Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ornitoloq
Ornitologiya (q.yun. ὄρνις, ὄρνιθος — quş və λόγος — öyrənmə, söz) — zoologiyanın quşları və onların embriologiyası, morfologiyası, fiziologiyası, ekologiyası, sistematikası və coğrafi yayılmasını öyrənən bölməsi. Həmçinin Ornitoloq-quşları öyrənən zooloqdur.. "Ornitologiya" termini XVI əsrin sonlarında İtaliya naturalisti Aldrovandi tərəfindən daxil edilmişdir.
John Latham (ornitoloq)
Con Latam (ing. John Latham 27 iyun 1740 – 4 fevral 1837, Uinçester) — Britaniya həkimi, orintoloqu, təbiətçisi. == Əsərləri == A general synopsis of birds, with a suppl. White, Leigh & Sothebys, London 1781-1802. Index ornithologicus sive Systema ornithologiæ. London, Paris 1790-1809. Allgemeine Übersicht der Vögel. Weigel, Nürnberg 1793. Faunula Indica id est Catalogus animalium Indiae orientalis. Gebauer, Halle 1795.
İlyas Babayev (ornitoloq)
İlyas Babayev (tam adı: İlyas Rəzzaq oğlu Babayev) (25 avqust 1949) — AMEA Zoologiya İnstitutu "Ornitologiya" laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, baş elmi işçi. == Həyatı == İlyas Rəzzaq oğlu Babayev 25 avqust 1949-cu ildə Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur. 1957-ci ildə həmin kəndin 8 illik məktəbinin 1-ci sinfinə daxil olub. 1967-ci ildə Lerik rayon orta məktəbini bitirib. 1968-ci ildə Sovet ordu sıralarına çağırılıb. 1970-ci ildə ordu sıralarından tərxis olunub. 1971–1974-cü illərdə Bakı şəhərində tikinti idarələrində fəhlə işləyib. 1972-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinin axşam şöbəsinə daxil olub. 1974-cü ildən Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinin axşam şöbəsindən qiyabi şöbəsinə keçib. 1974-1975-ci dərs ilində Lerik rayonunun Züvüç kənd orta məktəbində, 1975-1976-cı dərs ilindən 1979-cu ilədək isə Lerik rayonunun Nuravud kənd orta məktəbində kimya və biologiya müəllimi işləyib.
Ornitoloji turizm
Ornitoloji turizm — müxtəlif quş növlərini təbii mühitlərində müşahidə etmək məqsədiylə baş tutan turizm fəaliyyəti. Ekoloji turizmin növlərinə aid olan ornitoloji turizmin inkişafına quşlar haqqındakı sənədli filmlər, teleskop və dürbün kimi avadanlıqların çox baha olmaması, müxtəlif dövlətlərin həvəsləndirici proqramları müsbət təsir göstərir. Ornitoloji turizmdə müşahidə olunan quşlar qəfəsə salına, əhlilləşdirilə, yaxud gəlir əldə etmək məqsədilə quş fermalarında saxlanıla bilməz.Türkiyədə ən çox bu ərazilərdə ornitoloji turizm inkişaf etmişdir: Qızılırmak deltası, Marmara hövzəsi, Meriç hövzəsi, Konya qapalı hövzəsi, Dəclə hövzəsi, Antalya hövzəsi, Burdur qapalı hövzəsi, Yumurtalıq gölü, Manyas quş cənnəti, Şərqi və Qərbi Qaradəniz hövzəsi və s.