Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ninety One
Ninety One və ya 91 (qaz. Тоқсан бір; Toqsan bir; azərb. Doxsan bir‎) — 2015-cü ildə JUZ Entertainment tərəfindən qurulmuş Q-pop qrupu. Qrupun prodüseri ORDA qrupun üzvü, Yerbolat Bedelxandır.Ninety one qrupu 5 üzvdən ibarətdir:ACE,ALEM,ZAQ,A.Z,BALA == Tarixi == Qrupun adı Qazaxıstanın müstəqilliyini qazanması ilə əlaqəlidir( Qazaxıstan öz müstəqilliyini 1991-ci ildə qazanmışdır).Qrup 2014-cü ildə K-Top Idols layihəsi əsasında yaradılmışdır. ZAQ ilə A.Z. bu layihənin qalibləri idi, ALEM ilə BALA isə onlara kastinq nəticəsində qoşulmuşdur. Cənubi Koreyanın S.M. Entertainment agentliyində oxuyandan sonra, ACE də qrupa qoşulub. Əvvəl qrupun adları KTI-boys və W idi. Amma, 2015-ci ilin sentyabrın 1-də Aýıptama (kiril Айыптама qaz. Qınama) adlı ilk sinqlı və onun musiqi videosunu buraxıb, qrupun adını indikinə dəyişiblər. Həmin musiqi videosu 20 həftə ərzində Qazaxıstan kanalların musiqi çartlarında baş yerləri tutmuşdur.
One (manqaka)
One — məşhur "One-Punch Man" veb-komiksinin (remeyki Yusuke Murata tərəfindən) müəllifi kimi tanınan manqakanın istifadə etdiyi pseydonim. "Weekly Shōnen Sunday" jurnalının onlayn versiyasında "Mob Psycho 100" adlı başqa veb-komiksini yayımlayır. 2015-ci ilin dekabrında saytına gündə edilən girişlər 100 mini keçmişdir və ümumi ziyarətlərin sayı 70 milyonu ötmüşdür. O, Niiqata prefekturasında doğulmuş, lakin Saytama prefekturasının Konosu şəhərində böyümüşdür.
One Direction
One Direction — 2010-cu ildə Londonda, yaradılmış İngilis-İrland oğlan pop qrupu. Qrup üzvləri Nayl Horan, Liam Peyn, Harri Stayls, Lui Tomlinson və 2015-ci ilin martında tərk edən Zeyn Malik idi. 2010-ci ildə Britaniya televiziya şousu The X Factor mahnı müsabiqəsində üçüncü yer olduqdan sonra Saymon Kouellin leybl şirkəti Syco ilə müqavilə imzaladılar. == Haqqında == One Direction dörd üzvdən ibarət olan Britanyalı musiqi qrupudur. Üzvlər Niall Horan, Liam Payne, Harry Styles və Louis Tomlinson-dur. İngiltərədə yayımlanan yarışma programı X-Factorun 7. sezonunu üçüncülüklə bitirmişdirlər. Daha sonra qrup Syco musiclə müqavilə imzalamışdır.One Directionun ilk klipi "What Makes You Beautiful", 11 sentyabr 2011 tarixində yayımlanmış və İngiltərə musiqi listlərində birinci sıraya yüksəlmişdir. İkinci klipləri "Gotta Be You" 13 noyabr 2011 də yayımlanmış və ardından "Up All Night" albomları 18 noyabrda satışa buraxılmışdır. "Take Me Home" albomları noyabr 2012 də satışa buraxılmışdır.
