Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İncilli
İncilli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Keçmiş adı Hüseyn Əncəlu olmuşdur. Kənd XIX əsrdə Cənubi Azərbaycandan köçüb gəlmiş əncə tayfasının məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == İncilli oyk. Cəlilabad r-nunun Xəlilli i.ə.v.-də kənd. Qarabalaca çayının sahilində, Burovar silsiləsinin ətəyindədir. Keçmiş adı Hüseyn Əncəlu olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan çəltik tarlalarında muzdla işləməyə gəlmiş mənşəcə qıpçaqların əncə tayfasına mənsub ailələr salmışdılar. Bu ailələrin başçısı isə Hüseyn adlı şəxs olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 645 nəfər əhali yaşayır.
Oncallı
Oncallı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oncalı adının dəyişikliyə uğramış variantı hesab edilir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində İlisu sultanı Əhməd xan tərəfindən yaradılmış kəndlərdən biridir. Tədqiqatçılar oykonimi qıpçaqların əncə tayfasının adı ilə bağlayırlar. == Tarixi == Oncallı kəndinin yaşayış məskəni kimi məskunlaşma tarixi XIV əsrə aid edilir. Kəndin adı qıpçaq türklərinin incəli (orta əsr rus salnamələrində ançebiçi kimi qeyd olunub) tayfasının adı ilə bağlıdır. Bu adla İncəçay (hidronim) və İncəli kəndi (Şəki rayonu ərazisində) və Gürcüstan ərazisində İnçxevi (İncə dərəsi) kimi bir cox toponimlər mövcuddur. Saruxan şəhəri (Ukraynanın indiki Xarkov şəhəri) mərkəz olmaqla vaxtilə mövcud olmuş qıpçaq xanlığına daxil olan tayfa birliklərindən biri olmuşdur (Xarkov şəhərinin adı Saruxan adından götürülmüşdür). XII əsrdə Atrak adlı qıpçaq xanının başçılığı altında Dəryal keçidindən keçərək bu ərazidə məskunlaşdıqları məlumdur. === Tarixi abidələri === Hacı Tapdıq və Şeyx Yunis İmrə məqbərəsi bu kənddə yerləşir.
Oncallı bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.