Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Orqanoidlər
Orqanellər (lat. organella, q.yun. organon — alət, orqan) hüceyrə daxilində bir sıra funksiyaları yetirən quruluşlar. Orqanellər adətən lipid membran vasitəsilə bir-birindən və sitoplazmadan ayrılaraq, hüceyrə daxilində fəaliyyət vahidi əmələ gətirirlər. Orqanel termini bu quruluşların hüceyrədəki rolunun orqanların bədəndəki roluna oxşadığına işarə edir, hərfi mənada "orqancıq" mənasına gəlir. Orqanellər hüceyrədə dayaq, hərəki və yığılan, həssas, yaxud reseptor, hücum və mühafizə, həzm, ekskresiya, sekresiya və s. kimi fəaliyyətlər göstərə bilirlər. Orqanellərə əsasən eukariot hüceyrələrdə rastlansa da, prokariot hüceyrələrdə də funksional olaraq xüsusiləşmiş mikrobölmələr olur.
Xüsusi təyinatlı orqanoidlər
Qığırdaqlı qanoidlər
Chondrostei (lat. Chondrostei) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan infrasinfi. 4 dəstəni özündə birləşdirir: Çoxüzgəclikimilər (Polypteriformes), Amiekimilər (Amiiformes), Zirehlikimilər (Lepisosteiformes), Nərəkimilər (Acipenseriformes).
Sümüklü qanoidlər
Sümüklü qanoidlər (lat. Holostei) — şüaüzgəcli balıqların xüsusi qrupu. Sümüklü balıqlarla qığırdaqlı qanoidlər arasında keçid forma təşkil edir. Kəllə skeleti, çənə və qəlsəmə aparatları sümüklü balıqlar tipində qurulmuşdur, lakin alt çənə qığırdaqlı qanoidlərdəki kimi çoxlu miqdarda sümüklərdən ibarətdir. Sümüklü qanoidlər ilk dəfə Permin sonunda ehtimal ki, ali qığırdaqlı qanoidlərdən əmələ gəlmişlər. Mezozoyda sümüklü qanoidlərin 7 dəstəsi yaşamış və Paleogenin əvvəlində məhv olmuşlar. Hazırda 2 dəstəsi yaşayır.