqi sənət növlərinin təşəkkülündə erkən abstraksionizm ustaları əhəmiyyətli rol oynamışlar (rus konstruktvistlərinin yaradıcılığı, Kazimir Maleviçin arxitektonları və dizayner layihələri, Vasili Kandinskinin Bauhauzda, Pit Mondrianın “De Steyl” qrupunda fəaliyyəti, Rober Delone və Sonya Delone Terkin tətbiqi sənət sahəsindəki təcrübələri). Onların funksional formaya müraciəti ideal dünya nizamı layihələrini özündə birləşdirən estetik proqramlarının universializmi ilə izah olunurdu. Yarandığı vaxtdan abstraksionizmdə iki istiqamət — həndəsi (Maleviç, Mondrian, qismən Delone) və lirik (Kandinski, Kupka) istiqamətlər formalaşmışdır. Düzgün formaların və əsas rənglərin məhdud dəsti əsasında qurulan həndəsi abstraksiya kompozisiyaları sabit, “substansional” vəziyyətlərin təcəssümü idi.
Sosial konstruksionizm
Sosial konstruksionizm — Piter Berger və Tomas Lukman tərəfindən "Reallığın sosial konstruksiyası. Bilik sosiologiyasına dair traktat" (1966) əsərində istifadə edilmiş biliyin sosioloji nəzəriyyəsi. Bir sıra tədqiqatçıların fikrinə görə, sosial konstruksionizm sosial konstruktivizmin istiqamətlərindən biridir. Sosial konstruksionizmin məqsədi fərdlərin və insan qruplarının dərk edilən sosial reallığın yaradılmasında iştirak etmə yollarını müəyyən etməkdir.