One Madison
One Madison (Uan Medison kimi tələffüz olunur) — Nyu-York şəhəri Manhetten borosunun Fletayron rayonundaki Medison skver ilə üzbəüz, Medison prospektinin ətəyində, Brodvey və Park prospekti arasında 23-cü küçədə yerləşən qüllə tipli təntənəli yaşayış kondominiumu. Binanın rəsmi ünvanı və vestibülun əsas girişi binanın adından gözlənildiyi kimi 1 Madison prospektində deyil, 23 East 22nd Street-də yerləşir. 23-cü küçədə ümumi giriş yoxdur. Binanın 60 mərtəbəsində 53 yaşayış mənzilləri yerləşirlər. İnşaat 2006-cı ildə başlamış və 2010-cu ildə başa çatmış, lakin maddi çətinliklər üzündən üç il daha yarımçıq qalmışdır. 189.3 m hündürlükdə olan One Madison, hündürlüyü ilə eni 12:1-ə olan nisbəti ilə Nyu-Yorkun ən incə binalarından biridir. 2013-cü ildə bina üzərində mülkiyyəti hüququ kreditorlar konsorsiumunun (The Related Companies, CIM Group və HFZ Capital Group adlı şirkətlər) əlinə keçdi, hansı ki inşaatı tamamlamış və həmin il satışları bərpa etmişdir. 2014-cü ilin fevral ayına qədər binanın yüzdə yetmiş beşi satılmışdır.
One Piece
One Piece (ワンピース, Wan Pīsu, azərb. Van Pis‎) — Eyiçiro Odanın manqası və onun əsasında yaradılmış eyni adlı anime. Manqa Weekly Shonen Jump jurnalında 1997-ci ilin iyulun 19-dan seriallaşır. Fəsilləri 105 tankobon cildə yığılmışdır. Eyiçiro Odanın saytında elan olub ki, bu manqa Ginnesin Rekordlar Kitabına "bir müəllifin yaratdığı ən çox nüsxə satan bir komiks seriayası" kimi düşdü. 2014-cü ilin dekabr ayına kimi dünyanın 30-dan çox ölkəsində onun 320 milyon 866 min nüsxəsi çap olunub, bu onu tarixdə ən yaxşı satılan manqa edir. == Dünya == One Piece dünyasının əhalisi insanlar, balıq insanları, miklər (humanoid heyvanlar) və s. ağillı varlıqlardan ibarətdir. Onun əsas hissəsi Red Layn (赤い土の大陸(レッドライン), Reddo Rain) adlı bu dünyanın tək qütbü olan nəhəng dağ sistemi ilə ayrılan iki okeandan ibarətdir. Red Layna perpendikulyar axan Qrand Layn (偉大なる航路(グランドライン), Gurando Rain) dənizibu okeanları daha bir dəfə dörd dənizə bölür: Nors Blu (北の海(ノースブルー), Nōsu Burū), İst Blu (東の海(イーストブルー), Īsuto Burū), Vest Blu (西の海(ウェストブルー), Uesuto Burū) və Saus Blu (南の海(サウスブルー), Sausu Burū).
Ra.One
Wanna One
Wanna One (kor. 워너원) — Cənubi Koreyanın CJ E&M Music agentliyi tərəfindən yaradılmış və 11 üzvdən ibarət olan K-pop qrupudur.
X-ONE
"X-ONE" (əvvəllər "X360") — Birləşmiş Krallıqda "Imagine Publishing" tərəfindən nəşr olunan, "Xbox 360" və "Xbox One" üçün nəzərdə tutulmuş videooyun jurnalı. Jurnalda xəbərlər, önizləmələr, resenziyalar öz əksini tapırdı. == Tarixi == "X360" adı ilə təsis edilən jurnal ilk növbədə, "Highbury Entertainment"in ləğv olunmuş "XBM" nəşrinə əlavə olaraq daxil edilmişdi, lakin "Xbox 360"ın satışa çıxarılmasından əvvəl, 2005-ci ilin oktyabrında aylıq jurnala çevrilmişdir. Bu, "Highbury Entertainment"in ən böyük buraxılışı idi və aşağı səviyyəli marketinq üçün 200 min funt sterlinqdən çox məbləğ xərclənmişdir. 2013-cü ilin oktyabrında "X360" jurnalının adı 104-cü nömrəsində "X-ONE" olaraq dəyişdirilmişdir. Jurnal 2015-ci ilin noyabr ayından nəşrini dayandırmışdır.
Xbox One
Xbox One — 21 may 2013-cü ildə Microsoftun tanıtdığı 8-ci nəsil oyun konsoludur. Kod adı "Durango" olan oyun konsolu əvvəlkilərdən fərqli olaraq internet səhifələrinə baxmağa imkan verəcək həmçinin bu konsol DVR cihazı olaraq da istifadə edilə biləcək. Üstəlik minecraft öz youtube səhifəsində bununla əlaqədar video paylaşmışdır. Videoda bir adam almaz qazarkən qarşıda bunun heykəli çıxır. Adam da tullanır. Qorxunc minecraft səsləri də gəlir düşərkən adam.
