Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ostrakizm
Ostrakizm (q.yun. ὁ ὀστρακισμός, τὸ ὄστρακον sözündən, (yəni “kirəmit və ya saxsı parçası”) — Qədim Yunanıstanın bir sıra polislərində, o cümlədən Afinada vətəndaşın kirəmit parçaları ilə səsvermə vasitəsilə ölkədən qovulması. Geniş mənada – onu əhatə edən cəmiyyət tərəfindən fərdin nifrətlə qarşılanması, qəbul edilməməsi, ələ salınması. Ədəbiyyatda yanlışlıqla “kirəmit məhkəməsi” kimi tərcümə edilir. Hərfi tərcüməsi saxsılamaq və ya kirəmitləməkdir. Aristotelin qeyd etdiyinə görə adətin əsası tiran Pisistratın devrilməsindən sonra, yəni təxminən e.ə. 508-ci ildə demokratik islahatların müəllifi Klisfen tərəfindən, potensial ortaya çıxacaq yeni tiranların əleyhinə profilaktik tətbiq kimi qoyulmuşdur, lakin yalnız Marafon döyüşündən sonra, Aristotekin sözlərinə görə “xalq özünü daha inamlı hiss edəndə” tətbiq edilməyə başlanmışdır. E.ə. 487-ci ildə ilk qovulan keçmiş tiranın qayınatası Harmanın oğlu Hipparx olmuşdur. aristotel bildirir ki, Klisfen məhz onu nəzərdə tutaraq bu qaydanı irəli sürmüşdü (müasir tədqiqatçının fikrincə, Klisfen bu siyasi xadimi yalnız neytrallaşdırmaq və ondan kömək almaq istəyir və onu qovulma təhlükəsi ilə şantaj edirdi, buna görə də bu qayda ilk 20 il ərzində praktikada tətbiq edilməmişdi) ).
Stakizm
Stakizm — 1999-cu ildə Billi Çayldiş və Çarlz Tompson tərəfindən əsası qoulmuş konseptual sənət əleyhinə olaraq məcazi rəssamlığı təşviq etmək məqsədi daşıyan beynəlxalq bir sənət hərəkatıdır. İlk əvvəl 13 ingilis sənətkar tərəfindən yaradılan qrup 2017-ci ilin mart ayında 52 ölkəyə və 236 qrupa qədər genişlənmişdir.