Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rio-Pyedranın sahilində oturdum və ağladım
"Rio-Pyedranın sahilində oturdum və ağladım" — Paulo Koelyo tərəfindən yazılmış roman. Roman, yazıçının ən məşhur əsərlərindən biridir. Bu roman, "Veronika ölməyə qərar verir" və "Şeytan və senyorita Prim" romanları ilə birlikdə yazıçının "Və yeddinci gün" trilogiyasına daxildir. == Məzmun == Romanın kişi və qadın qəhrəmanı uşaqlıqlarını birlikdə keçirirlər, lakin bir gün kişi yeni həyat kəşf etmək, yeni insanlar tanımaq istəyi ilə yaşadığı şəhəri buraxıb uzaqlara gedir. Uzun illər ondan bir xəbər-ətər gəlmir, lap sonralar isə ara-sıra bir neçə məktub göndərməyə başlayır. Bu vaxt qadın qəhrəmanımız (Pilar) yaşadığı şəhərdə instituta daxil olur, uğur qazanmaq üçün çalışır, xoşbəxt evlilik xəyalları qurur, ideal ər ümidilə nişanlanır, amma bir müddət sonra ondan ayrılır. Yəni hər günü eyni olan, eyni insanlarla, eyni şəhərdə keçən, həyəcansız, məqsədsiz, eşqsiz bir ömür sürür. Bu arada kişi qəhrəmanımız məktublarında dindən, tanrıdan tez-tez danışmağa başlayır və ən son məktubunda dini bir mühazirə oxumaq üçün Madridə gələcəyini və Piları da o mühazirəyə dəvət etdiyini yazır. Pilar yalnız keçmişdən danışmaq və keçən o qədər ildən sonra onu görmək üçün cəmi bir günlük Madridə yollanır.
Faylların ötürülmə protokolu
FTP, faylların ötürülmə protokolları (ing. File Transfer Protocol) – faylları ötürmə protokolunun köməyi ilə faylların bir kompüterdən digərinə otürülməsi reqlamentləşdirilir. Uzaq məsafədə yerləşən kompüterlə əlaqə yaradan istifadəçi istədiyi faylı öz kompüterindən ona və əksinə göndərə bilər. Başqa sözlə desək FTP şəbəkədəki istənilən kompüterlə istifadəçi arasında ikili və mətni fayllar mübadiləsi aparmağa imkan verir. Bu protokolun zası əsasında ümumdünya şəbəkəsində verilənlərin daonlad (download) və apload (upload) əməliyyatı realizə olunur. Daonlad (download) faylların uzaq şəbəkə kompüterindən (server) kliyent kompüterinə köçürülməsi/yuklenmesi prosesidir. Apload (upload) – əks proses, yəni faylın uzaq məsafədəki kompüterə yüklənməsi deməkdir. FTP-nin təhlükəsizliyi üçün SSL/TLS (FTPS) və SSH File Transfer Protocol (SFTP) istifadə olunur. SFTP daha yeni texnologiya olduğu üçün SFTP-yə üstünlük verilir.