HTC One X
HTC One X — HTC tərəfindən istehsal olunan mobil telefon. == Xarakteristikası == Smartfon üçüncü nəsil nVidia Tegra platforması əsasında hazırlanıb. Tegra 3 (Kal-El) platformasının əsasını 4 əsas Cortex-A9 (1,5 QHz takt tezliyinə qədər) hesablayıcı nüvəsi ilə olan ARM prosessoru və fon rejimində adi məsələlərin icrası üçün nəzərdə tutulmuş köməkçi zəif nüvə təşkil edir. Bundan əlavə, çip tərkibinə 12 nüvəli GeForce qrafik kontrolleri daxildir. Smartfon 1 Qb əməli yaddaş, 32 QB tutuma malik fləş daşıyıcı, Wi-Fi (802.11b/g/n) və Bluetooth 4.0 simsiz əlaqə adapterləri, HD video dəstəkli 8 meqapikselli əsas kamera, ön kamera və Beats Audio audiosistemi ilə təchiz ediləcək. Sensor ekranın diaqonalı 4,7 düym və onun kəskinliyi 720×1280 nöqtə təşkil edəcək.
Kinetics & One Love
Ceremi "Kinetics" Dussolliet və Tim "One Love" Sommers — Nyu-Yorkdan olan hip-hop qrupu və mahnı-müəllifləri. Onlar 2010-cu ildə mahnı müəllifi kimi debütünü BoB-un "Airplanes" sinqlına nəqərat yazmaqla etdilər. R. A. the Rugged Man, Wu-Tang Killa Bees-dən Remedi üçün, Termanology and the Unknown Prophets, Neon Hitch, Melani Martines və Vinter Qordon ilə əməkdaşlıq etdilər.
Mars One layihəsi
Mars One – Marsda yerləşəcək insan koloniyası qurmaq üçün hollandiyalı təşəbbüskar, Bas Lansdorp başçılığında inkişaf etdirilməkdə olan layihədir. 2012-ci il iyun ayında elanı verilən plan bir neçə mərhələdən ibarətdir. 2016-ci ilə qədər bir əlaqə peyki ilə kəşfiyyatçı aparatı və daha sonra 2023-ci ildə daimi yaşayış üçün 4 astronavt göndərmək planlaşdırılır. Daha sonra da hər 2 ildə bir, 4 adamdan ibarət olan qrupların Marsa göndərilməsi layihənin planlarına daxil edilir. Layihə Nobel mükafatı laureatı fizik Gerard't Hooft tərəfindən dəstəklənir. Mars One layihəsi, 2012-ci ilin oktyabr ayında mənfəət məqsədi güdməyən bir vəqf kimi qurulmuşdur. Mars One layihəsi, ilk baxışda nağıl və ya xəyali ssenari, hətta utopik gələ biləcək bir fikir zənn edilə bilər. Bu fikri reallaşdırmağın, insanoğlunun qaçınılmaz bir məcburiyyəti olduğuna inanan hollandiyalı alimlər necə bir addım atmaları lazım olduğunu düşünüb, həm insanları razı edəcək, həm də həyatlarını bu işə həsr edəcək könüllü namizədlər tapa biləcəkləri bir layihənin təməlini qoydular. == Mars haqqında == "Qırmızı planet Mars", Günəş sistemində Günəşə ən yaxın olan dördüncü planetdir, Roma mifologiyasındakı müharibə tanrısı olan Marsa həsr edilərək belə adlandırılmışdır. Yüzdə 95-i karbon qazı olan, incə atmosferə sahib olan Marsa, səthindəki dəmir oksid səbəbindən qızılı görünüşə sahib olduğu üçün Qırmızı Planet də deyilir.
One Day Love
One Day Love — 1971-ci ildəki Avroviziya Mahnı Müsabiqəsinin mahnısı.
