Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oktaedr
Oktaedr düzgün çoxüzlüdür. Üzlərin sayı 8 forması üçbucaqlıdır. Tillərin sayı 12, təpə nöqtələrinin sayı 6-dır. Bir nöqtədən çıxan tillərin sayı 4-dür.
Adnan Oktar
Adnan Oktar (2 fevral 1956, Ankara; təxəllüsü: Harun Yəhya, türk. Harun Yahya) — Türkiyədə Adnan xoca kimi tanınan kult (təriqət) lideri. Oktar, adını verdiyi və Mehdi inancına dayanan kult hərəkatının qurucusu və lideridir. 1980-ci illərdə xalq tərəfindən tanınmağa başladı və cinsi istismar, şantaj və təhdid kimi cinayətlərin yanında zəngin uşaqları valideynlərindən ayırmaqla gündəmə gəldi. == Həyatı == Adnan Oktar 1956-cı il fevralın 2-də Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Atası Yusif Oktar Arslan, anası isə Mədiha Oktar Aslanoğludur. === Təhsili === Orta təhsilini Ankarada bitirir. 1979-cu ildə Memar Sinan Gözəl Sənətlər Universiteti incəsənət fakültəsinə daxil olur. == Elmi-dini fəaliyyəti == Düşünülür ki hələ universitetdə oxuyarkən elmi-dini fəaliyyətlə məşğul olmağa başlamış və təkamül, materiyalizm, komunizm, massonluq, sionizm kimi ateist fəlsəfi nəzəriyyələrinə qarşı çıxmış və bu sahələrə qarşı, əksfikirli əsərlər yazmağa başlamışdır. Bundan başqa yazıçı dini mövzulu: Quran və Mehdiçilik mövzusunda da kitablar yazmışdır.