One Hot Minute
One Hot Minute — Red Hot Chili Peppersnın altıncı studiya albomu. 12 sentyabr 1995 tarixində yayımlanan albom, Warner Music etiketi ilə satışa buraxılmışdır.
One Houston Center
One Houston Center (azərb. Hyuston-mərkəz‎) - ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn kompleksdir. Bu kompleks Hyuston mərkəzində yerləşir, və özünə üç qala daxil edir. Onlar bir yerdə, demək olar ki, 320 000 kvadrat metr tuturlar.
One More Chance
One More Chance — Maykl Ceksonun bir mahnısı.
One More Change
One More Chance — Maykl Ceksonun bir mahnısı.
One More Day
One More Day — Gürcüstannı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Eldrine rok qruppu ifa edəcəyi mahnıdır.
One Night (mahnı)
One Night – Elvis Presleynin ifa etdiyi və onun məşhurlaşmasına səbəb olmuş mahnı. Mahnı valın digər üzündə olan "I Got Stung" mahnısıyla birgə satışa çıxarılmışdır. Mahnı Elvisə böyük uğur gətirmiş və böyük tamaşaçı kütləsi toplamışdır. Hit paradlarda da mahnının reytinqi çox uğurlu olmuşdur. Belə ki, mahnı iki həftə ərzində UK Singles Chartda birinciliyini qorumaqla yanaşı, ABŞ – da pop sinqllar çatında dördüncü, R&B chartda isə onuncu yerə kimi yüksəlmişdir. Mahnı ilk dəfə "One Night (of Sin)" adıyla New Orleandan olan musiqiçi Smiley Lewis tərəfindən ifa edilmişdir. Lakin mahnının Smiley Lewisin ifasnda böyük uğur qazandığını demək olmaz. Elvis mahnının ilk versiyasını 1957-ci il 18 yanvarda lentə aldırır. Lakin bu versiya 1983 – cü lə kimi işıq üzü görmür. Lakin Elvisin münücüri və səsyazma studiyası mahnıya yeni sözlərin yazılmasını və Elvisin mahnını bu sözlərlə yenidən ifa etməsini təklif edirlər.
One Punch Man
One-Punch Man (ワンパンマン, Wanpanman, azərb. Vanpançmen‎ və ya azərb. Tək yumruq-adam‎) — 2009-cu ilin əvvəllərindən manqaka One tərəfindən yaradılıb yayımlanan veb-komiks. Veb-komiks böyük uğur əldə etmiş, 2012-ci ilin iyununda 7,9 milyon onlayn baxışı keçmişdir. "One-Punch Man" sözünün yaponca versiyası olan "Wanpanman" uşaq kitabı olan "Anpanman"-dan qaynaqlanır. Yusuke Muratanın rəssamlığı ilə istehsal olunan rəqəmsal manqa remeyki 2012-ci ildə Shueisha nəşriyyatının Young Jump Web Comics saytında yayımlanmağa başlamışdır. Viz Media remeyki Şimali Amerika üçün lisenziyalaşdırmış və Weekly Shonen Jump rəqəmsal jurnalı vasitəsilə yayımlamağa başlamışdır. Madhouse tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 2015-ci ilin oktyabrından dekabrına qədər yayımlanmışdır. İkinci mövsümü anons edilmişdir. 25 sentyabr 2017-ci ildə animenin istehsalçı şirkəti və rejissoru dəyişdirilmişdir.
One Shell Plaza
One Shell Plaza - Hyustonda yerləşən 218 mərtəbəli binadır. Qüllə Hyuston şəhərində 1971-ci ildə tikilmişdir.
Minus One (qrup)
Minus One — 2009-cu ildə yaranmış Kipr rok musiqi qrupu. Onlar "Alter Ego" mahnısı ilə Kipri 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Yaranma tarixçəsi == Minus One qrupu 2009-cu ildə Kiprdə yaranmışdır. Qrup ilkin olaraq beynəlxalq ifaçıların mahnıları ilə səhnə almışdır. Qrup 2015-ci ildə "Shine" mahnısı ilə Kiprin 2015 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və nəticədə üçüncü yerdə qərarlaşmışdır. Kiprin CyBC telekanalının qərarı ilə Minus One qrupu ada ölkəsini İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Qrupun müsabiqədə ifa etdiyi mahnı olan "Alter Ego" 2012 Avroviziya Mahnı Müsabiqəsində İsveçə qələbə qazandıran "Euphoria" mahnısının bəstəkarı Tomas Cison tərəfindən yazılmışdır. Minus One həmin mahnı ilə müsabiqənin 10 may tarixində baş tutan birinci yarımfinal mərhələsində 11-ci səhnə almışdır. Nəticədə isə 164 xalla 8-ci yerdə qərarlaşaraq, müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar. Finalda bir daha öz mahnısını ifa edən qrup üzvləri 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 96 xal toplayaraq, 21-ci yerdə qərarlaşmışdır.
One-Punch Man
One-Punch Man (ワンパンマン, Wanpanman, azərb. Vanpançmen‎ və ya azərb. Tək yumruq-adam‎) — 2009-cu ilin əvvəllərindən manqaka One tərəfindən yaradılıb yayımlanan veb-komiks. Veb-komiks böyük uğur əldə etmiş, 2012-ci ilin iyununda 7,9 milyon onlayn baxışı keçmişdir. "One-Punch Man" sözünün yaponca versiyası olan "Wanpanman" uşaq kitabı olan "Anpanman"-dan qaynaqlanır. Yusuke Muratanın rəssamlığı ilə istehsal olunan rəqəmsal manqa remeyki 2012-ci ildə Shueisha nəşriyyatının Young Jump Web Comics saytında yayımlanmağa başlamışdır. Viz Media remeyki Şimali Amerika üçün lisenziyalaşdırmış və Weekly Shonen Jump rəqəmsal jurnalı vasitəsilə yayımlamağa başlamışdır. Madhouse tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 2015-ci ilin oktyabrından dekabrına qədər yayımlanmışdır. İkinci mövsümü anons edilmişdir. 25 sentyabr 2017-ci ildə animenin istehsalçı şirkəti və rejissoru dəyişdirilmişdir.
One-le-Şato
Vimne (fr. Onet-le-Château, oks. Ònes) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Şimali Rodez kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12176. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 3 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 7576 nəfər (15-64 yaş) arasında 5273 nəfər iqtisadi fəal, 1 803 nəfər hərəkətsiz (fəaliyyət göstərici 74.5%, 1999-cu ildə 72.5%) idi.
One Step Closer
One Step Closer, Linkin Park tərəfindən 2001-ci ildə satışa çıxarılan sinqldır. Mahnı çox rəğbət gördü və 2001-ci ilin rok marşı adlandırıldı. = Klibi = One Step Closer-in klibi qrubun üzvü Co Hanın prodüserliyi ilə hazırlanmışdır. Klip Los-Ancelesdə subway tunelində 19 metr dərinlikdə çəkilmişdir. Çox Linkin Park azarkeşlərinə görə mahnı Linkin Park-ın indiyə kimi çıxmış ən yaxşı mahnısıdır. Amerika mahnı siyahılarından olan Billboard 100-də 75-ci sıranı tutub.
Daniel Hopfer
Daniel Hopfer (alm. Daniel Hopfer‎, soyadının digər yazılışı — Hopffer və Hopper; 1470[…], Kaufboyren, Şvabiya dairəsi – 1536[…], Auqsburq) — Şimali İntibah dövrünün alman rəssamı, qravürçü və silahçı. Kleynmeyster. Ofort texnikasını ilk istifadə edənlərdən biridir. Çox sayda ksiloqrafiyanın müəllifidir. == Bioqrafiyası == Rəssam Bartolomey Hopfer və Anna Sendlerin ailəsində 1470-ci ildə anadan olmuşdur. 23 yaşında Auqsburqa köçmüşdür. 1497-ci ildə Kristina Grimm ilə evlənmişdir. Silahların bəzədilməsi ilə məşğul olan Hopfer, rəssamların və nişançıların da daxil olduğu Auqsburq dəmirçilər gildiyasının komitəsinin üzvü olmuşdur. 1590-cı ildə imperator II Rudolfun Daniel Hopferin nəvəsi Qeorqa göndərdiyi məktubun mətnində, Daniel Hopfer nadir üsulun ixtiraçısı olaraq tanındığı yazılmışdır.
Keyt Hooper
Keyt Hooper (d. 26 fevral 1978) — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Hooper, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Keyt Hooper, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Joseph Dalton Hooker
Cozef Dalton Huker (ing. Joseph Dalton Hooker; 30 iyun 1817[…] – 10 dekabr 1911[…] və ya 1911) — ingilis botaniki və səyyahı. == Bioqrafiyası == 1844–1859: Flora Antarctica: the botany of the Antarctic voyage. 3 vols, 1844 (general), 1853 (New Zealand), 1859 (Tasmania). Reeve, London. 1846–1867: Handbook of the New Zealand flora 1849: Niger flora 1849–1851: The Rhododendrons of Sikkim-Himalaya 1854: Himalayan Journals, or notes of a naturalist, in Bengal, the Sikkim and Nepal Himalayas, Khasia Mountains … 1855: Illustrations of Himalayan plants 1855: Flora indica, with Thomas Thomson 1858: with George Bentham, Handbook of the British flora. ("Bentham & Hooker") 1859: A century of Indian orchids 1862–1883: with George Bentham, Genera plantarum 1870; 1878: The student's flora of the British Isles. Macmillan, London. 1872–1897: The flora of British India 1898–1900: Handbook to the Ceylon flora 1904–1906: An epitome to the British Indian species of Impatiens == Çap olunmuş əsərləri == Hooker J. D. On the flora of Australia: Its origin, affinities, and distribution, being an Introductory essay to the Flora of Tasmania. — L.: Lovell Reeve, 1859 (ing.) Hooker J. D. On the origin and distribution of species: Introductory essay to the Flora of Tasmania // American Journal of Science and Arts.
William Jackson Hooker
William Jackson Hooker (ing. William Jackson Hooker; 6 iyul 1785[…], Noric – 12 avqust 1865[…]) — ingilisbotaniki, sistematiki, Kyu Kral Botanika Bağının ilk direktoru, Kral Cəmiyyətinin üzvü, Peterburq Elmlər Akademiyasının xarici müxbir üzvü (1837). İngiltərə, Afrika və Amerika florasına aid çoxlu işlərin müəllifidir. == Nəşr olunmuş əsərləri == Exotic Flora (ing.) (3 тома, 1822—1827) Account of Sabine’s Arctic Plants (ing.) (1824) Catalogue of Plants in the Glasgow Botanic Garden (ing.) (1825) The Botany of Parry’s Third Voyage (ing.) (1826) Icones Filicum (2 тома, 1829—1831) (Robert Qrevillə birlikdə) British Flora (ing.) (1830) British Flora Cryptogamia (ing.) (1833) Characters of Genera from the British Flora (ing.) (1830) Flora Boreali-Americana (2 тома, 1840) Icones plantarum (10 томов, 1837—1854) The Botany of Beechey’s Voyage to the Pacific and Behring’s Straits (ing.) (1841) (Corc Arnott ilə birlikdə) The Genera Filicum (1842) Notes on the Botany of the Antarctic Voyage of the Erebus and Terror (ing.) (1843) Species filicum (5 томов, 1846—1864) A Century of Orchideae (ing.) (1846) Niger Flora (ing.) (1849) Victoria Regia (ing.) (1851) Museums of Economic Botany at Kew (ing.) (1855) Filices exoticae (1857—1859) The British Ferns (ing.) (1861—1862) A Century of Ferns (ing.) (1854) A Second Century of Ferns (ing.) (1860—1861). == Vilyam Cekson Hukerin şərəfinə adlandırılmış taksonlar == Qırtıckimilər (Poaceae) fəsiləsinə aid Hookerochloa (Hook.f.) E.B.Alexeev, bəzən Austrofestuca (Tzvelev) E.B.Alexeev cinsinə aid edilir. × Hookerara hort. = (Brassavola R.Br. × Cattleya Lindl. × Caularthron Raf.) (Səhləbkimilər (Orchidaceae) fəsiləsi) === Növlər === Abies hookeri hort. ex Lavallée Acer hookeri Miq.